18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
16:24 / 19-11-2026
Mikroavtobus aşıb, xəsarət alanlar var
16:21 / 19-11-2026
Şimali Osetiyada itkin düşmüş turistin axtarışı aparılır
16:18 / 19-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında üçtərəfli görüş başa çatdı
16:06 / 19-11-2026
Kuryer polisə zərərli narkotik saxlama faktını aşkar etməyə kömək edib
08:58 / 19-11-2026
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
08:56 / 19-11-2026
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
08:49 / 19-11-2026
Britaniya hökuməti Ukraynaya 1000-dən çox uzunmənzilli dron təhvil verəcəyini elan edəcək
08:46 / 19-11-2026
Tramp Putin və Si Cinpinlə görüşməyi səbirsizliklə gözlədiyini etiraf etdi
22:55 / 18-11-2026
Heqset bildirib ki, ABŞ və Venesuela müdafiə sahəsində əməkdaşlıq edəcəklər
22:50 / 18-11-2026
Paşinyan vəzifəsindən getməyə hazır olduğunu açıqladı
16:09 / 18-11-2026
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
16:05 / 18-11-2026
İsveç idmançılar da daxil olmaqla Rusiya vətəndaşlarına giriş məhdudiyyətləri tətbiq edəcək
16:02 / 18-11-2026
Finlandiya yarışını buraxan konkisürənlər Tokioda yarışa biləcəklər
15:58 / 18-11-2026
Avtomobildə buzun içinə düşən üç nəfər ölüb
15:51 / 18-11-2026
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
15:47 / 18-11-2026
Putin APEC sammiti çərçivəsində Vyetnam Prezidenti ilə görüşüb
15:44 / 18-11-2026
Jurnalist Trampın Çində harada qaldığını açıqladı
15:38 / 18-11-2026
Kirayəçilər mübahisə zamanı ev sahibini öldürüblər
15:35 / 18-11-2026
İtkin düşən iki uşaq anasının qətli ilə bağlı araşdırma aparılır
15:28 / 18-11-2026
Stritinq Qərb ölkələrini Kiyevə maliyyələşdirməni davam etdirməyə çağırdı
15:25 / 18-11-2026
Lixaçev Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının fiziki işə salınmasının yaxınlaşdığını elan etdi
15:20 / 18-11-2026
Jurnalist APEC sammitində Putinin avtomobilini göstərdi
15:16 / 18-11-2026
42 yaşlı mədənçi mədəndə ölüb
15:13 / 18-11-2026
Dmitriyev bildirib ki, Rusiya Avropanın əməkdaşlığa qayıtmasını gözləyir
15:09 / 18-11-2026
Lixaçev Rosatom-un ABŞ və Çin planlarının həyata keçirilməsindəki əsas rolunu vurğuladı
14:52 / 18-11-2026
İsrail iyun ayında Kallasla birbaşa əlaqəni dayandırıb
11:15 / 18-11-2026
Poddubnı Rusiya ilə ABŞ arasında danışıqları pozmaq cəhdlərindən danışdı
11:12 / 18-11-2026
Çin Putinin təhlükəsizlik xidmətinin əməkdaşının "qara portfeli"nin olmadığını gördü
“Azad edilmiş torpaqlarda ölüm saçan təhlükələr gizlənir” - Cəbrayılın deputatı
Tarix: 06-02-2021 02:39 | Bölmə: Müsahibə
“Ermənistan ordusu uzun illər işğalda saxladığı ərazilərimizdə dağıntılar törətməklə yanaşı çoxlu sayda minalar da basdırıb. Onların tapılıb zərərsizləşdirilməsi asan məsələ deyil”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin Cəbrayıldan seçilən deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, elə rayonlarımız var ki, həmin ərazilərdə minalanmış torpaqlar həddindən artıq çoxdur:
“Füzuli, Ağdam hər addımda təhlükə gizlənən ərazilərdəndir. Bəzi rayon və qəsəbələrdə isə basdırılmış minaların sayı nisbətən azdır. Təəssüf ki, kapitulyasiyadan sonra qarşı tərəf Azərbaycana minalanmış ərazilərlə bağlı heç bir xəritə, sxem təqdim etmədi. Əslində Ermənistan məğlubiyyətdən sonra, müharibə bitdiyi üçün minalar barədə əllərində olan xəritələri qarşı tərəfə verməli idi. Bu gün həmin torpaqlar hələ də ölüm saçan təhlükələrin gizləndiyi ərazilər kimi qalır. Biz artıq neçənci dəfədir ki, bədbəxt hadisələrin şahidi olumuşuq. Müharibədən sonra Ağdamda, Füzulidə, Cəbrayılda faciəvi mina partlamalarını görmüşük.
Təəssüf ki, bəzi vətəndaşlar tövsiyə və xəbərdarlıqlara məhəl qoymurlar, həmin bölgələrə gedərək bədbəxt hadisələrə səbəb olurlar. Bu cür arzuolunmaz addımlar hələ də davam edir. Baxmayaraq ki, vətəndaşlarımıza dəfələrlə xəbərdarlıqlar edilib, insanlar maarifləndirilirlər, amma yenə də bir neçə gün öncə belə faciəvi hadisə baş verdi. Biz anlayırıq ki, insanlar uzun illərdir səbirsizliklə bu günü, doğma torpaqlarının azad ediləcəyini gözləyirdilər. Ancaq təcrübə göstərir ki, təmkinli davranmaq daha uyğun variantdır, nəinki hamıdan qabaq o torpaqlara getmək. Təsəvvür edin, bir insan 30 ildir həsrətlə torpağının azad edilməsini gözləyir və səbirsizlik edərək gizli şəkildə həmin yerlərə gedərək ermənilərin basdırdığı minalara düşüb dünyasını dəyişir. Ona görə də hər bir vətəndaşımız bu mövzuda diqqətli olmalıdır, hələlik çalışıb o ərazilərə ayaq basmamalıyıq”.
Deputat deyir ki, ona da tez-tez bu mövzuda müraciətlər olur, işğaldan azad edilmiş ərazilərdə yaşamış insanlar öz dədə-baba yurdlarına baş çəkmələri üçün səbirsizləndiklərini söyləyirlər:
“Təbii ki, belə müraciətlərlə qarşılaşanda dərhal müəyyən tövsiyələrimizi veririk. Dönə-dönə başa salırıq ki, o kəndlər, qəsəbələr ilk növbədə təhlükəsiz əraziyə çevrilməli, minalardan və partlamamış mərmilərdən təmizlənməlidir ki, hər kəs istədiyi vaxt öz obasına gedə, gəzə, qala, yurd-yuva qura bilsin. Amma son hadisə bir daha onu göstərdi ki, hələ də hövsələsiz davranıb tərslik edənlər var. Dünən cənab Prezident çox haqlı və yerində səslənən fikirlərlə bu məsələyə öz münasibətini bildirdi, həmin insanlara müraciət etdi ki, faciəvi hadisələrə səbəb olacaq bu cür addımları atmasınlar. Burada narahatlıq doğuran məqamlardan biri də odur ki, onlar həmin ərazilərə gizli şəkildə gedirlər. Bu bölgələrə gedən yollarda postlar quraşdırılıb. Daxili İşlər Nazirliyi də ciddi tapşırıqlar verib ki, həmin torpaqlara hələlik heç kim buraxılmasın. Amma qeyd etdiyimiz kimi bəzi vətəndaşlar müəyyən yollarla postlardan yayınaraq təhlükəli ərazilərə keçirlər və nəticədə də biz belə bədbəxt hadisələrin şahidi oluruq.
Ona görə də, mən bir daha vətəndaşlara çağırış edirəm. Bir neçə dəfə bu mövzu ilə bağlı təmsil etdiyim bölgənin insanlarına müraciətlər də etmişəm. Sizin vasitənizlə bir daha müraciət edirəm ki, gəlin, bir müddət səbir edək. Biz 30 ilə yaxın səbir etmişik, bu müddət ərzində gözləmişik ki, torpaqlarımız azad edilsin. Artıq həmin tarixi günlər bizə nəsib oldu. İndi bir müddət də gözləməliyik ki, o ərazilər minalardan təmizlənərək təhlükəsiz bir şəkildə insanlara təhvil verilsin. Ondan sonra hər kəsə şərait yaradılacaq, hamı öz doğma yurduna gedəcək. Yaxın gələcəkdə hamıya təhlükəsiz şəkildə kəndlərinə baş çəkməsi, qəbiristanlıqlarda əzizlərinin qəbirlərini ziyarət etmələri, tarixi yurdlarında yaşamaları üçün şərait yaradılacaq. Bir daha qeyd edirəm ki, ermənilər bu kəndlərdə, hətta düzənlik sahələrdə belə hədsiz dərəcədə minalar basdırıblar deyə proseslər bir qədər çətin gedir. Təsadüfi deyil ki, həm Azərbaycan ordusu, həm ANAMA və digər nazirliklərin əməkdaşları, Fövqəladə Hallar, Rusiya sülhməramlıları,son günlərdə Türkiyədən gələn heyət və texnikalar əraziləri təhlükəsiz hala gətirmək üçün çalışırlar. Bütün bunlar basdırılan minaların nə qədər çox olmasını göstərir. Ona görə də təhlükələri hər kəs dərk etməli, səbirli davranmalıdır. Azərbaycan hökuməti hazırda ciddi səylə çalışır ki, ərazilər nəinki minasız hala gətirilsin, ümumilikdə müharibədən qalan istənilən təhlükəli vasitələrdən təmizlənsin. Bədbəxt hadisələrlə bir daha rastlaşmamaq üçün Prezidentin çağırışına hamılıqla əməl etməliyik”.
Baxış sayı: 943
Bölməyə aid digər xəbərlər

20-10-2026, 13:08
“Qardaşım bu günümü görsəydi, mənimlə fəxr edərdi” - Video
18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ