18:42 / 21-05-2026
Lukaşenko "İsgəndər-M"i bir vaxtlar arzusunda olduğu yaxşı maşın adlandırdı
18:38 / 21-05-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə müşahidə edilib
18:35 / 21-05-2026
Lavrov Tayland xarici işlər naziri ilə telefonda danışdı
18:33 / 21-05-2026
Hücum edənlər saxlanılıb
18:29 / 21-05-2026
Dəmir yolunda terror aktı törətməyi planlaşdırırdı
18:26 / 21-05-2026
Magyar Avropanın Rusiya qazını almağa niyə qayıdacağını izah etdi
18:19 / 21-05-2026
Fiko: "AB siyasətçiləri onu Rusiyaya səfərlərinə görə tənqid edirlər, amma gizlicə bu barədə soruşurlar"
18:15 / 21-05-2026
Litvanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb
18:07 / 21-05-2026
Uşaqlarına işgəncə verdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib
18:04 / 21-05-2026
Putin və Lukaşenko nüvə qüvvələri təlimi zamanı video zəng etdilər
17:54 / 21-05-2026
Cəsədi kütləvi məzarlıqda tapılıb
17:51 / 21-05-2026
12 İllik temperatur rekordunu təkrarladı
17:48 / 21-05-2026
Bir vəkil böyük miqyaslı fırıldaqçılıqda şübhəli bilinir
17:37 / 21-05-2026
İlon Mask dünyanın ilk trilyoneri ola bilər
17:33 / 21-05-2026
3 yaşlı qızı vurması ilə bağlı cinayət işi açılıb
17:30 / 21-05-2026
Ukraynaya hava hücumundan sonra Polşaya kütləvi şəkildə təcili yardım təyyarələri göndərilir
17:27 / 21-05-2026
Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək
17:21 / 21-05-2026
Rusiya, NATO-nun Rusiya sərhədləri yaxınlığındakı fəaliyyətinin Soyuq Müharibə səviyyəsinə çatdığını bildirdi
22:43 / 20-05-2026
Rusiya Kuboku Superfinalının ən gənc hakimi olacaq
22:38 / 20-05-2026
Ermənistandan gül idxalını məhdudlaşdırır
22:34 / 20-05-2026
Lavrov Ukrayna və Tayvandakı vəziyyətləri müqayisə etdi
22:31 / 20-05-2026
Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürə biləcəyini etiraf etdi
22:28 / 20-05-2026
Keçmiş sevgilisini qaçırmağa cəhd etdiyinə görə həbs edilib
22:25 / 20-05-2026
Rubio bildirib ki, Kuba rəhbərliyinin günahı üzündən çətin vəziyyətdədir
20:18 / 20-05-2026
Polis əməkdaşını bıçaqlayan şəxs həbs edilib
20:14 / 20-05-2026
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
20:09 / 20-05-2026
İrlandiya iddia edir ki, Avropa Rusiyadan yanacaq istəyir
20:07 / 20-05-2026
Polşa Ukraynadakı münaqişənin gərginləşməsini sərt reaksiya ilə hədələyir
20:04 / 20-05-2026
Putin və Si Cinpinin qeyri-rəsmi danışıqları bir saat yarım davam etdi
20:01 / 20-05-2026
NATO Baş Katibi Ukraynanın Amerika silah təchizatı olmadan yaşaya bilməyəcəyinə inanır
19:58 / 20-05-2026
Bir kişi gizli şəkildə bir qadını çəkdiyinə görə 15 gün həbs edilib
19:55 / 20-05-2026
Şoyqu Zelenskinin səfəri ilə bağlı Yerevanın erməni yaddaşını lağa qoyduğunu qeyd edib
19:50 / 20-05-2026
Beş turistin ölümündən sonra iki kişi saxlanılıb
19:47 / 20-05-2026
Şoyqu Rusiya ilə əməkdaşlığı Ermənistanın iqtisadi artımının əsas hərəkətverici qüvvəsi adlandırdı
19:35 / 20-05-2026
ABŞ 40 ildən sonra ilk dəfə Tayvan lideri ilə danışmağa hazırdır
19:33 / 20-05-2026
Eramızın I-II əsrlərinə aid qədim qılınc aşkar edilib
19:29 / 20-05-2026
Putin Çinə səfərini başa vurdu
“Vikipediyada vətənpərvər, savadlı könüllü gənclərimizi dəstəkləmək lazımdır” - Elnur Allahverdiyev
Tarix: 03-03-2021 18:35 | Bölmə: Müsahibə
Dünyanın ən böyük saytlarından biri olan Vikipediya iri təbliğat platformasıdır. Son aylar milli mediamızda Vikipediyaya maraq artıb. Saytın Azərbaycan seqmentində ölkəmizin tarixi və bu günü, Qarabağ problemi barədə məqalələr yaradılır, mövcud olanlara düzəlişlər edilir, Vikipediyada işləyə biləcək könüllülərin hazırlanması üçün təlimlər təşkil olunur. Bu da təbii ki, mediamızın diqqətindən kənarda qalmır. Belə könüllülər qrupundan biri – “Qorqud” Vikipediya Metodiki Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb. E. Allahverdiyevin könüllü gənclərin fəaliyyəti və xüsusi təlimlər ilə bağlı müsahibəsini təqdim edirik:
- Elnur müəllim, belə bir təşəbbüslə çıxış etmək ideyası necə meydana gəldi?
- Vətən müharibəsinin gedişində bütün diqqətimiz cəbhədən gələn xəbərlərə yönəlməklə yanaşı, bir gözümüz də dünya mediasında, informasiya resurslarında idi. Artıq alışmışıq, bilirik ki, xarici media orqanlarında, telekanallarda, internet-resurslarda Azərbaycana münasibətdə qərəzli yanaşma var. Bunun səbəblərindən çox bəhs etmişik deyə, təfərrüata varmıram. Bax, həmin bu resurslar ənənələrindən geri qalmayaraq 44 günlük müharibə ərzində və sonra ölkəmizə çamur atmaqla məşğuldurlar. Onların bir qisminin rəhbərliyində ermənilər oturub, digərləri erməni lobbisinin təsiri altındadır. Yəni konkret siyasi məqsədlər güdürlər. Ancaq elə resurslar da var ki, məsələn, götürək Vikipediyanı, burada xeyrimizə hər hansı dəyişiklik etmək öz əlimizdədir. Öz fəallığımızdan, inadımızdan asılıdır. Bu ətrafda apardığımız müzakirələrin nəticəsi olaraq belə qərara gəldik ki, gənclərimizi bu vətənpərvər fəaliyyətə həvəsləndirmək üçün xüsusi təlimlər təşkil edək. Beləcə, “Qorqud” Vikipediya Metodiki Klubunun əsası qoyuldu.
- Sosial şəbəkələrdəki hesablarınızdan etdiyiniz paylaşımlarda klubun gördüyü işlərdən yazırsınız. Nə vaxtdan fəaliyyətə başlayıb könüllülər?
- Gənclərimiz 3 aydan bir qədər çoxdur ki, fəaliyyətə başlayıblar. Düzünü deyim, onların gördükləri işləri izlədikcə özüm də Vikipediya ilə bağlı ətraflı məlumatlar almağa, yaxından maraqlanmağa başladım. Sizə deyim ki, kifayət qədər mürəkkəb prosesdir. Bir çoxlarında belə təəssürat formalaşıb ki, Vikipediya ciddi informasiya resursu deyil, çünki kim istəsə məqalə yaradır və ya mövcud olana düzəliş edir. Təbii ki, belə deyil. Vikipediyanın dünya boyunca minlərlə administratoru var. O cümlədən, Azərbaycanda da. Yəni bütün proses onların tam nəzarəti altındadır. Yaradılan məqalənin, yaxud edilən düzəlişin istinad nöqtəsi, yəni əsaslandığı mənbə olmalıdır. Özü də bu mənbənin nüfuzu, etibarlılığı vacib amildir.
- Bu barədə bir qədər ətraflı danışaq. Tutaq ki, mən məqalə yaradıram...
- Bilirsiniz, məqalə yaradılarkən, ictimai maraq və önəm kimi amillər önə çıxır. Xatırlayırsınızsa, bu yaxınlarda mediada belə bir məlumat çıxdı ki, Vikipediyanın rus seqmentində Vətən müharibəsinin şəhidləri barədə məqalələr silinir. Xəbər rezonans və narazılıq doğurdu. Əslində, məsələ nədən ibarət idi? Tutaq ki, general-mayor Polad Həşimov şəhid olmamışdan öncə də hərbi dairələrdə tanınmış hərbçi idi. Rütbəsi və təltifləri, statusu var. Bu baxımdan, general şəhidimiz tək bizim üçün deyil, Rusiya Vikipediyasının auditoriyası üçün də maraq kəsb edir. Bir də götürək, misal üçün, şəhid balamız Xudayar Yusifzadəni. Xudayarın şəhid olması ölkəmizdə elə bir adam yoxdur ki, qəlbinə toxunub kədərləndirməsin, kövrəldib ağlatmasın. Hər şey nədən başlamışdı? Xudayarı biz necə tanıdıq? İfa etdiyi nəğmə ilə hamının sevimlisinə çevrildi. İndi baxın, Xudayar Vikipediyanın Azərbaycan seqmenti üçün qəhrəman şəhidimizdir, ancaq Rusiya seqmenti üçün müharibədə həlak olan Azərbaycan hərbçilərindən biri. İfa etdiyi mahnı, mahnının mövzusu, tarixçəsi rusdilli istifadəçi üçün heç nə demir. Bu səbəbdən, rus Vikipediyası hesab edir ki, bu məqalə onun üçün maraq kəsb etmir. Yeri gəlmişkən, eyni xətti Türkiyə Vikipediyası da yürüdür. Ümumiyyətlə, rus seqmentinin tələbləri çoxdur və sərtdir.
- Belə çıxır ki, Vikipediyada istənilən mövzuda məqalə yaratmaq olmaz?
– Belə deyək, məqalə yaradılan dilin məxsus olduğu toplumun müəyyən marağını cəlb etməlidir və təbii ki, məqalənin idarəçilər tərəfindən silinməsinin səbəblərindən biri də ona marağın yaranmaması olur.
- Keçək ermənilərlə mübarizə müstəvisinə. Qarabağ mövzusu. Vikipediyada Qarabağa dair materialların bir çoxunda ermənilərin mövqeyi əks olunur. Bu nə ilə bağlıdır?
- Səbəblər çoxdur. Onlar bizdən tez başlayıblar, bizdən fəaldırlar və xaricdə çoxdurlar. Resursları və mənbələri boldur. Nəyi nəzərdə tuturam? Bir sıra obyektiv amillər var. Tutaq ki, ermənilər bütün dünyaya səpələniblər. Şaxələnmiş diaspor təşkilatları var. Bu strukturlarda çalışan üzvləri fəallıq göstərirlər. Həmin ölkələrin vətəndaşları olduqlarından dil problemləri yoxdur. Yəni biz Azərbaycandilli Vikipediyada minlərlə məqalə yaradaq, özümüzdən başqa kimsə oxuyacaq? Gərək əcnəbi dillərdəki seqmentlərdə aktiv olaq. Bunun üçünsə ortaya dil bilgisi amili çıxır. Ermənilərin bir çox hallarda bu problemi yoxdur. Ona görə də mən fürsətdən istifadə edib xarici ölkələrdə yaşayan, oxuyan, əcnəbi dilləri bilən gənclərimizi aktiv olmağa çağırıram.
Bir də var subyektiv səbəb. Ən başlıca çətinlik mənbələrlə bağlıdır. Yüzlərlə erməni alimi, tarixçisi, jurnalisti var ki, nüfuzlu media orqanlarında, elmi nəşrlərdə məqalələri, əsərləri çap olunub. Vikipediya həmin mənbələrə etibar edir, çünki dünyaca məşhurdurlar. Bizim maraqlarımızı əks etdirən belə mənbələr isə həddindən artıq dərəcədə azdır. Yəni bilirsiniz, Vikipediyada məqaləni tək müəllif hazırlamır. Bizim alimlərimiz, jurnalistlərimiz o mənbələri yaratmalıdırlar, dünya mediasına, elmi nəşrlərə çıxmalıdırlar. Azərbaycanda nə qədər kitab çıxarırsan, çıxar, Vikipediya onu qəbul etmək istəmir. Təbii ki, Azərbaycan seqmenti istisna olmaqla. Bir sözlə, demək istəyirəm ki, hamımız işləməliyik.
- İndi bu istiqamətdə işlər necə gedir?
- Bilirsiniz, bir gül ilə bahar olmur. Düzdür, cəmiyyətimizdə müəyyən maraq var. Ancaq yetərli deyil. “Qorqud” Vikipediya Metodiki Klubunda 5 könüllü çalışır. Əsas mütəxəssisimiz Ayxan Zayıdzadənin 16 yaşı var. Təbii ki, sıralarımız genişlənməlidir. Xüsusi təlimlərin də əsas məqsədi budur. 30,40,50 müraciətdən bir nəfər platformada işləmək bacarığına yiyələnə bilsə, bunu nəticə hesab etmək olar. Həmin şəxs savadlı olmalıdır, dil bilgisi, intellekti ilə seçilməlidir. Hələlik bu istiqamətdə iş gedir. Təlimlərimizə xaricdən – Almaniyadan, Kanadadan həmvətənlərimiz qoşulublar, kifayət qədər fəaldırlar. Baxaq, görək necə olur.
- Bu işi sürətləndirmək üçün dövlət dəstəyinə ehtiyac varmı?
- Vikipediya qeyri-dövlət sferasıdır. Ona görə də dövlət müdaxiləsi onlar tərəfindən yaxşı qarşılanmaya bilər. Həvəsli, vətənpərvər, savadlı könüllü gənclərimizi dəstəkləmək lazımdır, ən optimal yol onları prosesə cəlb etməkdir. Bizim təşəbbüsümüzün də əsas missiyası budur.
- 3 aydır fəaliyyət göstərdiyinizi dediniz. Nəticə?
- Bu müddət çox azdır təbii ki. Özü də qeyd etdiyim kimi, cəmi 5 həvəskar gənclə. Biri hələ məktəblidir. Ali məktəbə hazırlaşır, şübhəsiz ki, onun üçün vaxt qıtlığı mövcuddur. Fikrimcə, “Qorqud” klubunun ən əsas missiyası məsələyə ictimai marağın yaranmasına nail olmaqdır. Məsələn, edilən paylaşımlara yüzlərlə şərh yazırlar. Görünür ki, bu iş vətəndaşların da xoşuna gəlir, marağına səbəb olur. Tez-tez elə vətəndaşların özləri maraqlı mövzular irəli sürürlər, yaxud hər hansı məqalədə ədalətsiz yanaşmanın şahidi olduqlarını deyirlər, orada düzəliş etməyə çalışırıq. Kanadadan bizə bir vətənpərvər gənc ailə yazmışdı, təşəbbüsü alqışlayır, çoxdan belə bir fəaliyyətin gözləntisində olduqlarını bildirirdilər. Bu, əsas nəticədir.
Konkret rəqəmlərə gəldikdə, 3 ay ərzində könüllülərimiz tarix, mədəniyyət, memarlıq, ədəbiyyat, Qarabağ problemi, şəhid və qazilərimizə dair Azərbaycan, ingilis, rus, türk və polyak dillərində 145 yeni məqalə yaradıblar, 88 mövcud məqalədə mühüm dəyişiklərin edilməsinə nail olublar. Özü də belə məhdud imkanlarla. Məhz buna görə də mən bizim gənclərə və Vikipediyada işləyəcək vətənpərvər könüllülərin sayının artacağına inanıram.
Baxış sayı: 862
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev