09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Putin və Rəhmon telefonla Rusiya liderinin Tacikistana səfərini müzakirə ediblər
Tarix: 05-10-2025 13:38 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putin və Tacikistan prezidenti Emoməli Rəhmon telefonla Rusiya liderinin respublikaya gözlənilən səfərinə hazırlıq məsələlərini müzakirə ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Vladimir Putin də Emoməli Rəhmonu ad günü münasibətilə təbrik edib. Bu gün onun 73 yaşı tamam olur.
"Telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin Tacikistan prezidenti Emoməli Rəhmonu ad günü münasibətilə səmimi qəlbdən təbrik edib. Rusiya prezidentinin Tacikistana qarşıdan gələn dövlət səfərinə hazırlıqla bağlı məsələlər müzakirə olunub", - məlumatda deyilir.
Rusiya prezidentinin Tacikistana dövlət səfəri oktyabrın 9-na planlaşdırılıb. Vladimir Putin Düşənbədə ikinci Mərkəzi Asiya-Rusiya Sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında da iştirak edəcək.



Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər