21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
Brüssel görüşünün nəticələri xarici siyasətimizin növbəti böyük uğurudur-Cəmil Quliyev
Tarix: 09-04-2022 17:34 | Bölmə: Siyasət

Brüssel görüşündən gözləntilərimiz özünü doğrultdu. Zaman sübut elədi ki, cənab Prezident İlham Əliyev həm müzəffər Ali Baş Komandan, həm də uzaqgörən diplomatdır. Onun ötən müddətdə uğurlu xarici siyasəti, düşünülmüş siyasi gedişləri, zamanın nəbzini və dəyişən dünyanın reallıqlarını vaxtında duyması, siyasətini bu yöndə qurması ölkəmizə daha bir uğur qazandırmış oldu. 44 günlük müharibə zəfərlə başa çatdıqdan sonra imzalanmış üçtərəfli bəyanatın müddəalarının ardıcıllıqla yerinə yetirilməsi tələbi və Azərbaycanın öhdəliklərinə sadiqliyi dünya güclərində ölkəmizə, onun liderinə sayğı və diqqəti artırmaqla yanaşı, İlham Əliyevin praqmatik siyasətçi və dünya düzənində reallıqları qəbul edən dövlət başçısı imicinin formalaşmasında böyük rol oynadı. Ermənistandan fərqli olaraq, Azərbaycanın ardıcıl və məqsədyönlü xarici siyasətə malik olması bizim mövqeyimizi daha da gücləndirdi. Məhz bu güclü əllə Brüssel görüşünə yollanan cənab İlham Əliyev döyüşdə qazanılmış uğurları diplomatiya sahəsində də davam etdirdi. Görüşün nəticələri diplomatik qələbə olmaqla yanaşı, dövlət başçımızın dünyada nüfuz göstəricisi baxımından rasional–lider kimi qəbul edilməsini təsdiqləmiş oldu.
Aprelin 6–da Belçikanın paytaxtı Brüsseldə baş tutan görüş Cənubi Qafqazda təhlükəsizliyin yaradılması istiqamətində sülh prosesinin başlanğıcı kimi hesab oluna bilər. Görüşün yekun bəyanatı onu deməyə əsas verir ki, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif qəbul edilir və postmünaqişə dövründə danışıqlar Azərbaycanın müəyyənləşdirdiyi siyasi xətt üzrə aparılır. Brüsseldə 4 saatdan artıq davam edən görüşdə əldə olunan nəticə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlanmasına dair dövlət başçılarının xarici işlər nazirlərinə təlimat vermələri ilə bağlı razılaşmadır. Bu əməli qərar görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib. Digər məqam isə birgə sərhəd komissiyasının təşkil edilməsi ilə bağlı razılaşmadır. Sərhəd komissiyasının mandatına Azərbaycan–Ermənistan sərhədinin delimitasiyası, sərhəd xətt boyu və onun yaxınlığındakı sabit təhlükəsiz vəziyyətin təmin olunması daxildir.
2021–ci ilin dekabrında Prezident İlham Əliyevin Avropa İttifaqının prezidenti Şarl Mişellə görüşü zamanı əsası qoyulmuş sülh gündəliyinin yeni formatda davam etdirilməsi regionda davamlı sülhün bərqərar olması yönündə aparılan işlərin müsbət nəticəsindən mesajlar verirdi. Avropa artıq Azərbaycan həqiqətlərini gec də olsa anlamağa və qəbul etməyə başlayırdı. İlham Əliyevin qətiyyəti və ardıcıl siyasəti onları regionda Azərbaycanın lider rolunu təsdiq etməyə məcbur etdi və Ermənistanın masaya oturdulmasını şərtləndirdi. Brüssel görüşünün sonunda Şarl Mişelin bəyanatının məğzi də bundan ibarətdir. İlk dəfə münaqişə tərəflərinə birbaşa danışıqlar üçün yaradılmış şərait iki dövlət başçısının reallıqlardan çıxış etməsinə və ortaq məxrəcə gələ bilməsinə imkan verdi. Gələcək sülh müqaviləsinin hazırlanması üçün danışıqların başlanması və işçi qrupunun yardılması məsələsində razılıq olunmasını böyük sülhün başlanğıcı kimi dəyərləndirmiş, Ermənistan rəhbərliyinin fakt qarşısında qalmasını reallıqları qəbul etməsinin sübutu olduğunu və bunun regionun gələcək inkişafında böyük rol oynayacağını bildirib. Ərazi bütövlyüymüzün tanınması fonunda nəqliyyat–komunikasiya xətlərinin açılması, sərhədlərin demarkasiyası ilə yanaşı İqtisadi Məşvərət Şurasının yaradılması barədə razılıq regionun gələcək inkişafını şərtləndirəcək amillərdən biridir. Nəhayət ki, regiona ədalətli sülh gələcəyinin ilkin işartıları görünməyə başlamışdır. Avropa İttifaqı bu addımı ilə özünün tərəfsiz və qərəzsiz mövqeyini sərgiləməklə yanaşı, xalqlara sülh istəyinin reallığa söykəndiyini sübut etmiş oldu. Beləliklə də ATƏT–in Minsk qrupu da “Dağlıq Qarabağ” və “status” anlayışları da tarixin arxivinə göndərilmiş oldu. Yeni geosiyasi reallıqların diqtə etdiyi şərtlərin qəbul edilməsi Azərbaycanın diplomatik qələbəsini təmin etmiş oldu. İlham Əliyevin uzaqgörən siyasəti öz sözünü dedi və bir liderin ağıllı, praqmatik fəaliyyətinin nəyə qadir olduğunu sübut elədi. Bununla yanaşı bu görüşdə Avropa İttifaqının Azərbaycana humanitar sahədə dəstəyinin olacağı da gündəmə gətirildi. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsinin nəzərdə tutulması yaxın vaxtlarda işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və bərpa işlərinə çox güclü təkan verəcək və insanlar öz doğma ocaqlarına, yurd–yuvalarına daha tez qayıdacaqlar.Ermənistanın bəhanəsi və qaçacaq yeri qalmadı, onlar da dünya reallıqlarını anlamağa başlayırlar.
Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Ermənistanın kapitulyasiyası Azərbaycanın hərbi qələbəsi demək idi. Prosesin davamı olaraq, Azərbaycan Moskvada və Soçidə keçirilmiş görüşlərdən diplomatik qələbə ilə ayrıldı ki, bununla da Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edildi. Bütün bunlar Brüssel qələbəsini də labüdləşdirirdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda əks olunmuş məqamlar da Azərbaycanın siyasi–diplomatik qələbəsinə şahidlik etdi. Belə ki, Şarl Mişelin Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış etməsi Azərbaycanın “münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır” mövqeyini dəstəklədiyini isbatlayırdı. Avropa İttifaqı Şurası Prezidentinin Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış etməsi İttifaq tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstəyi kimi qəbul edilməlidir. Şarl Mişelin bəyanatında 2020–ci il 10 noyabr, 2021–ci ilin 11 yanvar və 26 noyabr görüşləri, bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etməsi də Azərbaycanın mövqeyi ilə üst–üstə düşür. Bütün bunlarla yanaşı, Şarl Mişelin itkin düşmüş şəxslər, humanitar minatəmizləmə səyləri, reabilitasiya və rekonstruksiya fəaliyyəti, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi, birgə iqtisadi əməkdaşlıq platformasının və regionda komunikasiya infrastrukturunun yaradılması, Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi kimi mühüm məsələlərə müsbət mövqe və dəstək ifadə etməsi bir daha Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərirdi.Brüsseldə keçirilmiş görüşlərdə, birgə mətbuat konfranslarında və bəyanatlarda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməməsi, ATƏT–in Minsk Qrupunun isə ümumiyyətlə adının çəkilməməsi bir daha münaqişənin keçmişdə qaldığını, sülh danışıqlarının daha çox ikitərəfli formata yönəldiyini, xüsusilə də status məsələsinin artıq Azərbaycanın, Ermənistanın, Rusiyanın, hətta Avropanın belə gündəliyindən çıxarıldığını sübut edir.Prezident İlham Əliyevin Brüssel səfəri erməni lobbisinin himayəsində olan “5–ci kolon”un da fiaskosu ilə nəticələndi. Cənab Prezidentin Brüssel səfərinin nəticələri Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur.
Cəmil Quliyev,
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.

Baxış sayı: 568
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.