20:09 / 28-07-2026
İki uşağı qaçıranlar yeddi il həbs cəzasına məhkum ediliblər
20:06 / 28-07-2026
Almaniyalı deputat Merzin blokunu "Ukrayna partiyası" adlandırıb
20:02 / 28-07-2026
MKİ və "Mossad" Müctəba Xameneyini tapa bilmirlər
19:54 / 28-07-2026
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
19:48 / 28-07-2026
Rusiyanın KXDR-dəki yeni səfiri təyin edildi
19:46 / 28-07-2026
İkiqat qətldə günahlandırılaraq 17 il müddətinə azadlıqdan məhrum edilib
19:43 / 28-07-2026
Sanksiyalar Avropa İttifaqını Rusiyanın "Ka-32" yanğınsöndürmə helikopterlərindən məhrum edib
19:40 / 28-07-2026
Təqaüdçü qətl şübhəsi ilə həbs edilib
18:59 / 28-07-2026
Tramp ABŞ-ın hələ də Hörmüz boğazına nəzarəti saxladığını bildirdi
18:55 / 28-07-2026
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
18:52 / 28-07-2026
Ekspert Ukraynanın Afrika və Yaxın Şərqdə nəyə ehtiyacı olduğunu izah etdi
18:48 / 28-07-2026
Yeni doğulmuş uşağın qətlində şübhəli bilinən şəxs saxlanılıb
18:44 / 28-07-2026
Tramp Senator Qrem müharibəni sevirdi dedi
18:42 / 28-07-2026
Keçmiş "Zenit" məşqçisi İtaliya milli futbol komandasının baş məşqçisi təyin edildi
18:37 / 28-07-2026
Bağça müəllimi uşağa hücum etdi; cinayət işi açılıb
18:34 / 28-07-2026
Bir ekspert bildirib ki, Ukrayna kredit və silah almaq üçün ABŞ-ın maraqları naminə hərəkət edir
18:32 / 28-07-2026
Tikinti materialları anbarında böyük yanğın baş verib
18:30 / 28-07-2026
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
18:26 / 28-07-2026
Politoloq BMT demarşından sonra ABŞ-Fransa münasibətlərinin perspektivlərini qiymətləndirdi
18:20 / 28-07-2026
İran Ukrayna təxribatlarına cavab verəcək, ekspert Rojin bildirib
20:58 / 27-07-2026
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
20:54 / 27-07-2026
Paşinyan və Putin Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərdəki problemləri müzakirə etdilər
20:42 / 27-07-2026
Elbrusda ölən alpinistlər pişiklərini də yürüşə apardılar
20:38 / 27-07-2026
Tanımadığı bir şəxs uşağı oyun meydançasından aparmağa çalışıb
20:34 / 27-07-2026
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
17:53 / 27-07-2026
İtaliya Pirlonu milli komandanın baş məşqçisi təyin etməmək qərarına gəlib
17:49 / 27-07-2026
ABŞ 6G şəbəkələrinin inkişafını sürətləndirmək üçün qlobal tərəfdaşlığa başlayacaq
17:47 / 27-07-2026
Taylandda mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə şübhəli bilinən Rusiya vətəndaşı həbs edilib
17:41 / 27-07-2026
İranlı dənizçinin ölümündən sonra Tehran Kiyevə sərt cavab verə bilər
17:34 / 27-07-2026
Hindistan Xarici İşlər Nazirliyi Ukrayna səfirini çağırdı
17:28 / 27-07-2026
Bir neçə AB ölkəsi Ukraynanın Avropaya inteqrasiyasını Serbiyanın üzvlüyü ilə əlaqələndirə bilər
17:26 / 27-07-2026
Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına daxil olan raketlər açıqlanıb
17:21 / 27-07-2026
Amerika qəzeti Epşteynin milyonlarının varisini açıqlayıb
17:18 / 27-07-2026
NLO gördülər
17:15 / 27-07-2026
Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Ukraynadakı vəziyyətlə bağlı Qərb təbliğatını təkzib etdi
17:11 / 27-07-2026
Keçmiş Britaniya zabiti Ukraynanın hərbi rəhbərliyindəki kadr dəyişikliklərini qiymətləndirdi
17:05 / 27-07-2026
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
16:23 / 27-07-2026
Dnepr çayında çimərkən itkin düşən yeniyetmənin cəsədi tapılıb
Zöhrə Abdullayeva: "Uşaqlıq illərim Şuşada keçib"
Tarix: 29-05-2021 01:51 | Bölmə: Mədəniyyət

“Atam beşiyimin başında tar çalırdı, məndə yatırdım”
Sabaha-inamla.az Zöhrə Abdullayevanın bir neçə il bundan qabaqkı müsahibəsini təqdim edir:
-Zöhrə xanım uşaqlıq illərinizi necə xatırlayırsınız?
- Şuşada doğulmuşam. Uşaqlıq illərim Şuşada keçib. Şuşa heç yadımdan çıxmayıb ki. İnsan harda ayaq açır, torpağa ilk dəfə qədəm qoyur, o yurd-yuva, ocaq ömür boyu yaddan çıxmır. Çox qəribədir ki, iki yaşımda olan hadisələr xatirimdədir. Amma dünənki hadisələr yadımda qalmır. Ailəmiz ziyalı ailəsi olub. Atam Abdulla Abdullayev tar çalan olub. Beşiyimin başında tar çalırdı, məndə yatırdım. Atam Şuşa Mədəniyyət Şöbəsinin müdiri və bir neçə rayonda mədəniyyət üzrə vəzifə sahibi olub. Anam Şuşanın Üzeyir Hacıbəyov adına Musiqili Dram Teatrının aparıcı aktrisası olub. “Solğun çiçəklər” tamaşasında Sara, “Fərhad və Şirin”də Şirin, “Leyli və Məcnun”daLeyli kimi baş rollar oynayıb. “Stalin” medalı alıb. On altı il işləyib. İncəsənətdə böyük əməyi olub.
Şuşada dilənən görmədim. Şuşa mədəniyyətin beşiyidir. Hər qapıdan muğam səsi gəlirdi.
- Atanız mədəniyyət adamı olduğu üçün o vaxt deyəsən çox yaradıcı adamlar sizin qonağınız olub?
- Bizim evdə kimlər olmayıb. Qeyd etmək istəyirəm ki,Şuşa Dram Teatrının müdiri Əzzağa Məmmədov(xalq artisti Həqiqət Rzayevanın bacısının həyat yoldaşı) olub. Bizim ev mimi-Konservatoriya idi. Müharibə illərində atam Qənbər Hüseynli, Cahangir Cahangirovla işləyib. O vaxt mən yox idim. Heç atam onda ailə də qurmamışdı. O vaxtda da bizim ailəmiz musiqiçi ailəsi olub. Bizimlə sırf yaxın dost Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva olub. Bizim evdə İldırım Həsənov, Mürşüd Məmmədov, Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov, Əlyar Əmirov olub. Qurban Pirimov da tarı ilə bizə gəlirdi. O ifa edirdi, Sara və Yavər xanım oxuyurdu.
Mən belə korifeylərin dərsini keçmişəm. İnsanlıq məktəbini keçmişəm. Mənim ilk müəllimim Rəhilə Həsənova olubdu.
- Deyəsən çox erkən ailə qurmusunuz?
- Muğamı mənə atam öyrədib. 9 yaşında səhnədə olmuşam. Qaqarin adına sarayda “Sazçı qızlar” ansanblının tərkibində dövlət tədbirində məndə səhnəyə çıxdım. “Sazçı qızlar” ansanblında 20 nəfər idik. Mən orda Ələkbər Tağıyevin qızı Arifəni də gördüm.
Elə müğənni var ki, muğam oxuyur. Amma adını bilmir.
Ailə qurmağımız çox qəribə oldu. Mən onuncu sinifdə oxuyanda gələcək baldızım, gələcək nişanlım məni Gəncənin “Qarkom”u işləyən dayım gildə gördü. Mən məktəb illərində “Lalə” qızlar ansanblına gedirdim. Oğlan evi xəbər yolladı ki, ya musiqi, səhnə, ya da mən. Mən səhnəni ailə həyatına dəyişdim. Sevən insan kölə olur. Ayılandan sonar gec olur.
Onuncu sinifi bitirən kimi ailə həyatı qurdum.Evdən vermirdilər. Anam gördü ki, dayımda razıdı. Onda o da razı oldu.
Yoldaşım ticarətçi idi. Böyük biznesi var idi. Mən hədsiz dərəcədə ailəyə bağlı qız idim. Ağlıma gəlməzdi ki, haçansa səhnəyə qayıdacağam. Bu Allahın bir alın yazısıdır.
Yoldaşım 38 yaşında dünyasını dəyişdi. Mən onda 30 yaşım var idi.
-Bəs necə oldu ki, oxumağa başladınız?
- Allah Məryəm xanıma rəhmər eləsin. Azərbaycanın əməkdar mühəndisi Bədəl Bədəlovun yoldaşı. Müğənni Emin Bədəlovun nənəsi. Oxuyan onu aldatdı toya gəlmədi. Doğrudan da təsadüfdən zərurət doğur. Səhər saat 9-da qapı döyüldü. Onda yoldaşım bir il olardı ki, rəhmətə getmişdi. Məryəm xanım idi. Bəs Zöhrə oxuyan məni aldadıb. Gəl mənimlə toya gedək. Mən də iki mahnı bilirdim. Evdə özüm üçün zümzümə edirdim. Biri “Darıxırm”, o biri isə “Qızıl gülümün rəngi niyə soldu?” mahnıları idi. Məni dilə tutdu. Atam razı deyildi, anam dedi ki, get. Bəsdir evdə oturdun. Bu boyda istedadı gizlətmək olmaz.
Məryəm xanım ilk dəfə aprel ayının 1-də məni Əlibayramlı-İndiki Şirvan şəhərinə apardı. Çox möhtəşəm bir qadın toyu idi. O toyu yola verdik. Axırda toy yiyəsi gəldi ki, Məryəm xanım, səsi yaxşıdı amma çox utancaqdı. Çox utanırdım. Belə-belə qadın toylarından başladım. Sonra Baloğlan məni Ağacəbrayılın ansanblında görüb gedib İsalm müəllimə demişdi ki, gözəl bir müğənni peydah olub.Qadınların Məmmədbağırıdı. İslam müəllimi də maraq götürdüyü üçün gəlib ansanbla baxdı. İndiki Həkimlər evində Ağacəbrayılın ansanblına gedirdim. İslam müəllim gəlib məni bəyəndi, “İstedadlar axtarırıq” konsert- müsabiqəsinə çıxardı. Orda Bilal Əliyevlə mən birinci yerə çıxdıq. “Gecələr”, birdə Oqtay Kazıminin “Bir həzin külək oldum”. Həm geyimə, həm sözün tələffüzünə, həm də oxumağa qiymət verirdilər.
-Siz hansı mahnı ilə məşhurlaşdınız?
- Televiziyada “Kəsmə-şikəstə”, Nə vaxta qaldı”, “Ay işığında”. Üç mahnı oxudum. Baloğlanla mənim konsertim idi. Allah Nadir Axundova can sağlığı versin. Məni ilk dəfə 1986-cı ildə o efirə çıxardı.
-Bəs Məmmədbağır Bağırzadə ilə tanışlığınız necə yarandı?
- Məmmədbağır müəllimlə ailəvi dost idik. Atamla yaxın dost idi. Toylarda olurduq bir yerdə. Amma 1998-ci ildə mənə duet oxumağı təklif etdi. Həyat yoldaşı ilə oturub məsləhətləşiblər. Həyat yoldaşı ona deyib ki, ancaq Zöhrənin səsi sənə uyğun gələr. Onunla 12 duetimiz var. “Həccə gedərəm”, “Nişanlı qız”, “Şəkərbura-paxlava”, şikəstələr və s.
O heç zaman yadımdan çıxmır. Böyük şəxsiyyət, böyük müğənni, şair, bəstəkar, idi. Ondan çox şey öyrəndim. Məsələn, təmkinli olmağı. Mən hövsələsiz idim. O isə hər şeyi demə içinə salırmış. Mənə elə gəlirdi hər şeyə biganə baxır, amma yox…Sakit adam idi. Qeybət, xəbərçilik bilməzdi. Xəyanət, dalca danışmaq bilməzdi. O mənim demək olar ki, həm qardaşım, həm atam idi.
-Səhhətiniz necədir?
- Səhhətim yaxşıdır. Amma bu axır zamanlarda mədəm də problem çıxdı. “Qastrit”. Qalan orqanlarım hamsı maşallah sağlamdı.
- Plastik əməliyyatlar eləmisiniz?
- Qarnımın piyini götürtmüşəm. Məsələn, gərək olsa üzümü də plastik əməliyyat elətdirəcəyəm. Niyə? Səhnədə gözəl qalmaq istəyirəm. Bu riskə gedəcəyəm.
- Hazırda hansı mahnılar üzərində işləyirsiniz?
-Son vaxtlar korifeylərimizin romansları üzərində çalışıram. Məsəl üçün, Üzeyir bəyin, Tofiq Quliyevin, Ramiz Mirişlinin bəstələri.
Əsgərin ariyasını da oxumaq fikrim var. Məşqləri eləmişəm. Əvvala seygah ladında olan musiqilər mənim səsimə çox gözəl yaraşır.Əsgərin ariyasını oxuyanda nə olar? O, Füzulinin qəzəlidi. Onun qadın da, kişi də oxuya bilər.
-Siz bu günə qədər hansı muğamları oxumusunuz?
- Bütün muğamları. Bütün muğamlar səsimə düşür. Bir “Qatar”dan başqa. Şaqraq muğamlar mənim səsimə düşmür. Mənim səsim lirikdir. Mən "Heyratı”nı bilirəm. Amma səsimə düşmədiyi üçün oxuya bilmərəm. “Şahnaz” da məndə alınmır.
- Həccə getməyiniz necə oldu?
- Həccə mən təsadüfən getdim. Mən Həccə heç vaxt hazırlaşıb getməmişəm. Həccə hazırlaşıb gedən heç olmasa başını örtməlidir. Beş rükət namazın beşini də gündə qılmalıdır. Mən Həcc ziyarətinə gedəndə namaq qılmağı da bilmirdim. Orda öyrəndim. Orda Allah-taladan iki arzu elədim. Bir məni ehtiyacla imtahan eləməsin. Heç kəsə möhtac eləməsin. Birdə torpaqlarımızın geri qayıtmağını istədim. Bu iki arzunu ağala-ağlaya, yalvara-yalvara istədim. Mən Həccə getməmişdim ki, gələndən sonra hicablanım. Mənim sənətimlə o namazlar tutmur. Mən ora gedəndə də kamil insan idim.
- İnternetdə yayımlanan videoda Əlikram Bayramovla gəlin paltarında rəqs edirdiniz. Bu nə məsələ idi?
- O “Ay Zaur” verlişində yumoristik bir tamaşa idi. Mənim o yaş dövrüm deyil ki, ərə gedim. Mənim böyük oğlum, gəlinim, nəvələrim var. Oğlum kiçik olanda o vaxtı təkliflər çox idi. Getsəm, gedərdim də. Oğlum atasız qalanda 15 yaşı var idi. İki yaşı olsa yenə getmək olardı. İçimdə heç bir sevgi, məhəbbət yoxdur. Sevgi, məhəbbət olan qadın gözlərindən, özün aparmağından bilinir. Artıq “poez” gedib, bileti əlimdə qalıb.
- Bu qalmaqallara necə baxırsınız?
- Hərdən məni də ora təhkim edirlər. Düz danışıram yerim pis olur. Şou-biznes məni qalmaqalçı kimi tanıyır. Danışmasamda necə danışmayım. Amma qalmaqaldan uzaq adamam. Çünki mən danışmaqla heç nə düzələn deyil.
- Toylara gedirsiniz, orda vəziyyət necədir?
-Toylara gedirdim. Amma bu ildən getməyəcəyəm. Niyə? Məsələn, mən toyu dörd saat canlı oxuyuram. Yarım saat fonoqram oxuyan müğənniyə beş qat-on qat məndən artıq pul verilir. Məndə getməyəcəyəm ki, qədrimi bilsinlər. Görsünlər ki, canlı oxumaq nədi, fonoqram nədi? Ancaq bilən yoxdu.
Gəlib diski qoyur yarım saat oxuyur. O dəfə yarım saata görə mənə 1000 manat verdilər. O diski qoyana 6000 manat pul verdi. Bu mənə çox pis təsir edir.
Mənim repertuarım çox genişdir. Nə istəsələr onu oxuyuram. Milli musiqimizin oynaq janrını daha çox oxuyuram.
- İdmanın hansı növü ilə məşğul olursunuz?
- Nərdi, lotonu sevirəm. Bəziləri deyir ki, Həccə getmisən nərd oynayırsan. Nərdi oynamaq günah deyil ki? Nərd oynamağı 8 yaşından öyrənmişəm. Anam öyrədib. Anamada nərd oynamağı çox sevirdi. Mən nərddə çox vaxt uduram. Nadir hallarda uduzuram. Elə olur ki, "du bir" də mənə xeyir eləyir. Amma daşları çıxanda "şeş qoşa" atmağı sevirəm.
- Siyasi əqidəniz barədə danışardınız?
- Mən 1969-cu ildə yekə qız idim. Evimizdə ümummilli lider Heydər Əliyevə olan məhəbbəti görmüşəm. Rəhmətlik anam deyirdi ki, Allah mənim ömrümdən kəssin ona versin. Atan deyirdi ki, Suğra xanım başqası üçün desəydin, boşayardım səni. Sən Heydər Əliyev üçün deyirsən dillənmirəm sənə. Onu məndə çox istəyirəm. Mən bu məhəbbəti 13-14 yaşından evimizdə görmüşəm. Bu istəyi mənim əlimdən heç kəs ala bilməz. Heydər Əliyevi sevmişik. İndi də oğu İlham Əliyevi sevirik. Mən yaltaqlanmıram, olan şeyi deyirəm. Rəhbərimizdən çox razıyam. Gözəl insandı. Azərbaycan günü-gündən çiçəklənir. Çox razıyam dövlətimizdən, hökumətimizdən. Allah onun balalarına, ailəsinə can sağlığı versin. Bu rəhbərlik uzunömürlü olsun.
- Yaşınızın üstünə yaş gəlməsi sizə necə təsir edir?
- Çox dilxor oluram. Tənhalığa alışmışam. Tənhalıqdan zövq alıram. İnsanlardan qaçıram.
- Nəvələrinizi hansı sahənin adamı görmək istərdiniz?
- Bir oğlum, iki nəvəm var. Onlar Bakıda Oksvord məktəbində 9-10-cu sinifdə təhsil alırlar. İqtisadçı olmaq istəyirlər. Çünki bu sənətə təlabat var. Mən onları kamil insan görmək istəyirəm.
Çox sevinirəm ki, maşında oğlan nəvəm mənim diskimə qulaq asır. Bəzi mahnılarımı zümzümə edir.
- Özünüzü xoşbəxt hesab edirsinizmi?
- Əlbəttə. Mən nə karəyəm ki, xoşbəxt olmayım. Allah-tala məni qüsursuz yaradıb. Yer üzünün əşrəfi insandısa, kamil, ağıllı yaradıb məni. Mən ümumiyyətlə sevmərəm ki, qəlbə toxunan söz deməklə kimisə acılayın. Düzdür, eləsi var ki, sözü üzə deməyimə görə məni bəyənmir. Mən nə var oyam, arxada danışmağı bacarmıram. Danışsamda o adamın, o sözü üzünədə deyə bilərəm. Mənim Allahdan başqa heç nədən qorxum yoxdu. Birdə xalqın gözündən düşməyim.
- Artıq kifayət qədər yaşınız var. Düşünürsünüzmü bu yaşda xalq artisti kimi fəxri adınız olsun?
- Rəmiş 71 yaşında xalq artisti oldu. Hər şeyin vaxtın Allah bilir. Bu sahədə mənim də əməyim var. Arzum var ki, gecdə olsa məndə bu ada laqyiq olum. Hamının ürəyindən xalq artisti olmaq arzusu keçir. Prezident təqaüdü almaq, Prezident çörəyi yemək istəyirəm.
- Hansı arzularla yaşayırsınız?
- Bircə arzum var: Şuşanı birdə görmək. Torpaqlarımız geri qayıtsın. Bizim didərgin ruhlarımız narahatdırlar.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
P.S.Allah Zöhrə xanıma rəhmət eləsin!
Baxış sayı: 1 242
Bölməyə aid digər xəbərlər

27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
7-06-2026, 09:08
Aktrisa ilk evliliyində xəyanətkar həyat yoldaşı olduğunu bildirib
4-06-2026, 15:20
Kobzonun ailəsi artistin mirasını satmağa başlayıb
3-06-2026, 16:38
Ani Lorakın Uzaq Şərqdəki konsertləri baş tutmayacaq
29-05-2026, 12:49
Aktyor Vyetnamda xəstəxanaya yerləşdirilib
28-05-2026, 17:14
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
27-05-2026, 19:37
Avropa İttifaqı Şurasına qarşı yeni iddia qaldırdı
27-05-2026, 18:18
“Bir dəfə xəstələndim, məni əvəz edən olmadı”
20-05-2026, 20:14
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
18-05-2026, 19:21
Moldovada Eurovisionda rumıniyalı sənətçinin səsləndirilməsi ilə bağlı qalmaqal yaranıb
18-05-2026, 18:41
Nərgiz Paşayevanın qızı Kannda - Fotolar
14-05-2026, 17:20
Komediyaçı Mixail Şats İsrailə köçməsini vətənə qayıtmaq hesab edib
13-05-2026, 15:12
Angelina Jolie ABŞ-dakı malikanəsini satır
5-05-2026, 21:27
Yaponiyada keçiriləcək 21-ci Rus Mədəniyyəti Festivalının proqramı haqqında danışıb
3-05-2026, 18:44
Gənc alim Ruslan Tağıyevin musiqi mədəniyyətinə böyük töhfəsi: “Bayatı-Şiraz dəstgahı" kitabı ictimayyətə təqdim olundu-FOTOLAR+VİDEO
22-04-2026, 20:17
Avstraliya kinoteatrları qanunsuz olaraq Rusiya filmləri nümayiş etdirir
22-04-2026, 19:50
Paralimpiya çempionu haqqında sənədli film çəkilişinin planlaşdırıldığını bildirib
22-04-2026, 16:07
Alena Əliyeva konsertdə - Fotolar
21-04-2026, 22:54
Madonna ABŞ-da keçirilən festivalda geyindiyi əşyaları itirdi
20-04-2026, 18:32
Reper qiyabi olaraq 7 milyon rubl cərimələnib
20-04-2026, 18:29
"Ulduz gəmisi əsgərləri" filmindəki rolu ilə tanınan Patrik Muldun 57 yaşında vəfat edib
19-04-2026, 18:44
Komediya Teatrından işdən çıxarılmasına aydınlıq gətirdi
16-04-2026, 18:59
Raymonds Pauls əməliyyatdan sonra xəstəxanadan buraxıldı
15-04-2026, 19:25
Reper Morgenstern Litvaya giriş qadağasını ləğv edən məhkəmə qərarını uğurla əldə edib