Bütün xəbərlər
Uçmuş məktəbin dağıntıları altından fəhlələrin cəsədləri çıxarılıb
Tarix: 20-09-2025 15:42 | Bölmə: Digər

Rusiya Federasiyasının İstintaq Komitəsi Moskvanın şərqində təmir işləri aparılan məktəbdə beton plitələrin uçması nəticəsində kommersiya subpodratçısının fəhlələrinin həlak olması ilə bağlı araşdırmaya başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət Znamenskaya küçəsindəki 1080 saylı məktəbə aiddir. Sentyabrın 20-də günorta saatlarında aparılan təmir zamanı dörd mərtəbənin uçduğu, nəticədə iki nəfərin öldüyü, bir nəfərin dağıntılar altında qaldığı bildirilirdi.
“Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə bölmələri iki fəhlənin meyitini çıxarıblar”, - Xilasetmə Agentliyinin Moskva bölməsindən bildiriblər.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. İstintaq Komitəsindən verilən məlumata görə, tikinti və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı ibtidai istintaqa başlanılıb. Hazırda hadisə yerində müstəntiqlər və kriminalistlər işləyir. Cinayət işinin açılıb-açılmaması ilə bağlı qərar verilir.
Fövqəladə hadisə ilə bağlı araşdırma paytaxt prokurorluğunun nəzarətindədir.



Baxış sayı: 401


Bölməyə aid digər xəbərlər