22:06 / 01-09-2026
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
20:47 / 01-09-2026
Vaşinqtonun şantajı: Çinlə bağlı uğursuzluqdan sonra ABŞ Hindistana təzyiq göstərməyə çalışır
20:43 / 01-09-2026
Putin: "2025-ci ildə Türkiyəyə təxminən 7 milyon rus turisti səfər edib"
20:39 / 01-09-2026
İnsanlara kürəklə hücum edən kişinin qumar aludəçisi olduğu ortaya çıxdı
20:32 / 01-09-2026
ABŞ növbəti iki həftə ərzində İranla əməliyyatlara görə banklara sanksiya tətbiq edə bilər
20:28 / 01-09-2026
Futbolçu Rüdiger Almaniya Milli Komandasından təqaüdə çıxdı
20:24 / 01-09-2026
Katamaran böyük dərinliklərdə tapılıb
20:16 / 01-09-2026
Bessent: "Hörmüz boğazı iki ildən sonra yararsız hala düşəcək"
20:10 / 01-09-2026
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi
20:05 / 01-09-2026
105 illik yüksək temperatur rekordunu qırdı
20:02 / 01-09-2026
Angelina Jolie Poltavaya gəldi
19:59 / 01-09-2026
Bir yeniyetmə qaz tüstüsünü udduqdan sonra ölüb
12:45 / 01-09-2026
ŞƏT lisenziyasız peyk internet xidmətlərinin göstərilməsini pozuntu kimi qəbul edib
12:43 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiyanın Rusiyadakı səfirliyi ABŞ ilə təlimlərlə bağlı töhmət elan etdi
12:38 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Militarist Yaponiyanın cinayətlərinin ictimailəşdirilməsi üzərində işləməyə davam edirik
12:35 / 01-09-2026
FSB xəyanətdə ittiham olunan şəxsin həbsinin görüntülərini yayımlayıb
12:29 / 01-09-2026
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
12:26 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
12:22 / 01-09-2026
Çin təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün təkliflər irəli sürüb
12:20 / 01-09-2026
"Mash": Kanskda məktəbli qız müəllimlərə hücum etdi
12:17 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
12:14 / 01-09-2026
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
11:42 / 01-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər
22:02 / 31-08-2026
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
18:02 / 31-08-2026
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
17:57 / 31-08-2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
17:51 / 31-08-2026
Tramp: "İran rəsmi olaraq uğursuz bir dövlətə çevrilib"
17:46 / 31-08-2026
Rospotrebnadzor: Rusiya Asiya ölkələri ilə vahid sanitar qalxan qurur
17:39 / 31-08-2026
Kreml: Si və Putin bir-birinə etibar edir, danışıqlar çox konstruktiv keçdi
17:34 / 31-08-2026
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
16:50 / 31-08-2026
Polis rəqiblərini döyən iki kişini saxlayıb
16:46 / 31-08-2026
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
16:40 / 31-08-2026
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
16:35 / 31-08-2026
III Teofilos Putin və Zelenski ilə vasitəçi kimi görüşmək istəyini bildirdi
16:31 / 31-08-2026
24 yaşlı kişini qatar vuraraq öldürüb
16:26 / 31-08-2026
FT: Mask Ağ Evin təsdiqi ilə "Starlink" pilotsuz təyyarəsinin Rusiyaya zərbə endirməsinə icazə verir"
16:22 / 31-08-2026
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
16:19 / 31-08-2026
Polşa idmançıları Olimpiadadan kənarlaşdırıla bilər
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
Tarix: 18-04-2026 13:01 | Bölmə: Müsahibə

5-ci Antalya Diplomatiya Forumu Azərbaycanın sülh təcrübəsinin təqdimatında mühüm platformadır
Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfəri iki dost, qardaş, müttəfiq ölkənin dünyaya nümunə olan münasibətlərinin növbəti təqdimatıdır. Hər bir səfər əlaqələrin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə reallaşan, “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda keçirilən Forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak edir. Forum çərçivəsində liderlərin panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur. Azərbaycan tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunur. Forumda qlobal qeyri-müəyyənliklər və regional proseslər müxtəlif panel iclaslar, interaktiv sessiyalar və ikitərəfli görüşlərlə ətraflı müzakirə olunur. Tədbirdə Cənubi Qafqazdakı son vəziyyət müzakirə olunan mövzular arasında xüsusi yer tutur. Aprelin 17-də Türkiyənin Antalya şəhərində açılış mərasimi keçirilən 5-ci Antalya Diplomatiya Forumunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanla əlaqələndirilmiş şəkildə Ermənistanla normallaşma prosesində addım-addım irəlilədiyimizi vurğulayaraq onu da qeyd etdi ki, bu minvalla Asiya ilə Avropa arasındakı ticarətdə ən etibarlı marşrut olan və Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhliz təşəbbüsünə də güclü dəstəyimiz davam edir.
Forumda qlobal problemlərin həlli və gələcək çağırışlara hazırlıq yolları araşdırılır, problemlərin mümkün həll yolları barədə fikir mübadiləsi aparılır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini təsdiqlədi. Belə ki, Prezident İlham Əliyev Forum çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman, Moldova Respublikasının Prezidenti Maya Sandu və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşdü. Dövlət başçısı İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə də görüşü oldu. Görüşlərdə ölkələrimiz arasında əlaqələrin inkişafında mövcud imkanlar geniş müzakirə edildi. Azərbaycan-Türkiyə münasibətlərinin keçdiyi yola işıq salan bu səfər özündə mühüm məqamları ehtiva edir. Azərbaycan- Türkiyə əlaqlərinin inkişafında iki ölkənin liderinin səmimi dostluq, qardaşlıq münasibətləri əhəmiyyətli rol oynayır. Reallıq budur ki, ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış Azərbaycan-Türkiyə münasibətləri tarixin bütün sınaqlarından uğurla çıxaraq dünyaya qardaşlıq nümunəsini təqdim edir. Böyük Öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” çağırışları bütün dövrlərdə aktuallığını qorumaqla bərabər, bu əlaqələrin hər sahədə uğurlu inkişafına bələdçilik edir. Dünyaya səs salan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu birliyi, həmrəyliyi daha da möhkəmləndirərək 2021-ci ilin iyununda Şuşa Bəyannaməsinin imzalanması ilə dostluğumuz, qardaşlığımız, müttəfiqliyimiz rəsmiləşdirildi.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə deyil, bütövlükdə Avrasiya üçün önəmli amilə çevrilib. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlərin necə həll edilməsi Türkiyənin mövqeyindən asılıdır. Türkiyə regionda əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Qardaş ölkənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Azərbaycan dost ölkənin nailiyyətlərinə öz uğurları kimi sevinir.
44 günlük İkinci Qarabağ müharibəsinin ilk anlarından qardaş Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verdi. Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” çağırışı dünyaya ciddi mesaj oldu. Təbii ki, bu dəstək Azərbaycana əlavə güc verdi. Dövlətimizin başçısının vurğuladığı kimi, bundan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.
Milli Məclisin deputatı bildirib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında enerji amilini nəzərə alsaq, Azərbaycan və Türkiyənin birgə siyasi iradəsi əsasında reallığa çevrilən enerji layihələri ölkələri, xalqları birləşdirir, yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul verir. Ölkəmiz Cənubi Qafqazın ən böyük enerji ixracatçısı kimi Türkiyə ərazisindən Avropa bazarına enerji tədarükündə mühüm mövqeyə malikdir. Regional əməkdaşlığa mühüm töhfələr verən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri iştirakçı ölkələrlə yanaşı, digər dövlətlərin də uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar yaratdı. Bu layihələr təkcə iqtisadi baxımdan deyil, həm də regional siyasi sabitlik və enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir. 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verilən Cənub Qaz Dəhlizi dünyanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsinin növbəti təqdimatı oldu. Bu layihənin əsas seqmentlərindən olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdırmaqla Cənubi Qafqazı Avropa enerji bazarına birləşdirən əsas dəhlizə çevrildi. Azərbaycan-Türkiyə tərəfdaşlığının daha bir nümunəsi isə İğdır-Naxçıvan qaz kəməri layihəsidir. Ötən ilin martın 5-də Ankarada Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirildi. Dövlətimizin başçısı həmin günü Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gün kimi dəyərləndirdi.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün Türk dünyasının birliyinin, həmrəyliyinin şahidinə çevrildi. Türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır. Türk dünyasını böyük ailə kimi dəyərləndirən Prezident İlham Əliyev bu çağırışları edir ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxışında Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da inkişaf etdiyini bildirərək vurğuladı ki, bu ilin son aylarında ölkəmizdə təşkil edəcəyimiz XIII Türk Dünyası Zirvəsində yeni dövrdə sədrliyi Azərbaycandan təhvil alacağıq. İnşallah, bu müddətdə təşkilatımızın beynəlxalq fəaliyyətini və nüfuzunu daha da artıracağıq.
Millət vəkili diqqəti 2023-cü il fevralında Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş dəhşətli zəlzələyə də yönəldərək bildirdi ki, bu fəlakət Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə birgə faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Bu dəhşətli zəlzələnin ilk dəqiqələrindən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda Azərbaycan məhəlləsinin inşasına start verildi. Ötən ilin iyununda bu möhtəşəm layihənin açılış mərasimi keçirildi. Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi bu sarsılmaz qardaşlığın rəmzinə çevrildi. Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir.
Vüqar Rəhimzadə vurğulayıb ki, dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir. Bu əlaqələrin böyük gələcəyi var. Bunu şərtləndirən amillər sırasında gələcək əməkdaşlığın hüquqi təməlini möhkəmləndirən Şuşa Bəyannaməsini, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə verdikləri töhfələri, ölkələri, xalqları bir araya gətirən enerji və nəqliyyat layihələrini, yüksək səviyyəli dialoq mühitinin mövcudluğunu, hər iki ölkənin daim ədalətin və beynəlxalq hüququn yanında olaraq bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həll edilməsinə xüsusi önəm vermələrini və bunu real addımları ilə təsdiqləmələrini qeyd edə bilərik. Azərbaycan-Türkiyə əlaqələri uzunmüddətli strateji tərəfdaşlığa əsaslanır. İki dost, qardaş ölkənin daim bir-birinin yanında olması dünyaya dostluğun, qardaşlığın əsl nümunəsini təqdim etməklə yanaşı, mühüm mesajları özündə ehtiva edir.
Millət vəkili qeyd edib ki, Azərbaycanın sülh təcrübəsi sözügedən Forum çərçivəsində təşkil edilən panel iclaslarda da əsas diqqət göstərilən məsələlər sırasındadır. Azərbaycan 30 illik işğal dövrünün dağıntılarını bu gün müasir şəhərsalma təcrübəsini nümayiş etdirməklə bərpa-quruculuq işləri ilə əvəzləyir. Son beş ildən artıq dövrün mühüm reallıqlarından biri təbii ki, dünyaya səs salan sülh razılaşması oldu. Azərbaycan və Ermənistan arasında əldə edilən bu razılaşma ötən ilin avqustunda ABŞ-da əldə edildi. Belə ki, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən görüşdə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətnini parafladılar. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin əldə olunması yeni əməkdaşlıq formatlarının yaradılmasında, Azərbaycanın regionda və dünya siyasətində mövqeyinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq. 5-ci Antalya Diplomatiya Forumu bu kimi uğurlarımızın təqdimatında mühüm platformadır. Tədbir dialoqun təşviqi, etimadın yenidən bərpası və daha güclü əməkdaşlığın qurulmasını hədəfləyir.
Baxış sayı: 1 019
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə