18:42 / 21-05-2026
Lukaşenko "İsgəndər-M"i bir vaxtlar arzusunda olduğu yaxşı maşın adlandırdı
18:38 / 21-05-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə müşahidə edilib
18:35 / 21-05-2026
Lavrov Tayland xarici işlər naziri ilə telefonda danışdı
18:33 / 21-05-2026
Hücum edənlər saxlanılıb
18:29 / 21-05-2026
Dəmir yolunda terror aktı törətməyi planlaşdırırdı
18:26 / 21-05-2026
Magyar Avropanın Rusiya qazını almağa niyə qayıdacağını izah etdi
18:19 / 21-05-2026
Fiko: "AB siyasətçiləri onu Rusiyaya səfərlərinə görə tənqid edirlər, amma gizlicə bu barədə soruşurlar"
18:15 / 21-05-2026
Litvanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb
18:07 / 21-05-2026
Uşaqlarına işgəncə verdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib
18:04 / 21-05-2026
Putin və Lukaşenko nüvə qüvvələri təlimi zamanı video zəng etdilər
17:54 / 21-05-2026
Cəsədi kütləvi məzarlıqda tapılıb
17:51 / 21-05-2026
12 İllik temperatur rekordunu təkrarladı
17:48 / 21-05-2026
Bir vəkil böyük miqyaslı fırıldaqçılıqda şübhəli bilinir
17:37 / 21-05-2026
İlon Mask dünyanın ilk trilyoneri ola bilər
17:33 / 21-05-2026
3 yaşlı qızı vurması ilə bağlı cinayət işi açılıb
17:30 / 21-05-2026
Ukraynaya hava hücumundan sonra Polşaya kütləvi şəkildə təcili yardım təyyarələri göndərilir
17:27 / 21-05-2026
Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək
17:21 / 21-05-2026
Rusiya, NATO-nun Rusiya sərhədləri yaxınlığındakı fəaliyyətinin Soyuq Müharibə səviyyəsinə çatdığını bildirdi
22:43 / 20-05-2026
Rusiya Kuboku Superfinalının ən gənc hakimi olacaq
22:38 / 20-05-2026
Ermənistandan gül idxalını məhdudlaşdırır
22:34 / 20-05-2026
Lavrov Ukrayna və Tayvandakı vəziyyətləri müqayisə etdi
22:31 / 20-05-2026
Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürə biləcəyini etiraf etdi
22:28 / 20-05-2026
Keçmiş sevgilisini qaçırmağa cəhd etdiyinə görə həbs edilib
22:25 / 20-05-2026
Rubio bildirib ki, Kuba rəhbərliyinin günahı üzündən çətin vəziyyətdədir
20:18 / 20-05-2026
Polis əməkdaşını bıçaqlayan şəxs həbs edilib
20:14 / 20-05-2026
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
20:09 / 20-05-2026
İrlandiya iddia edir ki, Avropa Rusiyadan yanacaq istəyir
20:07 / 20-05-2026
Polşa Ukraynadakı münaqişənin gərginləşməsini sərt reaksiya ilə hədələyir
20:04 / 20-05-2026
Putin və Si Cinpinin qeyri-rəsmi danışıqları bir saat yarım davam etdi
20:01 / 20-05-2026
NATO Baş Katibi Ukraynanın Amerika silah təchizatı olmadan yaşaya bilməyəcəyinə inanır
19:58 / 20-05-2026
Bir kişi gizli şəkildə bir qadını çəkdiyinə görə 15 gün həbs edilib
19:55 / 20-05-2026
Şoyqu Zelenskinin səfəri ilə bağlı Yerevanın erməni yaddaşını lağa qoyduğunu qeyd edib
19:50 / 20-05-2026
Beş turistin ölümündən sonra iki kişi saxlanılıb
19:47 / 20-05-2026
Şoyqu Rusiya ilə əməkdaşlığı Ermənistanın iqtisadi artımının əsas hərəkətverici qüvvəsi adlandırdı
19:35 / 20-05-2026
ABŞ 40 ildən sonra ilk dəfə Tayvan lideri ilə danışmağa hazırdır
19:33 / 20-05-2026
Eramızın I-II əsrlərinə aid qədim qılınc aşkar edilib
19:29 / 20-05-2026
Putin Çinə səfərini başa vurdu
Gömrük generalı: “Narkotik vasitələr Əfqanıstandan İrana, daha sonra Azərbaycana daşınır”
Tarix: 29-10-2021 23:11 | Bölmə: Müsahibə
Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovun “Report”a müsahibəsi:
- Məsum müəllim, Dövlət Gömrük Komitəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni əsasən necə həyata keçirir?
- Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən mütəmadi olaraq gömrük hüquqpozmalarının, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin bu qəbildən olan cinayətlərin hazırlanmasında və törədilməsində iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasının təmin edilməsi məqsədilə zəruri əməliyyat-axtarış tədbirləri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir, risk indikatorları müəyyən edilməklə bu istiqamətdə analiz və təhlillər aparılır, gömrük nəzarəti zamanı texniki nəzarət vasitələri və kinoloji xidmət itlərin tətbiqi təmin edilir.
- Bu sahədə hansı ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir?
- Narkotiklərin qaçaqmalçılığı üzrə cinayətlərin transmilli mütəşəkkil xarakter daşıması və bir neçə ölkənin ərazisində törədilməsi səbəbindən bu bəla ilə mübarizədə müxtəlif ölkələrin, beynəlxalq və regional təşkilatların əməkdaşlığı zəruridir. Qeyd olunan səbəbdən Dövlət Gömrük Komitəsi beynəlxalq əməkdaşlığa xüsusi önəm verir və bu sahədə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Bu istiqamətdə Müstəqil Dövlətlər Birliyinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı, GUAM, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi, Türkiyə Respublikası Ticarət Nazirliyi, ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə üzrə Administrasiyası, Rusiya Federal Gömrük Xidməti, Ukrayna Dövlət Gömrük Xidməti və bir sıra başqa beynəlxalq təşkilatlar və xarici ölkələrin müvafiq səlahiyyətli dövlət orqanları ilə əməkdaşlıq həyata keçirilərək məlumat və təcrübə mübadiləsi aparılır, işçi görüşlər keçirilir.
Bu əməkdaşlıq nümunələrinə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının birgə layihəsi olan Qlobal Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsindəki, ÜGT-nin Azərbaycan Respublikası üzrə milli əlaqələndirmə qovşağı vasitəsilə Ümumdünya Gömrük Təşkilatının regional qovşağı RILO-Moskva çərçivəsindəki, eləcə də ikitərəfli əməkdaşlıq çərçivəsindəki əməkdaşlıq daxildir.
Dövlət Gömrük Komitəsi beynəlxalq qorunan məlumat mübadiləsi kanalları üzrə də fəaliyyət göstərir. Belə ki, “CEN” (SEN - ÜGT-nin Gömrük hüquq mühafizə şəbəkəsi), “Containercomm” (Konteynerkom - Qlobal Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsindəki məlumat mübadiləsi kanalı), “RILO CIS Operational Platform” (MDB ölkələri üzrə regional qovşağın əməliyyat platforması) və PICS (PİKS - narkotik vasitələrin və psixotrop maddələrin prekursorlarının qanunsuz dövriyyəsinin aşkar edilməsi faktları üzrə məlumat mübadiləsi sistemi) sistemləri ilə iş aparılaraq müvafiq məlumatların mübadiləsi təmin edilib.
- Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində hansı uğurlar əldə edilib?
- Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün 2021-ci ilin 9 ayı ərzində Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarəti və əməliyyat-axtarış fəaliyyəti gücləndirilib, risklərin idarə olunması sisteminin və yeni texnologiyaların tətbiqi genişləndirilmiş, kadrların peşəkar hazırlığı artırılmış və digər kompleks tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 35 fakt aşkar olunub.

Bu faktlar üzrə ümumilikdə 1 ton 648 kq 104 qram narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Onlardan 903 kq 454 qram heroin, 505 kq 593 qram tiryək, 44 kq 646 qram həşiş, 194 kq 115 qramdan çox metamfetamin və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Həmin müddət ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 37 nəfər: 36 kişi və 1 qadın olmaqla 16 nəfər Azərbaycan vətəndaşı və 21 nəfər əcnəbi (9 İran, 8 Türkiyə, 3 Rusiya, 1 Ukrayna vətəndaşı) barəsində müvafiq tədbirlər görülmüş, 3 halda isə həmin əməllərin törədilməsi üzrə şübhəli hesab edilən narkoqruplar müəyyən edilib.
- Cənab general, Azərbaycana narkotik vasitələr qanunsuz olaraq əsasən hansı ölkələrdən gətirilir? Ümumiyyətlə, narkotik vasitələrin daşınma marşrutlarını söyləyə bilərsinizmi?
- Narkotik vasitələrin istehsalında Əfqanıstanın əsas ölkələrdən biri olduğunu və İranın həm Əfqanıstanla həm də Azərbaycanla həmsərhəd ölkələr olduğunu nəzərə alaraq qeyd etmək lazımdır ki, bu maddələr ənənəvi olaraq daha çox həmin ölkədən İrana, daha sonra Azərbaycan ərazisinə daşınır. Ölkəmizin coğrafi mövqeyi nəzərə alınmaqla bildirmək lazımdır ki, narkokuryerlər narkotik vasitələrin Azərbaycan ərazisindən tranzit yolla keçirməklə Balkan marşrutu üzrə Avropa ölkələrinə daşınmasının həyata keçirilməsinə cəhd göstərirlər.

2021-ci il ərzində ümumilikdə 22 halda narkotik vasitələr və psixotrop maddələrin İran İslam Respublikası istiqamətindən gətirilməklə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçirilməsinə cəhdin qarşısı alınıb. Belə ki, həmin faktlar üzrə 12 halda iri həcmli narkotik vasitələr (1 ton 629 kq 555 qram narkotik vasitə və psixotrop maddə) gömrük orqanının əməkdaşları tərəfindən aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
- Ölkə başçısı öz çıxışlarında dəfələrlə deyib ki, işğal altında olarkən Azərbaycan torpaqları narkotik vasitələrin trafiki üçün istifadə edilib. Bu gün artıq bu torpaqlar işğaldan azad edilib. Nəzərə alsaq ki, İran İslam Respublikası ilə daha bir gömrük-keçid məntəqəsinin açılışı nəzərdə tutulur, sizin rəhbərlik etdiyiniz İdarənin məsuliyyəti və fəaliyyət ərazisi daha da artır. Bununla bağlı fəaliyyətinizi necə quracaqsınız?
- Bununla əlaqədar olaraq bildiririk ki, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb. Həmin ərazidə Əməliyyat-İstintaq Baş İdarəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq Baş idarənin struktur bölmələrinin əməkdaşları mütəmadi olaraq yeni yaradılmış gömrük postuna ezam edilərək müvafiq vəzifələrin həyata keçirilməsi təmin edilməkdədir.

- Məsum müəllim, rəisi olduğunuz Baş İdarə hansı innovativ texnologiyalardan istifadə edir?
- Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi də daxil olmaqla ümumilikdə gömrük işi sahəsində hüquqpozmalar üzrə riskli halların, marşrutların, yüklərin müəyyən edilməsi sahəsində Baş idarənin tərkibində “Hədəflərin müəyyənləşdirilməsi mərkəzi” fəaliyyət göstərir ki, məhz onların səyləri nəticəsində külli miqdarda narkotik vasitələrin ölkə ərazisinə idxalının qarşısı alınmaqdadır. Belə ki, bu mərkəz tərəfindən effektiv nəzarət üsulları olan video müşahidə, rentgen yoxlama-baxış və GPS monitorinq sistemləri istifadə edilməkdədir. Bunlarla yanaşı, əsas etibarilə elektron mənbələrdə olan məlumat toplularının təhlilinə əsaslanan risk idarəçiliyi metodu tətbiq edillir. Bu məqsədlə məlumat bazalarının vizualizasiyası və təhlili proqramları istifadə edilməkdədir. Nəticə olaraq, müasir yanaşmaların istifadə edilməsi və iş prosesinin mümkün olduğu qədər elektron mühitə daşınması resursların daha səmərəli istifadəsinə imkan verir.
Baxış sayı: 1 014
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev