Bütün xəbərlər
Kaşira şəhərinin inzibati binasında baş verən yanğın səbəbindən 412 nəfər təxliyə edilib
Tarix: 08-12-2025 13:26 | Bölmə: Digər

Moskva vilayətinin Kaşira şəhərinin inzibati binasında yanğın baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahına istinadən məlumat yayıb.
Nəticədə binadan 412 nəfər təxliyə edilib.
"Yanğınsöndürmə və xilasetmə bölmələri gələn kimi 30 kvadrat metrlik ərazidə açıq alov müşahidə edilib", - deyə, açıqlamada qeyd olunub.
Yanğın söndürülüb. Xəsarət alan olmayıb.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər