09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Gürcüstanın hakim partiyası 64 bələdiyyə seçkisinin hamısında qalib gəlib
Tarix: 05-10-2025 13:07 | Bölmə: Siyasət

Gürcüstanın hakim partiyası “Gürcü arzusu” yerli seçkilərdə 64 bələdiyyənin hamısında qalib gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) bülletenlərin 100%-nin emalından sonra verdiyi məlumatda deyilir.
Hakim partiya 81,6% səs toplayıb. Özünü idarə edən bütün şəhərlərdə də partiyanın merliyə namizədləri qalib gəlib.
MSK bundan əvvəl Tbilisi merliyinə namizəd Kaxa Kaladzenin 71,621% səs topladığını açıqlamışdı. Müxalif “Güclü Gürcüstan” və “Gürcüstan üçün Qaxariya” partiyalarının namizədi İrakli Kupradze ikinci, “Girçi” liberal partiyasının namizədi İaqo Xviçia isə üçüncü olub.
Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilərdə səsvermə oktyabrın 4-də başa çatıb. Ölkə üzrə ümumilikdə 3061 seçki məntəqəsi fəaliyyət göstərib. Bu bələdiyyələrin 90%-dən çoxunda səsvermə elektron seçki qutuları vasitəsilə aparılıb. Seçici fəallığı 33,5%-dən çox olub.
Hakim “Gürcü Arzusu” partiyası yerli seçkilərdə 64 bələdiyyənin hamısında təmsilçilərinin qələbəsini elan edib. Elə həmin gün etirazçılar Gürcüstan paytaxtının küçələrinə çıxaraq hakim partiyanı “dinc yolla devirmək” istəyirdilər. Son məlumatlara görə, aksiyalarda 32 polis əməkdaşı yaralanıb.



Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər