19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
“Hər sentyabrda o kasanı da özümlə dərslərə aparırdım” - Məmməd İsmayıl
Tarix: 29-05-2021 15:29 | Bölmə: Mədəniyyət
Əşyaların da insanlar kimi taleyi var: Bəziləri hansısa anın, unudulmaz zamanın xatirələri ilə bağlıdır. “Əşyaların taleyi” layihəsində tanınmış, dəyərli söz və fikir adamları, incəsənət xadimlərində olan maraqlı əşyalardan, onların tarixçələrindən danışırıq.
"Qafqazinfo"nun budəfəki qonağı Türkiyədə yaşayan, Çanaqqala On Səkkiz Mart Universitetinin professoru, Azərbaycanın görkəmli şairi Məmməd İsmayıldır.
– Məmməd müəllim, sizin üçün əşyaların mahiyyəti, həyatınızdakı önəmi, vaciblik dərəcəsi nədən ibarətdir?
– Əşyaların da qohum kimi yaxını-uzağı var. Və belə görünür ki, əşyaların da özünəməxsus bioenerjiləri mövcuddur, ona görə də biz əşyalara görünməz tellərlə bağlanırıq, zamanla, elə bil, hardasa bu əşyalar bədənimizin bir parçasına çevrilir. Onları itirdiyimiz zaman sanki yaxınlarımızdan birini itirmiş kimi özümüzə yer tapa bilmirik. Təəssüf ki, mən də az şey itirməmişəm. İtirilənlərsə itirən üçün itmiş olur. Amma yadımıza düşmədiyi yerdə, hardasa itirildiyi yerdə qalır.
– Hədiyyə edilən əşyalar arasında hansı sizin üçün daha çox önəm və məna kəsb edir?
– Hədiyyə əşyalarla tanışlığım hardasa 5-6 yaşlarımdan başlayır. Bir payız günü evimizin doqqazı önündəki otluqda çox şumal dördkünc bir taxta parçası tapmışdım və elə bilmişdim o şumal taxta ilə dünyanı mənə bağışladılar. Doqqazımızın önündə yenə elə şumal taxta parçası taparam deyə, səhəri gün eyni vaxtda ora getmişdim, zənnim məni yanıltmamışdı, yenə həmin yerdə bənzər şumal taxta məni gözləyirdi, üçüncü gün də eyni hadisə təkrarlanacaqdı. Amma... dördüncü gün əliboş dönəcəkdim. Bu yaşa gəlsəm də, hələ o hadisənin sirrini aça bilmiş deyiləm. O şumal taxta parçalarını dalbadal üç gün eyni yerə qoyan kim idi? Qohumlardan birimi, ya taleyin əllərimi?! O şumal taxta parçaları ünvansız hədiyyələrdi. Bəlkə, ünvansız və minnətsiz olduğuna görə də o taxta parçaları dəyərbiçilməz idi. Ötən illər ərzində mənəvi baxımdan belə tale hədiyyələri az olmayıb. Maddi hədiyyələrə gəldikdə isə… Bu uzun ömrümdə istər Azərbaycanda, istərsə də dünyanın müxtəlif yerlərində mənim üçün mənəvi dəyəri olan hədiyyələr az olmayıb.
– Bildiyim qədər, Hindistanda sizə mistik bir qab veriblər. O əşyanın mahiyyəti, funksiyası nədən ibarətdir?
.jpg)
– Aldığım hədiyyələr arasında Hindistanda mənə verilən o misqarışımı kasanın ayrı bir yeri var. Gözəgörünməzlərin gözəgörünənlədən daha güclü və təsirli olduğunu sübut etmək üçün uzağa gətmək lazım deyil. Bu kasa bir növü yoxdan varolmanın gözəgörünən sübutudur. Hindistanın turistik bölgələrində böyüklü-kiçikli belə kasalar minlərlədir, amma turistlərin böyük çoxluğunu dolub-daşan dükan və bazarlarda başqa şeylər maraqlandırdığından belə kasalara əhəmiyyət verilmir. Hindistan qədim dünyamızdan günümüzə qalan və hələ də sehri pozulmayan, bəlkə də, yeganə torpaq parçasıdır. Şəklini paylaşacağım bu kasa da dediklərimin bir başqa sübutudur. Hindistanda olanda tərcüməçimiz Raç adlı biri idi. Yeri gəlmişkən, Hindistana səfərə Moskva üzərindən rus elm adamları dəstəsiylə getmişdim. Rac Türkiyədən gəldiyimi bilib mənə xüsusi diqqət göstərir və səbəbini də gizlətmirdi və deyirdi ki: “Türklər bizim qardaşlarımızdır, yeddi əsr bizi idarə etdilər nə dilimizə, nə dinimizə toxundular, Hardasa, iki əsr bizi işğal edib əsarətləri altında saxlayan ingilislər isə nəyimiz var əlimizdən aldılar, bu azmış kimi dilimizi də dəyişdirməyə çalışdılar”.
Bəlkə də, türklüyə sevgisindən idi ki, Raç mənə bir mis kasa alıb hədiyyə etdi. Kasanın içindəki sarımsaqdöyəni də görəndə çaşıb qaldım: İndi durub Hindistandan sarımsaqdöyənmi aparacam? Amma axşam hoteldə mis kasanı ovcunun içinə alacaq, o biri əli ilə sarımsaqdöyən dediyim bir ucu dəri ilə örtülü taxtanı kasaya çevirəndə dairəvi şəkildə sürtməyə başlayacaq və yavaş-yavaş kasanın içindən elə bir musiqi səsi yüksələcəkdi ki, tüklərim biz-biz olacaq və heyrətdən çaşıb qalacaqdım, gözümün önündə yoxdan varolma hadisəsi baş verməkdə idi. Hindistan dünyada ilk dinin yarandığı ölkədir və o dinlə bərabər bu kasa da yoxdan varolmanın simvolu kimi meydana çıxıb. Hindlillər ona “lts singing bowl”, yəni “nəğməoxuyan kasa” adını veriblər.
Və 2006-cı ildən bu yana hər sentyabrda dərslər başlayanda nəğmə söyləyən kasanı da özümlə dərs otağına aparırdım və hər dəfə “bu əşya nədir?” sualıma tələbələr sarımsaqdöyən deyə cavab verirdilər. Və elə ki, həvəngdəstəni kasanın ətrafında çevirməyə başlayırdım, incə musiqi səsi yoxdan var olmağa başlayırdı, onda hamı həyrət içində qalırdı...
– Sovetlər dönəmində Vyetnama gedib çıxmısınız. Oradan sizdə yadigar qalan hansısa əşya varmı?
– Səksəninci illərin əvvəllərində SSRİ Yazıçılar İttifaqının xətti ilə Vyetnama yaradıcılıq ezamiyyətinə getmişdim. Yol yoldaşım o zamanların çox usta yumorist yazıçısı Arkadi Arkanov idi. Təkrarsız görüşlərimiz olacaqdı. İnşallah, o görüşlər haqqında mütləq yol qeydlərimi gələcəkdə oxucularımla bölüşəcəyəm. Amma o görüşlərdən əlimdə, ovcumda qalan çox incə naxışlı Vyetnam vazasıdır.

Mən o vazanı çox dəyərli bir hədiyyə kimi üstündə əsə-əsə Vyetnamdan Mkonq çayı sahillərindən Moskvaya, oradan da Bakıya gətirmişdim. Hər dəfə o vazaya baxanda Vyetnam, Mkonq çayı sahilləri dünənin silinməz xatirələri kimi gözlərimdə canlanır. Axşamlar qayıqlarının ucunu sahil hotellərinin taxta söykənəcəklərinə dirəyib primuslarını yandırıb xörəklərini isidən hotel restoranının sahilə açılan açıq salonlarında çalınan həzin musiqini dinləyən hardasa dənizdə doğulub, dənizdə yaşayıb, dənizdə də dünyasını dəyişən dəniz qaraçıları gözümün qabağına gəlir... Və belə axşamların birində, daha doğrusu, vida yeməyi zamanı Vyetnam Yazıçılar Birliyinin əməkdaşları bizə o vazanı hədiyyə etmişdi. Həmin vaza, elə bil, hardasa Vyetnam səfərinə həsr ədilmiş sənədli filmi özündə yaşadır. Və bilirsən ki, o vazaya baxmaqla o sənədli film qismətin əli ilə yenidən canlanmağa başlayacaq.
– Sizə bağışlanan sazlar barədə bəhs etməniz yerinə düşərdi...
– Oğlum, mən sazlı-sözlü bir ailənin övladıydım. Əmim Şəmşəd çox gözəl saz çalır, şeir deyirdi. Və əmioğlanlarımın demək olar ki, hamısı saz çalırdı, məndən başqa. Bunun iki səbəbi vardı, birincisi, solaxaydım, sazı tərs tutduğuma görə çalmağı öyrənə bilmirdim, həm də əmioğlanlarım yaşda məndən böyükdülər, solaxaylığımı bəhanə gətirib məni öyrətmək istəmirdilər, amma içimdə elə böyük öyrənmək həvəsi vardı ki! Saz havaları mənim hər şeyimdir. Həm də İkinci Dünya müharibəsindən sonrakı illərdə kəndin aşağı-yuxarı bütün daxmalarından qaya dibindəki tənha bulaqtək saz səsi gəlirdi, çıxılmaz vəziyyətdə, yas içində olan kənd adamları dərdini sazla bölüşüb azaltmağa çalışırdılar. Sonra Şəmşəd əmim öləcək və sazı arada qalacaqdı, əmimoğlu o sazı mənə yox, Aran kəndlərinin birində yaşayan başqa bir əmioğluma vərəcəkdi və mənim saz çalmaq arzum beləcə gözümdə qalacaqdı, anamın da maddi imkanı yox idi ki, mənə yeni saz alsın. Həyatın amansız ironiyası idi bu, əmi yadigarı qara saz onun yolunu davam etdirən qardaşoğluna yox, sürücülükdən qeyri bir arzusu olmayan əmioğluna peşkəş edilmişdi. Və beləcə saza veriləcək sevgimin ünvanı şeirlərim olacaqdı.
Evimdəki sazlara gəldikdə isə onların mənim üçün dəyəri çox böyükdür. Belə bir misram var: “Qara köynəyində saz əsir düşüb”. Həqiqətən də, belədir. Bir zaman həsrətiylə yanıb tutuşduğum sazdan indi evimdə üçü var, hamısı da qara köynəyinə əsir düşüb, halbuki onlar bir vətən oğlunun barmaqlarında dil-dil ötə bilərdi, amma birisinə də verə bilmirəm, hədiyyəni necə vərəsən axı? Onların üçü də mənimçün dəyərlidir, amma birinin yeri başqadır.

O qara sazı mənə saz-söz dünyamızın böyük sənətkarı Aşıq Hüseyn Saraclı bağışlamışdı. 1970-ci illərin sonlarında mən "Azərbaycanfilm" kinostudyasının elmi-kütləvi, sənədli filmlər birliyinin baş redaktoru idim. Borçalının Saraclı kəndinə Aşıq Hüseyn Saraclının haqqında kino-jurnal üçün süjet çəkməyə getmişdik. İşimiz bitib geri qayıdanda rəhmətlik mənə çox dəyərli bir saz bağışladı, nə qədər almaq istəməsəm də inad etdi...
Vaqif Səmədoğlu bir dəfə mənə bir mövzu vermişdi. Rəhmətlik danışırdı ki, atamın sazını hər axşam kökləyib divardan asırdım, sabah gəlib görürdüm ki, sazın simləri sınıb. Məəttəl qalırdım ki, gecə o sazı kim çala bilərdi ki? Atamın ruhumu, yoxsa illər boyu çalınmadığından xiffət çəkən sazın öz ruhu... Vaqif “bu mövzunu ancaq sən yazarsan” dediyinə görə də təbii ki, o zaman mən “Vurğunun sazı” deyə uzun bir şeir yazdım. Bu hadisəni ona görə xatırlayıram ki, qürbətdən vətənə döndüyüm zamanlarda o sazı aradabir qara köynəyindən çıxarmağım var. Və hər dəfə də ya simlərinin qırıldığını, ya da çanağının calaq yerlərinin aralandığını görürəm. Saz çalınması üçün düzəldilir, qara köynəyində əsir düşməsi üçün yox.
– Qürbətdə yaşayan bir şair üçün elə bir əşya varmı ki, ona əl atırsınız, amma əlinizin altında yoxdur deyə heyfislənir və onda qürbətin çətinliyini daha dərindən duyursunuz?
– İnan, qürbətdə olduğum bu 25 il ərzində kənddə anamdan qalan köhnəli-təzəli, irili-xırdalı bütün əşyalar mənim üçün dəyərbiçilməzidir. Bəlkə əlim çatmadığına görə, yox, yəqin ki, onlara bir zamanlar qabarları barmağına üzük olan əllər dəydiyinə, anamdan yadigar qaldıqlarına görə belədir. Bakıya getdimmi, ilk işim fürsət tapıb kəndə qaçıram, qaçıram ki, dünyanın ən mübarək qadınlarından biri olan anamın yadigarları ilə üz-üzə gələm, onlarla canlı varlıqlar kimi danışam:
Yetim bir haray var gəzər dünyanı:
Görən harda qaldı anası ölmüş...
– İtirdiyiniz insanları daha çox hansı əşyalara baxanda xatırlayırsınız? Məsələn, valideynlərinizi, yaxınlarınızı, yaxud hansısa dostlarınızı?
– Qapısını Allahın ağacdələnlərdən başqa kimsə döyməyən kənd evimdəki bütün əşyalar mənə anamı, analı günlərimi xatırladır.
– Əgər əşya kimi mövcud olmağınız mümkün olsaydı, hansı əşya olmaq istərdiniz və niyə görə?
– Mən bir yönü ilə reinkarnasiyaya inanıram. Bu isə o deməkdir ki, insan dünyaya yenidən doğulacaqsa, elə insan kimi dünyaya gələcək. Bu mənada, əşya olmaq istəyi bir az yersiz deyilmi?!

Baxış sayı: 571
Bölməyə aid digər xəbərlər

17-09-2026, 23:50
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb