21:05 / 16-07-2026
Kurlaeva: "Zaporojye AES-in baş mühəndisi nüvə fəlakətinin qarşısını almaq üçün hər şeyi etdi"
20:54 / 16-07-2026
Filippot Makronu yanğınlarla mübarizə aparmaq üçün vəsait çatışmazlığına görə tənqid etdi
20:51 / 16-07-2026
FESCO-nun keçmiş həmsahibi və prezidenti Moskvada qiyabi həbs edilib
20:47 / 16-07-2026
Zelenski Ukraynanın müdafiə naziri vəzifəsinə müvəqqəti Təhlükəsizlik Xidmətinin rəhbəri Xmaranı təklif etdi.
19:29 / 16-07-2026
Əməkdar jurnalist Səyyad Ağbabalı sabiq polis rəisinin yasında çıxış etdi
17:18 / 16-07-2026
ABŞ Rusiyaya qarşı sanksiyalar haqqında qanuna Lindsi Qrehemin adının verilməsini təklif edib
17:13 / 16-07-2026
İki işçi tikinti sahəsində yıxılaraq ölüb
17:11 / 16-07-2026
İstanbulda saxlanılan Rusiya vətəndaşları cümə günü deportasiya ediləcəklər
17:09 / 16-07-2026
Qadın balta ilə üç avtomobili əzdi
17:05 / 16-07-2026
Türkiyə Ukraynaya dəniz təhlükəsizliyi zəmanətləri verməyə hazırdır
16:59 / 16-07-2026
Raket zərbəsindən sonra qurbanların hüquqları izləniləcək
16:56 / 16-07-2026
Rusiya və Ukrayna həlak olan əsgərlərin cəsədlərini mübadilə etdilər
16:53 / 16-07-2026
Narkotik təbliğatına görə cərimələndi
16:49 / 16-07-2026
Kreml Ukrayna və İran ətrafındakı vəziyyətlər arasında paralellər çəkməkdən çəkinirdi
16:46 / 16-07-2026
Rusiya ABŞ-dan sonra Avropaya mayeləşdirilmiş təbii qazın ikinci ən böyük təchizatçısına çevrilib
16:42 / 16-07-2026
AB Bolqarıstan üçün müstəqil kurs tələb edən Radevi izləyir
16:38 / 16-07-2026
Dövlət Duması Rusiyanın nüvə triadası qüvvələrini Ukrayna pilotsuz təyyarələrinin zərbələrinin əsas hədəfi hesab edir
16:30 / 16-07-2026
Puqaçova Moskvanın mərkəzindəki lüks mənzilin qiymətini aşağı salmağa məcbur oldu
16:23 / 16-07-2026
Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəsi Aİ-ni Ukraynanın mülki şəxslərin qətlini dəstəkləməkdə günahlandırdı
16:17 / 16-07-2026
Politoloq Vuçiçin Kiyev sammitinə niyə getdiyini izah etdi
16:15 / 16-07-2026
Kibercinayət işi ilə əlaqədar Ermənistanda saxlanılıb
20:18 / 15-07-2026
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
20:10 / 15-07-2026
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
20:01 / 15-07-2026
Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir
19:58 / 15-07-2026
Polşa Müdafiə Naziri Ukraynaya qarşı üç tələb irəli sürdü
19:53 / 15-07-2026
İki sakin dəmir yolunu partlatmağa cəhddə təqsirli bilinib
19:49 / 15-07-2026
Fransa anormal istilər səbəbindən fəlakətli vəziyyətlə üzləşir
19:44 / 15-07-2026
Polşada evli cütlüyə hücumdan sonra üç ukraynalı saxlanılıb
19:38 / 15-07-2026
Almaniya Polşada keçiriləcək "İstəklilər koalisiyası" təlimlərində iştirak edəcək
19:34 / 15-07-2026
Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərt irəli sürüb
19:31 / 15-07-2026
Fırıldaqçılar tələbəni aldadaraq 80 milyon rubldan çox ziyan vurublar
19:26 / 15-07-2026
Ərazi İşə Qəbul Mərkəzinin əməkdaşı səfərbərliyə mane olmağa çalışan qadına hücum edib
19:22 / 15-07-2026
Zaxarova Qərbi Ukraynaya silah təchizatını dayandırmağa çağırdı
18:22 / 15-07-2026
Tramp Netanyahuya Suriya və Livandan qoşunlarını çıxarmağa çağırdı
18:19 / 15-07-2026
İran ordusu İordaniyadakı ABŞ bazasına hücum etdi və qələbəyə qədər hücumları davam etdirəcəyinə söz verdi
18:15 / 15-07-2026
Britaniya İİKK-nı Avropadakı hadisələrdə iştirakda şübhəli bilir
18:12 / 15-07-2026
Fransanın 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından sonra polis Parisdəki Şanzelize Meydanını bağladı
18:09 / 15-07-2026
İİKK üç Yaxın Şərq ölkəsindəki Amerika bazalarına edilən hücumların nəticələrini açıqladı
“Deyirlər, ora sənin yerin deyil, sanki pozğunxanaya getmişəm” - Videomüsahibə
Tarix: 01-06-2026 12:54 | Bölmə: Müsahibə
Bəzi insanlar sadəcə öz dövrünə xitab edir, digərləri isə ən azı iki nəsil arasında körpü qurmağı bacarır. Onu az qala, 7-dən 70-ə hər kəs tanıyır. Söhbət 2000-ci illərin əvvəllərində yayımlanan məşhur “Milyonçu”, “Teletime” və bir çox axşam şoularının aparıcısı aktyor Azər Axşamdan gedir.
“Qafqazinfo” olaraq onunla karyerası, müasir efir məkanı və bir çox gündəm mövzular ətrafında söhbət apardıq. 53 yaşını heç göstərməyən müsahibimdə illər ərzində dəyişən tək şey apardığı verilişləridir...
- Necə oldu ki, Azər Şabanov “Axşam” təxəllüsünü aldı?
- ABA televiziyasında işlədiyim zaman verilişdə deməliydim ki, “Salam, mən Azər, bu axşam sizi salamlayıram”, amma səhvən “Mən Azər Axşam, sizi salamlayıram” dedim və belə də qaldı.
- Hazırda gündəlik vaxtınızı nəyə sərf edirsiniz?
- İdmana və çalışıram ki, ibadətə vaxt ayırım. Bunu da adam deməyə qorxur, deyirlər ki, “ağıllı adam olub”, nə isə, qoy desinlər...
- Uşaqlıqda atanız idmana olan marağınızın qarşısını alıb. İdmançı olsaydınız, sizi yenə eyni savadda, eyni xarakterdə Azər Axşam kimi tanıyacaqdıq?
- Onu bilmirəm, bəzi şeylər var ki, yaşamalısan. Necə ki, bu sənətimdə peşəkar olmağa çalışdım, düşünürəm, atam mənə idmanı icazə versəydi, o sahədə də eyni cür olardım və böyük ehtimalla Azərbaycan bayrağını ucaldardım. Çünki israrlı bir xasiyyətim var, bir işə başlamıram, ancaq başladımsa, sona qədər gedirəm.

- Niyə sizi əvvəlki kimi efirlərdə görə bilmirik?
- Mən istəyirəm o sualı sizə verim, bəlkə siz bilərsiniz. Efirlərdə varam, hazırda ATV-də günorta saatlarında “Bişir qazan” verilişi ilə çıxırıq. Çox adam deyir, “niyə o saatda? Buna səbəb odur ki, format sırf evdə oturan xanımlar üçün nəzərdə tutulub. İnsanlar gəlib yemək bişirirlər, zarafat edirlər, yüngül tərzdə əyləncədir. Amma dediyiniz monumental axşam verilişləri yoxdur.
- Buna səbəb nədir?
- Vallah, səbəbini bilmirəm. TV-lər sanki nəsə istehsal etmək istəmir, “hazıra nazir olmaq” niyyətindədirlər. Biz əvvəllər bu tip əyləncəli, intellektual axşam şouları etmişik, bu gün də var. Amma mən həmişə düşünmüşəm ki, Azərbaycanın miqyası həftədə 5 verilişə imkan vermir, vur-tut 50 tanınan insan var, mövzu yoxdur, konsertlər yoxdur. Son zamanlarda televiziyalar sosial şəbəkələrdən qidalanmağa başladılar, asan yola əl atdılar.
- Türkiyədə Beyazıt Öztürkün 20 ildən çox yayımlanan “Beyaz şou” verilişi bağlandıqdan sonra hər kəs gözləyirdi ki, o, eyni layihə ilə qayıdacaq. Amma tamam başqa format oldu. Sizdə də eyni cür. Niyə tamaşaçı tərəfindən sevilən insanları efirlərdə eyni verilişlərlə görə bilmirik?
- Vallah, mən bu yaşımadək heç kəslə küsülü olmamışam. Heç bir rejissor, TV rəhbərləri ilə problemim yoxdur. Özbaşınalığım yoxdur, heç kəs deyə bilməz ki, “istəyəndə gəlir, istəməyəndə yox, disiplinsizdir, tərbiyəsizdir”. Sadəcə fikirləşirəm ki, bəlkə mən sponsor gətirə bilmirəm?! Həmişə deyirəm ki, yaxşı işçi namuslu arvaddır. Onun qayğısına qalmaq, hədiyyələr almaq lazımdır. Çünki o, çox tərbiyəli uşaqlar yetişdirir. Veriliş də uşaqdır, verin onu tərbiyəli adamlara. Lakin əfsuslar olsun ki, verilişlər tərbiyəsiz adamların əlinə düşüb, onlar da istədiyi istiqamətə aparırlar, təbii ki, baxımlı da olur. Məndə elə bir xasiyyət var ki, insanı hər kəsin içərisində yerə vura bilmərəm. Yəqin elə buna görə də, hazırda axşam şouları apara bilmirəm...

- Hazırda TV-lərin vəziyyəti məlumdur. Son aylarda isə bir neçə veriliş bağlandı. Siz bu haqda nə düşünürsünüz, bu məhdudiyyətlərin tamaşaçımıza və efirlərimizə bir xeyiri olacaq?
- Əlbəttə ki, xeyiri var. Yaxşı iş yavaş-yavaş, pis iş isə həmən olur. Bir az səbirli olmaq lazımdır. Audiovizual Şuraya verdiyi qərarlara görə təşəkkür edirəm. Siz dayandırmağı bacardınız, özünüz də bilirdiniz ki, bu, dayanmalıdır. Yaxşısı əlimizdən gəlir, niyə biz lağlağıya, aşağı səviyyəli işlərə qaçdıq? Televiziyaya seçilən aparıcılar mütləq şəkildə böyük bir komissiyadan keçməli, yoxlanmalıdırlar. Onların həyat tərzinə baxılmalıdır, kimdir, nədir, nə düşünür. Öz həyatını efirə yansıdırmı? Yansıtmırsa, bu, sərbəstlikdir. Ancaq efirdə çox sərbəstlik də tərbiyəsizliyə çönməyə başlayır. Bu qədər rahatlıq olmaz, çünki sərbəstlik tərbiyəsizliyə bir addımdır...
- Dediyiniz kimi, efirlərdə bəzən qonağı hətta ələ salırlar, onlar isə sanki buna dünəndən razıdır...
- Bu da düşünülmüş addımdır, tamaşaçının günahı yoxdur. Uşağı balacalıqdan nəyə öyrəşdirsən, onu da götürəcək. Tamaşaçı da bir uşaqdır, oturur və baxır. Deyir ki, pis olsa, efirə dəvət etməzlər. Efirdə qonağı təhqir etmək tərbiyəsizlikdir, olmaz. Qonağa da bu lazımdır, çünki etməsə, onu yenidən efirə çağırmayacaqlar, gündəmdən düşəcək. Düşəndə də toylarını itirəcək. O gün verilişə baxıram, xanım müğənni çağırıblar. Aparıcı deyir ki, “bir-bir xanım müğənnilərin adlarını çəkəcəyəm, onlardan hansı sizdən gözəldirsə, deyin”. Bu, artıq intriqadır. İndi o xanım nə etsin? 90 faizi də əməliyyatdan çıxıb, gözəllikdən söz gedə bilməz. Mən də etsəm, 15 yaşında görünərəm. Heç kimi alçaltmaq olmaz. Bu intriqa yarananda artıq özündən zəif olanların üstünə düşürlər. Çünki bilirlər ki, özündən yüksək olana nəsə desə, onu şou-biznesdən çıxaracaqlar. Gücün yoxdursa, heç kəsə etmə.
Türkiyədə bir oğlan var, serialları yumorla, yalvararaq “yapmayın şöyle ya” deyərək tənqid edir. O qədər gözəl danışır ki, adam deyir, kaş məni də belə tənqid etsələr. Efir sənin dədənin “kontora”sı deyil, TV şəxsiyyətə keçməyə qadağa qoymalıdır. Aparıcı şəxsi sual verə bilər, qonaq ona cavab vermək istəmirsə, üstünə getmək olmaz. Amma bizdə elə deyil axı, aparıcı əzrayıl kimi qonağın üstünə qonur. Məncə, su gələn arxa bir də gəlir. Çox sağ olsun o insanlar ki, arxın ağzını çevirdilər. Alqışlayıram ki, inkişaf oldu. Bunu ona görə demirəm ki, efirə dəvət olunub axşam şousu aparım... Öz yerimdəyəm, amma alqışlayıram.

- Sizcə, dövrün tələbatına uyğunlaşmaq peşəkarlıqdır?
- Dövrün ağıllı tələbatına uyğunlaşmaq peşəkarlıqdır. Yəni mən heç bir mənəvi dəyərləri pozmuramsa, əladır. Yox, buna zərər vuraraq adını yeni dövrə uyğunlaşmaq qoyuramsa, başqa məsələdir. Elədirsə, get, başqa ölkədə yaşa. Xaricilərdə elə verilişlər var ki, çimərlik geyimində efirə çıxırlar. Özümüzə dəyər verək. Pozğun xalq deyilik axı, əlayıq. Mən millətçiyəm, desələr ki, “sənin üçün ulduz Faiq Ağayevdir, yoxsa Tarkan?”. Deyərəm Faiq, çünki özümünküdür, Tarkanın da öz yeri var, Faiq Ağayevdən sonra...
Oğluma hansı futbol klubunun azarkeşi olduğunu soruşanda deyir ki, “Qalatasaray”. Amma “Qarabağ” “Qalatasaray”la oynasa, deyir ki, “Qarabağ”. Bu zaman ona “əhsən” deyirəm. Elə düşünürük ki, biz serial, film çəkə bilmirik, amma ingilis etsə, daha yaxşı olacaq.
- Düşünürsünüz ki, televiziyalar maddiyyatla bağlı irəli gələn səbəblərdən yaxşı iş ortaya qoya bilmir?
- TV-də maaş qalxsa, əla olar. Verdiyin pul gördüyün işin qarantıdır. Məsələn aparıcıya tələb qoyurlar ki, həftəiçi 5 veriliş, bu, ayda 20 edir. 2 saat efirdə olacaq və maaş 1500. Gəlin onu 20 verilişə bölək. Narazılıq da edəndə heç sevmədiyim bu sözü deyirlər ki, “harada işləyirdin, teatrda o pulu verirdilər? Axı, teatrla televiziyanı niyə bir tutursunuz?
- O vaxt aparıcılıq etdiyiniz verilişlərdə həm pozitivliyiniz, həm də yumorunuzla yadda qalmısınız. Sizcə, indiki verilişlərdə niyə bu cür zarafatları edə bilmirlər?
- Bunun səbəbi seçimin doğru olmamasıdır. Efirlər bu gün insanları reytinqə görə yox, istedadına görə seçməlidir. Şərt o deyil ki, Azər Axşam olsun, onun kimi olması da mümkün deyil. Çünki hər kəs fərqlidir. Aparıcılıq sənət deyil, bacarıqdır. Onu öyrənmək olmur, elə doğulmalısan. Sən sadəcə onun texnikasına yiyələnə bilərsən.

- Bəs, komediya verilişləri ilə bağlı nə düşünürsünüz? Onlar sizi güldürür?
- Çox vaxt insanlar komediya ilə satiranı səhv salırlar. Sovet dönəmində dramaturqların yazdığı satirik-komediyalara öyrəşmişik. Amma bir də var, onu göstərənlər demir ki, “biz sənət nümayiş etdiririk”. Məsələn “Komedixana”. Onlar deyir ki, “işdən gəlmisən, yorğunsan, otur, biz səni əyləndirək, nəyə istəsən, gülərsən”. İnsanlar tənqid edir ki, “aaa aktyorluq, Siyavuş Aslan, Yaşar Nuri...”
Yox, hara getdiniz, axı onların belə iddiası yoxdur. “Qız atası” da həmçinin elə idi. Orada dərinlik axtaranlar var idi, dedim ki, “axtarma, atam”. Bunlar yüngül janrdır. Tənqid edin ki, daha gülməli səhnələr olsun. Biz ancaq tələb edirik, “ver yeyim, ört yatım, gözlə canım çıxmasın”. Arada baxıram, gülürəm, yaxşı alınır, deyirəm ki, kaş digər səhnələr də belə olsun. Hərdən mənə deyirlər, ora sənin yerin deyil, sanki mən pozğunxanaya getmişəm, oradakı adamlar bəyəm aşağıdır? Söymür ki, sizi, güldürür də.
- “Qız atası” serialında kürəkən obrazını canlandırırdınız. Bu rol sizin ürəyinizcə idi, yoxsa maddiyyatla bağlı idi? Heç olmuşdu ki, sizi doğrudan da həmin obraz kimi tanısınlar?
- Çingiz obrazı elə idi ki, hər yeməyi bir-birinə qatıb yeyirdi. Bu o demək deyil ki, Azər elədir. Gör necə inandırmışam onları... Ürəyimcə olmasa, etməzdim. Sadəcə bir məsələ də var ki, təkcə ürəyimizlə bağlı işləri görsək, gərək ac qalaq. Hər yerdə xoşladığım yeməyi gözləsəm, ac qalaram. Mən hərdən buna məcburam. Bəs, haradan qazanım? Orada yoxamsa, bəs haradayam? Mən dram və kino aktyoruyam, nə vaxt böyük işə dəvət etdilər, getmədim? Yalvarım ki, məni filmə çək?!
Televiziyada teatrı sevdirsəydilər, gənclərimiz görərdi. Bizim sənətdə maddiyyat önəm daşıyır, biz qab-qacaq düzəltmirik, bazarda sataq, pul qazanaq. Biz mənəviyyatla yaşayırıq. Onun da müqabilində mənə pul gəlməlidir ki, növbəti yaxşı iş barədə düşünüm. Yaxşı iş barədə düşündüyüm an xırda qazanclara qaçmaq məcburiyyətində qalıb xırdalanmayım. Axı, mən xırdalanıram...

- “Milyonçu”, “Teletime” kimi layihələri necə xatırlayırsınız?
- Açıq deyim ki, bu verilişlər mənim karyerama heç nə qatmadı. Bilsəydim ki, vaxt gələcək, mənə televiziyaçı kimi heç bir faydası olmayacaq, o vaxtdan TV-yə gəlməzdim. Çünki bu gün heç kəs demir ki, “Çingiz”i oynayan Azər Axşam “Milyonçu” şousunun aparıcısı olub. Peşə sahibləri bunun heç birini önəmsəmədi.
- Belə bir ifadə işlətmişdiniz ki, “Milyonçu” şousu sizin həyatınızı hansısa baxımdan dəyişəcək, amma olmadı”. Bunları nəzərdə tuturdunuz?
- Bəli, gözləntilərim olmadı. Xaricdə insan özünü sübut etmək üçün hər şeyini xərcləyir. Bizdə isə həyatın boyu özünü sübut etməklə məşğulsan, meyvəsini də yeyə bilmirsən. Olmadı, başqa ölkədə yaşasaydım, böyük işlər verilərdi və hər ucuz şeyə getməzdim, nəticədə pulum olacaqdı. Belədir ki, əvvəl səni seçirlər, sonra sən seçirsən. Biz isə seçilənlər sırasında gözləyirik ki, nə vaxtsa seçəcəklər. Gedirsən, deyirlər “gəl başlayaq, sonra yaxşı olar”. Hara fırlatsaq da, axırı çıxır maddiyyata...
- İndiki verilişlərin çoxunda quramalar olur, bəzən verilişə qoşulan tamaşaçılar real olmur, siz “Teletime”ı apardığınız vaxt təcrübənizdə bu hal olubmu?
- Təzə başladığımız vaxtlar olub. Çünki efirin vaxtını doldurmalısan. Tamaşaçı olmayanda və ya texniki problemlər zamanı bunu edirdik. Amma o insanlara heç nə verilmirdi. Texniki baxımdan problemi həll etmək üçün televiziyada hərdən buna məcbur olursan. Yoxsa, “mənim qohumum zəng eləsin” tipli söhbətlər yoxdur.
.jpg)
- İndi deyirlər televiziyaya baxan yoxdur, bu səbəbdən qoşulanlar real tamaşaçı deyil.
- Bəli, axı hamı Argentina televiziyasına baxır... Çox təssüf ki, bu sözü Azərbaycanın Xalq artisti də demişdi. Bizdə sağlam tamaşaçı qınağı azdır, çox olmalıdır. Hər şeyi dövlətin üstünə atmaq olmaz, dövlətin işi-gücü qutarıb TV ilə məşğul olsun? Biz nə edirik dövlət üçün? Cəmiyyətin düşünən beyni olmalıdır. Rusca, italyanca danışmaq lazım deyil. Bir dəfə yadımdadır, “Lider”də veriliş aparanda mərhum Vaxtanq Kikabidze (red-Sovet və gürcü müğənnisi, bəstəkarı) qonağımız oldu. Fasilədə ona dedim ki, “siz illərlə Moskvada yaşamısınız, rusca danışanda niyə hələ də gürcü aksentini yığışdıra bilməmisiniz?” O, gürcü aksenti olmadan təmiz rusca danışmağa başladı və dedi ki, “qoy hamı görsün ki, rusca danışan gürcüdür. Mənə baxan desin ki, bu, rus deyil, gürcüdür”. İndi fərqə baxın, amma bizi məcbur edirlər ki, aksentsiz danış. Bəli, Bəhram Bağırzadə kimi danışmaq lazımdır, “ala özüm ölüm, ne znayu ee”. Qoy bilsinlər ki, azərbaycanca danışmaq lazımdır. Demirəm indi belə, bu, təbii ki, obrazdır. Amma mən niyə rusca danışmalıyam?
- “Milyonçu” verilişini apardığınız zamanlarda sizə sualların cavablarını deməyiniz üçün 5-10 min təklif ediblər. Bu, necə oldu?
- Oradakı sistem bu idi ki, veriliş başlamazdan əvvəl aparıcı gəlib sualları oxuyurdu. Lakin bundan sonra bayıra çıxmağa və telefondan istifadə etməyə icazə yox idi, istəsən də, kömək edə bilmirsən. Çox şükür ki, mən onu heç zaman etməmişəm.
- İndiki “Milyonçu” haqda nə düşünürsünüz? İştirakçılara kömək göstərilməsini yaxşı, yoxsa ədalətsiz dəyərləndirirsiniz?
- Kömək göstərilmək hərdən icazəli olur. Bu, şoudur, imtahan deyil, əyləncə olmalıdır. Əgər iştirakçı quru deyilsə, maraqlıdırsa, yaxşı oyun aparırsa, aparıcıya məlumat gəlir ki, mümkün qədər onun səhv cavabını qəbul etmə, maraqlı oyunçudur, baxılır. Bu zaman hə, ola bilər. Aparıcı idarə olunur, özbaşına etmir, sadəcə onu doğru istiqamətə yönəldir, məqsəd aparıcının pul qazanması deyil. Hər kəs əylənir, maraqlı şou olur. Ona görə də verilişin adı “Milyonçu” şousudur. Birbaşa kömək göstərilməsindən söz gedə bilməz. İndiki “Milyonçu”da şou demək olar ki, yoxdur. Heç kəsin xətrinə dəyməsin, hər kəsin götürə biləcəyi yük var. Desəm ki, baxılmır, yalan olar. İnsanın özünəməxsus yumor hissi var, amma bir yerə qədərdir. Təbii ki, baxılırsa, vacib deyil ki, Azər kimi baxılsın, məni qıcıqlandırmır. Bir az da mənim yumorum peşəmdən gələn bacarıqdır. Verilişi sırf intellektual etsək, baxılmaz. Hər kəsin öz tamaşaçısı, öz aparıcılıq qabiliyyəti var.
(1).png)
- İki övladınız var, onlarla münasibətləriniz necədir? Siz müsahibələrinizin birində demişdiniz ki, atanızdan çəkinmisiniz. Bəs, sizin uşaqlarınız yaxşı mənada sizdən çəkinirmi?
- İnşallah ki çəkinir. Arxayın tərəfim odur ki, onların qudurması üçün heç nə etməmişəm. Hər ikisi ibadətdədir, namaz qılırlar. Amma deyirəm ki, namazla həyat bitmir, yaxşı əməl sahibi olun. Onlar düşünməlidir ki, atamız kim olursa olsun, hörmət özünə görə qoyulmalıdır. Namazı məndə görüb başlamayıblar, heç birini məcbur etməmişəm, sadəcə tövsiyə etmişəm. Az yeyib doymaq çox yeyib qusmaqdan yaxşıdır…
.jpg)
- Əməkdar artist Dilarə Əliyeva ilə hazırda aranız necədir, münasibətiniz var?
- Pis deyil, normaldır, amma əvvəlki kimi yaxın deyilik, yollarımız ayrılıb. Əvvəl teatrda bir işləyirdik, Allah rəhmət eləsin, Oqtayla da (red - Oqtay Əliyev televiziya prodüseri, rejissor. Dilarə Əliyevanın mərhum həyat yoldaşı) görüşürdük, amma indi başqa işlərdəyik, ona görə aktyor-partnyor olaraq da görüşəcəyimiz bir nöqtə yoxdur. Biz bir-birimizə çox doğmayıq, ola bilər küsək də, inciyək də, amma bir-birimizi kəsib ata bilmərik.
- Həyatınızda dönüş nöqtəsi olubmu, indiyədək karyeranızda ən yaddaqalan nədir?
- Keçmişə qayıtmaq gələcəyini məhv etməkdir. Çünki çox haqsızlıqlara məruz qaldım, hətta ən yaxınlarım belə haqsızlıq etdi. Biz insanları tanımadan daşlamağı sevirik. Onlara haqqımı halal edirəm. Ola bilər, əvvəl başqa cür düşünürdülər, indi başqa formada. Anamın çox işlətdiyi bir sözü var ki, “əvvəlim axır olunca, axırım əvvəl olsun”. Günahsız, xətasız insan yoxdur. Mən doğru yola yönəlməyə çalışan insanam. Gündəmdə heç vaxt şəxsi həyatımla olmaq istəmirəm. Özüm də bunu etməmişəm. Mənə pislik edən insanı efirdə elə təqdim etmişəm ki, şoka düşüb. Karyeramda isə bütün anların mənim üçün böyük dəyəri var. Ən mənfiləri olmasaydı, həyatımda bugünkü Azər olmazdı.
Belə bir söz var, deyir “Allah sizi bir qadın palazı ipin üstünə salıb necə çırpırsa, elə çırpır. Qadının məqsədi palazı cırmaq deyil, tozunu tökməkdir. Allah da sizi elə döyür, qoy döysün, tozumuz varsa, elə bu dünyada tökülsün...

Baxış sayı: 383
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə