Bütün xəbərlər
Avtomobil bənddəki sədddən çırpılaraq çaya düşüb
Tarix: 07-12-2025 10:30 | Bölmə: Digər

Sankt-Peterburqda avtomobil bənddən Neva çayına düşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Moskva vaxtı ilə təxminən saat 4:46-da Vasileostrovski rayonunda baş verib. Nazirliyin məlumatına görə, avtomobil sədddən çırpılaraq suya düşüb.
Bəyanatda deyilir: "Hadisə nəticəsində bir nəfər yaralanıb, bir nəfər ölüb".
Təmizləmə işlərində iki nəqliyyat vasitəsi və 10 xilasedici iştirak edib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər