17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
20:00 / 16-09-2026
Tikinti bazarı yanır
19:58 / 16-09-2026
Beynəlxalq Cinayət Məhkəməsi (BCC) Filippinin keçmiş prezidentini həbsdə saxlamaq qərarına gəlib
19:53 / 16-09-2026
Medvedev: "Rusiya ya böyük bir güc ola bilər, ya da ümumiyyətlə mövcud olmayacaq"
19:50 / 16-09-2026
Medvedev: "Rusiyanın müxalifləri çaşqınlıq və qorxu toxumu səpmək üçün heç nədən əl çəkmirlər"
19:47 / 16-09-2026
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
19:44 / 16-09-2026
Ermənistan İrəvanın Azərbaycan və Türkiyədən qaz ala biləcəyini bəyan edib
19:39 / 16-09-2026
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
Türkiyəli tarixçi: "Osmanlı dövlətini soyqırımı ilə ittiham etmənin heç bir tarixi faktlara söykənən əsası yoxdur"
Tarix: 25-04-2021 04:09 | Bölmə: Müsahibə
Türkiyə Respublikasının Türk Tarix Qurumunun (TTK) sədri, professor Birol Çətinin APA-ya müsahibəsi:
- Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil edilən “1915-ci il hadisələri” beynəlxalq konfransında TTK-nın mövzu ilə bağlı 117 nəşri olduğunu bildirdiniz. Bu fəaliyyətlərinizin nəticəsi haqqında nə deyə bilərsiniz?
- Həm qurumumuz tərəfindən hazırlanan bu nəşrlərdə, həm də digər qurumlar, təşkilatlar və şəxslər tərəfindən aparılan araşdırmalarda, əlbəttə ki, mövzuya müxtəlif aspektlərdən yanaşmalar var. Çünki bu məsələ əsas tarixi, siyasi və sosial tərəflər olmaqla bir çox sahəni əhatə edir. Buna baxmayaraq, qısaca vurğulanması lazım olan nəticə budur: mövzu ilə bağlı ölkəmizə və tariximizə qarşı ittihamlar tarixin elmi əsaslarına söykənməyən siyasi əsaslı yanaşmalardan irəli gəlir.
Tarixi mənbələrin elmi və qərəzsiz bir şəkildə araşdırılması nəticəsində açıq şəkildə görünən budur ki, həmin dönəmdə Osmanlı dövlətinin qəbul etdiyi deportasiya qərarı heç bir millətə qarşı mənfi münasibətdən qaynaqlanmayıb, bu, dövlətin təhlükəsizliyi baxımından atılan addım olub. Osmanlı dövləti öz təhlükəsizliyini qorumaq istiqamətində hərəkət edib, ancaq deportasiyanın da təhlükəsiz həyata keçirilməsi üçün bir mexanizm yaratmağa çalışıb. Hətta deportasiya zamanı baş verən neqativ hadisələr zamanı bu neqativ hallara laqeyd qalanlar xəbərdarlıq alıb və dövlət tərəfindən cəzalandırılanlar da olub. Bundan başqa, o dövrdə bütün ermənilər deportasiya edilməyib, dövlətin yüksək mənsəbli qurumlarında xeyli erməni mənşəli vəzifəlilərin olma faktları mövcuddur.
Qısaca bunu deyə bilərəm ki, Osmanlı dövlətini soyqırımı ilə ittiham etmənin heç bir tarixi faktlara söykənən əsası yoxdur, bu ittihamlar yalnız anti-Türkiyə siyasəti üçün istifadə olunan mexanizm halına gəlib. Ona görə də biz istəyirik ki, tarixi məsələlərdən siyasi parlamentlərdə və lobbilər vasitəsilə istifadə edilməsin, mənbələr əsasında elmi metodlarla müzakirələr aparmaqla həqiqətlər ortaya çıxarılsın.
- Ümumiyyətlə, bu mövzu ilə bağlı yeni nə fəaliyyətləriniz var?
- Türk Tarix Qurumu türk və Türkiyə tarixini hərtərəfli araşdırmaq və bu araşdırma nəticələrini dərc etmək səlahiyyətini daşıyır. Bu baxımdan bir çox aidiyyəti mövzular kimi, 1915-ci il hadisələri ilə əlaqədar da tədqiqatlarımız davam edir. Bu istiqamətdə yeni araşdırmalar da nəşr olunub, daha əvvəl çap edilmiş əsərlərin yenidən nəşrinə ehtiyac olunanlar da dərc edilir və ya tərcümələr də çap olunmağa davam edir.
Pandemiya şərtlərində elmi konfranslarımız onlayn olaraq keçirilir. 1915-ci il hadisələri ilə əlaqədar tarixçi alimlərimizin, tədqiqatçı mütəxəssislərimizin “YouTube” və digər sosial media üzərindən ictimai rəyləri təqdim olunur, bu da çox ictimai marağa səbəb olduğu üçün belə fəaliyyətlərimizin daha da intensivləşməsi nəzərdə tutulub.
- Sözügedən konfransda rusiyalı politoloq Oleq Kuznetsov dedi ki, 1915-ci il hadisələri məsələsində Rusiya erməniləri dəstəklədiyinə görə itirdikləri olub. Bu baxımdan Rusiya və Türkiyənin elm adamlarının böyük elmi əməkdaşlığına ehtiyac var. Belə bir əməkdaşlığın baş tutması mümkündürmü?
- 1915-ci il hadisələrini müqayisəli və iştirakçı ölkələrin arxivlərini araşdıraraq öyrənmək, tutuşdurmaq, əlbəttə ki, faydalı olar. Oleq Kuznetsov 1915-ci ildəki erməni hadisələrinin bu günə qədər türk və rus alimləri tərəfindən akademik səviyyədə birgə fəaliyyətinin olmadığını dedi. Bunun nə səbəbə indiyədək olmadığını da düşünməliyik. Amma sözün doğrusu, rusiyalı həmkarlarımızın, elm adamlarının bu haqda fikirlərini bilmək istrədik.
- Antalya Elm Universitetinin professoru, hərb tarixçisi Mesut Uyar 1915-ci ilin müharibə və hərb tarixi baxımından kifayət qədər araşdırılmadığını bildirib. Sizin bununla bağlı düşüncəniz nədir?
- Birinci Dünya Müharibəsinə aid bir çox alt mövzular hərbi tarix və müharibə tarixi kontekstindən araşdırılsa da, 1915-ci il hadisələrinin Birinci Dünya Müharibəsinin daxilindəki yeri, mövqeyi qəsdən nəzərə alınmır.
Müharibə zamanı müəyyən bölgələrdə ermənilərə qarşı görülən bir tədbir sanki Osmanlı imperiyası tərəfindən müharibə mühitindən kənar tədbir olaraq xarakterizə olunur və müəyyən bölgələrdəki erməni əhalisini əhatə edən bu tədbirlər beynəlxalq aləmə elə şəkildə çatdırılır ki, guya bu, Osmanlı dövlətinin bütün coğrafiyasında baş verib.
Ona görə də Birinci Dünya Müharibəsinin tarixi gedişatında Anadolunun yeri, Osmanlı dövlətinin sərhədlərini qorumaq üçün savaşdığı cəbhələr və bu cəbhələrlə əlaqəli 1915-ci il hadisələrinə səbəb olan proses, Osmanlı imperiyasında yaşayan əhalinin tərkibi və yaşadıqları bölgələr nəzərə alınmaqla, o dövrdə bu müharibə əsasında savaşan digər dövlətlərin sərhədləri daxilində oxşar hadisələrin baş verib-verməməsi öyrənilmədən 1915-ci il hadisələri yaşanan dövrü və o dövrün şərtlərini anlamaq mümkün görünmür.
Baxış sayı: 854
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə