17:04 / 13-09-2026
Əhdi həmin videosuna görə saxlanıldı
17:01 / 13-09-2026
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
16:58 / 13-09-2026
Uşakov Hindistanda keçirilən BRICS Zirvəsində Ukraynanın kimdən xatırlandığını açıqladı
16:55 / 13-09-2026
Rus turistləri daşıyan təyyarə Tunisdə qəzadan çətinliklə yayındı
16:52 / 13-09-2026
Litva üzərində PUA: NATO qırıcı təyyarəsi havaya qalxdı
16:45 / 13-09-2026
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
16:43 / 13-09-2026
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
16:40 / 13-09-2026
Dəmir Yolu Stansiyasının rəisi Sankt-Peterburqda həbs edilib
16:36 / 13-09-2026
Yanğından altı uşaq xilas edildi
16:33 / 13-09-2026
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
11:41 / 13-09-2026
İki kombayn yanğını baş verib
11:38 / 13-09-2026
Bir sıra zəlzələlər baş verdi
11:34 / 13-09-2026
Batmış bərədə 30-dan çox insan itkin düşüb
11:31 / 13-09-2026
Polşa Ukraynadakı Rusiya fəaliyyətinə görə hava qüvvələrini gücləndirdi
11:28 / 13-09-2026
Bir gündə on ayı öldürülüb
11:25 / 13-09-2026
Yava dənizində itkin düşən 243 sərnişini olan gəmi ilə əlaqə
11:22 / 13-09-2026
Çayda qayıqdan yıxılaraq xəsarət alıb
11:20 / 13-09-2026
Polis iki yeniyetməni vuran sürücünü axtarır
11:17 / 13-09-2026
Media xəbər verir ki, APEC sammitində tarixi bir hadisə baş verə bilər
11:13 / 13-09-2026
Evdə baş verən yanğında bir qadın ölüb
20:53 / 12-09-2026
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
İlham Əliyev beynəlxalq konfransda çıxışı ilə bir daha sübut etdi ki, Azərbaycan dünya üçün çox vacib ölkədir-Kamilə Əliyeva
Tarix: 02-05-2022 14:20 | Bölmə: Siyasət

Dünyanın böyük siyasi xadimləri, qabaqcıl siyasi araşdırmalar və beyin mərkəzlərinin nüfuzlu ekspertləri Prezident cənab İlham Əliyevin dünyada gedən prosesləri dərindən bilən, dərin təfəkkürə malik, qətiyyətli və güclü siyasətçi liderə xas xüsusiyyətlərə malik bir şəxs olduğunu vurğulayırlar. Doğrudan da Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun İlham Əliyev kimi bir lideri var.
Aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda ölkə başçımız cənab İlham Əliyev post müharibə dövründə regionda yaranmış yeni reallıqlar, geosiyasi vəziyyət, dünyada baş verən siyasi proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüslər və beynəlxalq qurumların münasibətlərin tənzinməsində oynadıqları rol barədə xarici ekspertlərin çoxsaylı suallarını cavablandırdı. Üç saata gədər davam edən bu görüşdə cənab İlham Əliyevin çıxışı bir çox xarici KİV- lərdə dərc olundu.
Ölkə başçımız hər çıxışında olduğu kimi, bu dəfə də, dünya ictimaiyyətinin diqqətini 30 illik işğal dövründə Ermənistanın Azərbaycanın əzəli torpaqları olan Qarabağ və Zəngəzurda törətdikləri vəhşiliklərə yönəltdi. Bütün şəhər və kəndlərimizi yerlə yeksan etməklə yanaşı Ermənistan hökuməti Kəlbəcər, Laçın, Şuşa və Zəngilan rayonlarında qeyri qanuni məskunlaşma proqramları həyata keçirmişdilər. Təəssüflər olsun ki, beynəlxalq qurumlar buna da göz yummuşdular.
Vətən müharibəsindəki gələbəmizdən sonra regionda yeni reallıqlar yarandı. Beynəlxalq konfransda ölkə başçımız bir daha Azərbaycan dövlətinin regionda sülhün bərqərar olmasını, Azərbaycan xalqının əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşamaq istəyini vurğuladı. Azərbaycanla Ermənistan arasında sülh sazışının bağlanması üçün Azərbaycan dövləti beş prinsipdən ibarət təklif irəli sürmüşdü. Ermənistan hökuməti də bu prinsipləri gəbul etdiklərini bəyan etmişdir. Eyni zamanda Ermənistan tərəfi bu prinsiplərə əsaslanaraq Azərbaycanla sərhədlərin delimitasiya proseslərinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına da razılıq vermişdir. Bu 30 ildə Ermənistan tərəfindən gələn ən pozitiv xəbər oldu. Azərbaycanla Ermənistan dövlətləri arasında bağlanacaq sülh müqaviləsi Cənubi Qafqazla yanaşı regionun digər dövlətlərinin də inkişafına böyük təsir göstərəcək.
Cənab İlham Əliyev çıxışında Qarabağda yaşayan ermənilərin Azərbaycan dövlətində özlərini təhlükəsiz və rahat yaşaya biləcəkləri barədə mesaj verdi. Ermənilər Azərbaycanda gözəl və firavan yaşamaq istəyirlərsə ilk növbədə separatizm meylərinə son qoymalı və Azərbaycanın qanunlarına riayət etməlidirlər. Ermənilər anlamalıdırlar ki, yaxın vaxtlarda yüz minlərlə azərbaycanlı öz torpaqlarına qayıdacaq və onlar azərbaycanlılarla qonşuluq şəraitində yaşamalı olacaqlar.
Bu gün Qarabağda böyük quruculuq işləri aparılır. Ərazilərin elektrik enerjisi ilə təminatı təmamilə yenilənir. İşğal dövründə ermənilər Qarabağ və Şərqi Zəngəzurda 30-dək su elektrik stansiyalarını təmamilə dağıtmışdılar. Artıq bütün regionu birləşdirən elektrik şəbəkəsi yaradılmışdır. İşğal dövründə ermənilər həmçinin Qarabağda Azərbaycan xalqına məxsus mədəni irsi də tamamilə dağıtmışdılar. Dünyada mədəni irsin qorunması missiyasını öz üzərinə götürmüş UNESKO buna laqeyd münasibət göstərmiş və "siyasi məsələlərə qoşulmamaq" bəhanəsilə həmin ərazilərə missiya göndərməkdən imtina etdilər. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu təşkilat fəallaşaraq "erməni tarixi irsi"-nin müdafiəsinə qalxdılar. Bu ikili standartların ən bariz nümunələrindən biridir.
Cənab İlham Əliyev görüşdə Qətnamələr qəbul edən BMT TŞ-nın üç daimi üzvünün həmçinin ATƏT in Minsk qrupunun həmsədrləri olduqlarını da vurğuladı. Minsk qrupunun həmsədrləri münaqişənin həll edilməsində heç bir səmərəli iş görmədi. İşğalın davam etməsini Ermənistan və Minsk qrupu özləri üçün məqbul hesab edirdi, amma Azərbaycan dövləti heç vaxt işğalla barışmayacağını vurğulayırdı.
Prezident cənab İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi üçün ordu quruculuğuna xüsusi diqqət ayırırdı. Ölkə başçımız hər zaman vurğulayırdı ki, güclü orduya sahib olmaq üçün ölkəmizin iqtisadiyatı yüksəlməli və dayanıqlı iqtisadi gücümüz olmalıdır. Müharibədə qalib gəlməyimizin ən əsas şərtlərindən biri də gənc nəslin vətənpərvər ruhda yetişməsi oldu. Son 18 ildə Azərbaycanda elə bir nəsil yetişdiki torpaqlarımızı işğaldan azad etmək üçün ölümə belə getdilər. Ölkə başçımız xaricdə, xüsusən Fransada yaşayan güclü erməni diasporunun regionda sülhün yaranmasına böyük maniələr törətdiyini də hər kəsin diqqətinə çatdırdı. Fransada müəyyən hakim qüvvələr Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirdi. Halbuki Azərbaycan dövləti Fransa ilə münasibətlərin normal olmasına böyük əhəmiyyət verir.
Bu gün Azərbaycanla qonşu Gürcüstan dövləti arasında ikitərəfli və beynəlxalq səviyyədə sıx əməkdaşlıq mövcuddur. Lakin Ermənistan üçtərəfli və beynəlxalq normalara söykənən əlaqələr qurmağa səy göstərmir. Ermənilər başa düşməlidirlər ki, bu regionda onlar təkbaşına, təcrid halında yaşaya bilməzlər. Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli və üçtərəfli əlaqələrin qurulmasında maraqlı olmalıdılar.
Azərbaycan dəfələrlə beynəlxalq təşkilatların dəstəyi ilə Ermənistanla ikitərəfli əlaqələrin qurulması təklifini irəli sürmüşdür. Azərbaycan tərəfinin xarici işlər nazirləri səviyyəsində, ekspertlərin görüşlərinin keçirilməsi, daha sonra vətəndaş cəmiyyəti səviyyəsində görüşlərin təşkil edilməsi təklifini Ermənistan tərəfi gəbul etməmişdir.
Cənab İlham Əliyev görüşdə Azərbaycan - Rusiya, Azərbaycan - Türkiyə əlaqələrinə, eləcə də hər iki dövlətin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynadıqlarına da toxundu. Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamənin olması Azərbaycanın strateji maraqlarına əsaslanır. Rusiya Azərbaycanla qonşu dövlətdir və Qarabağ müharibəsindən sonra Rusiya Sülhməramlı qoşunları Qarabağda yerləşdirilib. Eyni zamanda Azərbaycanla Rusiya arasında uzunmüddətli iqtisadi əlaqələr mövcuddur və ölkəmiz Rusiyadan böyük həcmdə bazar qiymətlərinə silah alırdı. Ermənistan dövləti isə silahları pulsuz alırdı. Azərbaycanla Türkiyə arasında mədəniyyət paytaxtımız olan Şuşa şəhərində "Müttəfiqlik haqqında" Bəyannamə imzalanmışdır. Bu Bəyannamə hər iki dövlət arasında tarixən mövcud olan dostluğun və qardaşlığın rəsmiləşdirilməsi idi.
Bu gün Qarabağda Türkiyə - Rusiya Monitorinq Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda Rusiya ilə Türkiyə arasında mövcud münasibətlər də nəzərə alınmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Azərbaycan qonşu dövlətlərlə - Rusiya, Türkiyə, Gürcüstan və İranla çox sıx əlaqələr qurmuşdur. Bundan əlavə Azərbaycanın beynəlxalq qurumlarla da əlaqələri yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Azərbaycanla Avropa İttifaqı arasında sıx münasibətlər mövcuddur. Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, eləcə də sərhədlərin delimitasiya istiqamətində mühüm rol oynayır. BMT, ATƏT, QH, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın bölgədə yaratdığı reallığı gəbul edib. Cənab İlham Əliyev müharibə bitdikdən sonra ermənilərin bu ərazilərdə basdırdıqları minaların böyük insan tələfatına səbəb olduğunu xüsusi vurğuladı. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bu gün də ərazilərin minalardan təmizlənməsinə Azərbaycana lazımı dəstək göstərmir.
Azərbaycan dövləti beynəlxalq iqtisadi layihələrdə çox fəal iştirak edir. Bugünkü çətin günlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol hər kəsə bəllidir. Azərbaycanın təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyəyə, Gürcüstana, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac olunur.
Azərbaycan şərq-qərb nəqliyyat qovşağının yaradılmasında çox böyük işlər görüb. Məhz bu nəqliyyat dəhlizinin yaradılması dövlətlərarası yükdaşımanın həcminin artması ilə yanaşı, vaxta və maliyyə məsrəflərinin azalmasına səbəb olub. Bu gün Azərbaycan şimal-cənub nəqliyyat infrastrukturunun da fəaliyyət göstərməsində fəal rol oynayır.
Cənab İlham Əliyev aprelin 29-da "Cənubi Qafqaz: Inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda çıxışı ilə bir daha sübut etdi ki, Azərbaycan dünya üçün çox vacib ölkədir.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor
Baxış sayı: 497
Bölməyə aid digər xəbərlər

12-09-2026, 20:53
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
10-09-2026, 19:03
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
10-09-2026, 18:50
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
10-09-2026, 17:33
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
10-09-2026, 10:29
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
9-09-2026, 14:29
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
8-09-2026, 14:39
Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişəni başlatmadı, amma ona son qoymağa çalışır
8-09-2026, 14:15
Macarıstandan rus diplomatlarının qovulmasına reaksiya verdi
7-09-2026, 16:33
"Yaramaz bir açıqlama": Bir diplomat Trampa Ayın mənimsənilməsinə qoyulan qadağanı xatırlatdı
7-09-2026, 16:16
Mendel Ukraynadakı münaqişənin həlli üçün yeni şərtlərdən danışdı
6-09-2026, 18:28
Zaxarova Berlindəki Rus Evinin niyə bağlandığını izah etdi
3-09-2026, 12:43
İndoneziya Prezidenti Şərq İqtisadi Forumunda (ŞİF) çıxışı zamanı rus dilində danışıb
2-09-2026, 18:19
Ermənistana AB ilə AAİ arasında yekun qərar verməsi tövsiyə edildi
1-09-2026, 12:26
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
1-09-2026, 12:17
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
1-09-2026, 12:14
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
31-08-2026, 22:02
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
31-08-2026, 17:34
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
31-08-2026, 16:40
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
31-08-2026, 15:38
Xarici Kəşfiyyat Xidməti (XKX) AŞPA və Avropa Parlamentinin Rusiyadakı seçkiləri tanımadıqlarını elan etmək planlarını açıqladı
27-08-2026, 18:46
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
27-08-2026, 18:37
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
27-08-2026, 18:24
ABŞ və İran hazırda danışıqlar aparmır
26-08-2026, 18:12
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
26-08-2026, 18:10
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
26-08-2026, 17:57
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
26-08-2026, 12:07
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
25-08-2026, 19:25
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
25-08-2026, 19:17
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
24-08-2026, 20:03
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
24-08-2026, 19:50
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
20-08-2026, 19:12
Rusiyalı senator Qərb ölkələrini Kalininqrad ətrafında gərginliyi artırmaqda günahlandırdı
20-08-2026, 19:09
Xarici İşlər Nazirliyi: 55 ölkənin nümayəndəsi seçkiləri müşahidə etmək üçün Rusiyaya gəlməyə hazırdır
19-08-2026, 16:41
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
19-08-2026, 16:23
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
19-08-2026, 08:15
Politoloq Atayev Ermənistanın əməkdaşlıq üçün yeni tərəfdaşlar axtarmasının səbəbini izah etdi
18-08-2026, 22:15
Boqdanov ABŞ siyasətində zorakılığı normal hesab edən insanların sayının artdığını qeyd etdi
18-08-2026, 21:58
Lavrov: "Rusiyaya zərbələrdə iştirak müharibədə iştirak hesab ediləcək"
18-08-2026, 12:38
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya ilə sülh müqaviləsinin ilin sonuna qədər əldə olunmayacağını bildirib
18-08-2026, 12:13
General oğlu vəzifəsindən azad edildi
17-08-2026, 22:39
Ən gənc general-leytenant oldu