20:09 / 28-07-2026
İki uşağı qaçıranlar yeddi il həbs cəzasına məhkum ediliblər
20:06 / 28-07-2026
Almaniyalı deputat Merzin blokunu "Ukrayna partiyası" adlandırıb
20:02 / 28-07-2026
MKİ və "Mossad" Müctəba Xameneyini tapa bilmirlər
19:54 / 28-07-2026
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
19:48 / 28-07-2026
Rusiyanın KXDR-dəki yeni səfiri təyin edildi
19:46 / 28-07-2026
İkiqat qətldə günahlandırılaraq 17 il müddətinə azadlıqdan məhrum edilib
19:43 / 28-07-2026
Sanksiyalar Avropa İttifaqını Rusiyanın "Ka-32" yanğınsöndürmə helikopterlərindən məhrum edib
19:40 / 28-07-2026
Təqaüdçü qətl şübhəsi ilə həbs edilib
18:59 / 28-07-2026
Tramp ABŞ-ın hələ də Hörmüz boğazına nəzarəti saxladığını bildirdi
18:55 / 28-07-2026
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
18:52 / 28-07-2026
Ekspert Ukraynanın Afrika və Yaxın Şərqdə nəyə ehtiyacı olduğunu izah etdi
18:48 / 28-07-2026
Yeni doğulmuş uşağın qətlində şübhəli bilinən şəxs saxlanılıb
18:44 / 28-07-2026
Tramp Senator Qrem müharibəni sevirdi dedi
18:42 / 28-07-2026
Keçmiş "Zenit" məşqçisi İtaliya milli futbol komandasının baş məşqçisi təyin edildi
18:37 / 28-07-2026
Bağça müəllimi uşağa hücum etdi; cinayət işi açılıb
18:34 / 28-07-2026
Bir ekspert bildirib ki, Ukrayna kredit və silah almaq üçün ABŞ-ın maraqları naminə hərəkət edir
18:32 / 28-07-2026
Tikinti materialları anbarında böyük yanğın baş verib
18:30 / 28-07-2026
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
18:26 / 28-07-2026
Politoloq BMT demarşından sonra ABŞ-Fransa münasibətlərinin perspektivlərini qiymətləndirdi
18:20 / 28-07-2026
İran Ukrayna təxribatlarına cavab verəcək, ekspert Rojin bildirib
20:58 / 27-07-2026
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
20:54 / 27-07-2026
Paşinyan və Putin Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərdəki problemləri müzakirə etdilər
20:42 / 27-07-2026
Elbrusda ölən alpinistlər pişiklərini də yürüşə apardılar
20:38 / 27-07-2026
Tanımadığı bir şəxs uşağı oyun meydançasından aparmağa çalışıb
20:34 / 27-07-2026
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
17:53 / 27-07-2026
İtaliya Pirlonu milli komandanın baş məşqçisi təyin etməmək qərarına gəlib
17:49 / 27-07-2026
ABŞ 6G şəbəkələrinin inkişafını sürətləndirmək üçün qlobal tərəfdaşlığa başlayacaq
17:47 / 27-07-2026
Taylandda mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə şübhəli bilinən Rusiya vətəndaşı həbs edilib
17:41 / 27-07-2026
İranlı dənizçinin ölümündən sonra Tehran Kiyevə sərt cavab verə bilər
17:34 / 27-07-2026
Hindistan Xarici İşlər Nazirliyi Ukrayna səfirini çağırdı
17:28 / 27-07-2026
Bir neçə AB ölkəsi Ukraynanın Avropaya inteqrasiyasını Serbiyanın üzvlüyü ilə əlaqələndirə bilər
17:26 / 27-07-2026
Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına daxil olan raketlər açıqlanıb
17:21 / 27-07-2026
Amerika qəzeti Epşteynin milyonlarının varisini açıqlayıb
17:18 / 27-07-2026
NLO gördülər
17:15 / 27-07-2026
Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Ukraynadakı vəziyyətlə bağlı Qərb təbliğatını təkzib etdi
17:11 / 27-07-2026
Keçmiş Britaniya zabiti Ukraynanın hərbi rəhbərliyindəki kadr dəyişikliklərini qiymətləndirdi
17:05 / 27-07-2026
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
16:23 / 27-07-2026
Dnepr çayında çimərkən itkin düşən yeniyetmənin cəsədi tapılıb
ÜZEYİR ÖMRÜNÜN ÜVERTÜRASI-Ramiz QASIMOV
Tarix: 23-11-2020 22:37 | Bölmə: Mədəniyyət

Şuşa... Hər necə səslənirsə, bilmirəm, amma adamın qəlbində qəribə hislər, duyğular oyatdığı qətidir. Azərbaycanlıların qəlbində isə Şuşa tamamilə başqa bir yerə sahibdir: bir müqəddəs qibləgah, müqəddəs bir ocaqdır. Sözün etimologiyası da hər nədir, amma türk adının damğası olduğuna əminəm. Bu adı çəkəndə qədim türk dastanlarından olan “Şu” dastanını xatırlayıram. Xatirələr qəlbimə su kimi axır. Şuşanın adı gələndə böyük Üzeyir bəyi, Natəvanı, Molla Pənah Vaqifi, Əhməd bəy Ağaoğlunu, Cıdır düzünü, Azərbaycanın qəlbləri riqqətə gətirən musiqisini, xarı bülbülü və daha nələri, bir də düzlərin rəngindən yaranan Bayrağımızı dərhal yadıma salıram. Şuşa bunların hamısını birləşdirir. Onsuz da Şuşa adı çəkiləndə Üzeyir bəyi xatırlamamaq mümkün deyil. Bu nadir simanın unudulmazlığı bir də Şuşa müqəddəsliyinə bükülür. Vaqifin ədəbi sərkərdəliyi altında

Natəvanı, Əhməd bəyi və b. xatırlayırıq. Xarı bülbülsüz də Şuşa yoxdur. Bu elə bir gözəllik ünsürüdür ki, bir tək Şuşaya qismətdir. Xarı bülbül də Şuşanın rəmzinə çevrilib. Amma Bayrağımızı xatırlamağımın özünəməxsus təəssüratı, izahı var. Hər şeydən əvvəl Şuşa bir zirvədir ha! Şuşa qaladır, dağın, sıldırımın əhatəsində yalnız təmiz, saf millətimizin yaşaya biləcəyi bir ocaqdır. Sıldırımlar bu təmiz yurdu natəmiz, naməhrəm düşmənlərdən təmizləmək üçün onu bağrına almış Tanrıya bənzəyir. Prometeylər yurdu, Koroğlular məskəni, Vaqiflər diyarı, Xanlar vətənidir Şuşa. Şuşa ucalıq rəmzidir. Ucalarda isə Bayraq olar. Bayraq ucalıq rəmzi, qüdrət simvoludur. Şuşa bütün ucalığı ilə başdan-başa Azərbaycanın Bayraq meydanıdır sanki. Şəhidlərimizin, qazilərimizin baş qoyduğu, can qoyduğu əldəyilməz Vətəndir Şuşa.
Şuşa bir də Üzeyirlər yurdu, ədəbiyyat, mədəniyyət, musiqi, incəsənət yurdudur. Şanlı Azərbaycan Ordusunun qəhrəman övladlarının rəşadətli döyüşü və şücaətindən sonra Vətənimizə qovuşan Şuşa qəlbimizdə belə dərin, əhatəli, dəruni hislərlə qovuşur. Və, əlbəttə, bu nəhəng simanın ayrıldığı bu gündə - 23 noyabrda böyük Qələbə zəfərini ümumiləşdirən Şuşa da, bu qələbəyə bizimlə birgə sevinən Üzeyir bəy kimi nadir simalarımız da bir daha xatirimizə gəlir.

Sadəcə Üzeyir olaraq dillər əzbəri olan, rəsmi olaraq Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885-1948) kimi tanınan bu görkəmli şəxsiyyət özünün misilsiz xidmətlərilə Azərbaycan mədəniyyətinin heykəlinə çevrilib. Bu nadir şəxsiyyət adı ilə Azərbaycan milli musiqisini rəmzləşdirən dahi bir simadır. Adı milli musiqimizin ifadəçisinə çevrilən bu əvəzsiz şəxsiyyət və görkəmli simanın bütün taleyi Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı olub.

Azərbaycan peşəkar musiqisinin mənəvi atası...
Əvvəla, qeyd edək ki, Üzeyir bəy kimi dahi şəxsiyyətin Azərbaycan xalqına bəxşi ilahi bir lütf idi. Bu böyük şəxsiyyət Azərbaycan ictimi, ədəbi, mədəni fikrinə, onun incəsənəti, mədəniyyəti, ədəbiyyatı, publisistikası, teatrı və b. sahələrinə nə vermədi ki?.. Haqlı olaraq Üzeyir bəyin adı gələndə nəhəng və əzəmətli bir Azərbaycan Konservatoriyası göz önünə gəlir. Təkbaşına belə Azərbaycan musiqisini təmsil etməyə qadir və qabil bir şəxsiyyət, nəhəng və sanballı bir sima idi o. Bütöv bir ailə olaraq Hacıbəylilər Azərbaycan peşəkar musiqi və incəsənətinin formalaşması və inkişafının ağır sütunları kimi çıxış ediblər. Üzeyir bəyin musiqiçi kimi ortaya çıxması və şöhrət tapmasında qocaman Qafqazın qosqoca

Konservatoriyası adlanan Şuşanın (və əlbəttə ki, Qarabağın!) nə qədər rolu var idisə, bu doğma yurdun da belə bir şöhrətə qabil olmasında onun yetirdiyi Üzeyir bəy kimi sayseçmə və çoxsaylı musiqiçi övladları mühüm rol oynamışdı. Üzeyir bəy Azərbaycan peşəkar musiqisinə az qala övladlıq verən böyük bir şəxsiyyət, musiqiçilərin mənəvi atası idi. 1908-ci ildə başlatdığı opera janrı Azərbaycan musiqisi və incəsənətinə təkcə ölkəmiz üçün deyil, bütün geniş bölgə - Qafqaz və digər yaxın türk-müsəlman ölkələri üçün istiqamətləndirici faktor oldu. Onun bəstələdiyi operalar təkcə musiqi sənətimizə zənginlik qatmadı, həm də librettoların mətninin aid olduğu əsərlərə yeni bir can, əbədiyaşarlıq və şöhrət bəxş etdi. 1908-ci ildə Şərqin ilk operası olaraq yadda qalan dahi Füzulinin “Leyli və Məcnun” əsərinin əsasında hazırlanan opera həm də Şərqin dahi Füzulisinə yenidən böyük bir şöhrət və məhəbbət qazandırdı. Təkcə Üzeyir bəyin deyil, həm də Üzeyir bəy məktəbinin davamçılarının əsərləri eyni rolu oynamaqla Azərbaycan mədəniyyəti tarixinə misislsiz töhfələr verməklə onun yaddaşına çevrildilər.

...Üzeyir bəy haqqında nəyi deməyəsən ki, vicdanın narahat olmaya? Azərbaycan ədəbiyyatının nəhəng və qüdrətli ədibi, el arasında daha çox “Məşədi İbad” kimi tanınmış “O olmasın, bu olsun”, o cümlədən “Arşın mal alan”, “Ər və Arvad” komediyalarının unudulmaz müəllifi... Məşhur“Ordan-Burdan” silsilə məqalələrinin ölməz imza sahibi... “Leyli və Məcnun”, “Şah Abbas və Xurşid Banu”, “Əsli və Kərəm”, “Harun və Leyla”, “Rüstəm və Söhrab”, “Koroğlu” kimi operaların yaradıcısı... Çoxsaylı satirik hekayələr, səhnəciklər və məqalələr müəllifi... Onun əsərləri həm də Azərbaycan xalq sənətinə yeni güc verdi və onun yaşamasına zəmin hazıladı. Azərbaycan dastanları, məşhur əsərləri onun və onun ardıcıllarının sayəsində yenidən yaşamaq haqqı qazandı və heç zaman da unudulmadı.

Azərbaycan xalq mahnıları məhz bu dahi şəxsiyyətin təşəbbüsü ilə nota çevrilərək xalqın əbədilik milli sərvətinə, zəngin xəzinəsinə çevrilərək itib-batmaqdan xilas oldu. Naxçıvanın məşhur yallıları bu qədirbilən şəxsiyyətin sayəsində yenidən həyat və əsl sənət taleyi yaşamağa imkan tapdı. Beləliklə də, dünya-bəşər mədəniyyətinə Azərbaycan mədəniyyəti adlı təkrarolunmaz, özünəməxsus, zəngin, qədim və əlvan bir mövcudluq naxışı bəxş etdi. O təkcə milli mədəniyyət və musiqimizə, kino sənəti və teatrımıza can vermədi, həm də bu zəngin milli sərvətin elmi şəkildə öyrənilməsinə də başlanğıc verdi, özünün həmişəyaşar elmi əsərlərilə nümunə və zəmin yaratdı. “Muğamat və xalq mahnılarının ifası haqqında”, “Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında”, “Vəzifeyi-musiqiyyəmizə aid məsələlər”, “Türk operaları haqqında”, “Azərbaycan musiqi həyatına bir nəzər”, “Musiqidə xəlilik” və b. çoxsaylı məqalələri ilə fundamental musiqi, incəsənət, teatr və mədəniyyət sahələrinə dair sanballı elmi əsərlər ortaya qoydu. Və əlbəttə ki, Azərbycan elmində mədəniyyətşünaslıq, sənətşünaslıq və b. kimi elm sahələrinin binasını qoydu. Üzeyir bəy həmçinin böyük xalq müəllimi idi. Azərbaycan balalarının savadlanmasında can qoyan maarif xadimlərindən biri də Üzeyir bəy Hacıbəyli idi. Onun “Rusi-türki və Türki-rusi” lüğəti və “Hesab məsələləri” adlı metodik vəsaiti həm dövrü üçün yenilikçilik idi, həm də xalq müəlliminin can yanğısının təzahürü.

Üzeyir bəy həm də Naxçıvan üçün doğma, əlahiddə bir şəxsiyyət idi. Əvvəla bütün bölgələrdə olan kimi, Naxçıvanda da peşəkar musiqi mədəniyyətinin inkişafı məhz onun və ardıcıllarının sayəsində mövcud olub. Çünki bu dahi şəxsiyyət ümumən Azərbaycan milli musiqi təhsil sisteminin əsasını qoyub. Bilavasitə Üzeyir Hacıbəylinin şəxsi səyləri ilə Bakıda milli musiqi təhsili məktəblərinin açılmasından sonra onun tövsiyəsi və dəstəyi ilə Naxçıvanda da milli musiqi təhsilinin əsası qoyulmuşdur. Hətta yazılanlara görə, dahi bəstəkarın böyük qardaşı, hətta qardaşları Üzeyir və Ceyhun Hacıbəylilərin formlaşmasında böyük xidmətləri olmuş Zülfüqar Hacıbəyli müvəqqəti olaraq Naxçıvanda yaşayıb-yaratmış, Üzeyir bəyi Naxçıvan mühiti, mədəni şəraiti və inkişafı ilə o, yaxından tanış etmişdir. Məhz bu nəhəng mədəniyyət xadimlərinin əzmkar fəaliyyətlərinin nəticəsi olaraq Naxçıvanda da musiqi təhsilinə şərait yaradılır. Musiqi orta-ixtisas məktəbi Naxçıvanda fəaliyyət göstərərək burada peşəkar musiqinin inkişafına böyük töhfələr verir. Hətta bunu da demək lazımdır ki, böyük Üzeyir bəy 1937-ci ildə SSRİ Ali Sovetinin Millətlər Sovetinə məhz buradan –

Naxçıvanın Şərur rayonundan namizədliyi verilərək seçilmişdir. Elə bu ildə də, yəni 1937-ci ildə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanda musiqi məktəbinin açılması ilə bağlı qərar verilmiş, tədris ili üçün şagird kontingentinin say tərkibi də müəyyənləşdirilmişdir. Həmin musiqi məktəbində şagirdlərə 5 şöbə üzrə: tar, kamança, royal, nəfəsli və simli alətlər üzrə dərslər tədris edilib. Üzeyir bəy Naxçıvanda olarkən ətraflı maraqlandığı bu zəngin mədəniyyət beşiyində yallı rəqsləri daha çox diqqətini cəlb edib və ümumən, Naxçıvanın, onun Şərur bölgəsinin folklor etibarilə zəngin olduğuna da diqqət çəkərək yazıb: “Şərur Azərbaycan folklor mədəniyyətinin beşiyidir”. O, yallıların da ana məkanının Şərur olduğunu yazaraq: “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub”, - deyə öz fikrini ifadə edib.

O həm də iki dövlət himnimizin musiqisinin müəllifidir. Bu gün də dövlət himnimiz olan, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan SSR-in dövlət himninin musiqisini Üzeyir bəy Hacıbəyli yazmışdı. Qüvvətli publisist kimi tanınan Üzeyir bəy Hacıbəyli habelə “Həqiqət”, “Tərəqqi” kimi qəzetlərin redaktoru, eləcə də qardaşı Zülfüqar Hacıbəyovdan sonra ilk rəsmi dövlət mətbuat orqanımız olan Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı “Azərbaycan” qəzetinin baş redaktoru olmuşdur. Bütün bunlara və bundan ziyadə olub sadalanmayan faktlara görə Üzeyir bəy şəxsiyyəti, siması istər yaxın, istərsə də uzaqdan həmişə nəhəng, əzəmətli, canlı və dərindir. Üzeyir bəyin əziz xatirəsi hər zaman qəlbimizdədir. Böyük şairimizin, sözün dahi ustadı Səməd Vurğunun bu nəhəng şəxiyyətin dünyadan köçməsinə ağı deyərcəsinə yazdığı məşhur şeirində deyildiyi kimi:
Bir qocaman qartalın, qanadları dayandı,
O bir daha qıy vurub dağlardan keçməyəcək.
Dünya öz yerindədir, yenə səhər oyandı,
O, vətən dağlarının suyundan içməyəçək.
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər!
Budur, baxır üzümə, baxır sənətkar gözü.
Yenə gülür, danışır, nəfəs alır Üzeyir.
Süzülür qəlb evimə onun hər odlu sözü,
Rübabının səsindən qanad açır min şeir.
O sabah da bizimlə addımlayır yanaşı,
Koroğludan oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli şeirinin bir bəstəkar qardaşı,
Şöhrət tapdı adınla bizim ana yurdumuz!!!

Bəli, Üzeyir bəyin əziz xatirəsi unudulmazdır: o, hər zaman qəlbimizdə, dilimizdə, şüurumuzdadır. Hər zaman təntənə ilə çalınan Üvertüranın səfərbəredici, birləşdirici musiqisində, əl qoyub qəlbimizə dərin bir intizamla oxuduğumuz dövlətimizin himnində, zümzümə etdiyimiz çoxsaylı mahnılarımızın səsində, gülüşümüzdə və kədərimizdə, həsrətimizdə və vüsalımızdadır. O hər zaman bizimlədir, qüdrətli və ana vətənimiz Azərbaycanın dalğalanan üçrəngli bayrağının örpək olduğu, göz atdığı, baş çəkdiyi, üz qoyduğu geniş-geniş, uzaq-uzaq ərazilərdə, üfiqlərindədi...

Azərbaycan xalqının bu dahi bəstəkar oğlunun anadan olduğu gün olan 18 sentyabr da ölkəmizdə Milli Musiqi Günü olaraq qeyd edilir. Ölkəmizdə Milli Musiqi Günü 1995-ci ildən Azərbaycan xalqının böyük oğlu, milli mədəniyyət və incəsənətimizin böyük hamisi ümummilli lider Heydər Əliyev tərəfindən dahi bəstəkarın şərəfinə rəsmiləşdirilib. Üzeyir bəyin heç vaxt təravətini itirməyən irsi xalqımız üçün misilsiz sərvətdir. Bu gün milli musiqi sənətimiz və zəngin irsimiz uğurla qorunur, yaşadılır və təbliğ edilir.

Bu sahədə razılıqla bəhs etmək olar ki, dahi liderimizin milli dəyər və mənəvi irsə olan hamilik qayğısı uğurla davam və inkişaf etdirilməkdədir. Bu işlərə uğurla rəhbərlik edən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bir tərəfdən milli-mənəvi irsimiz, o cümlədən milli musiqimiz təbliğ edilir, digər tərəfdən böyük qayğı əhatəsində qorunur, yaşadılır və inkişaf etdirilir. Dünyanı özünün məlahətli ifası və qeyri-adi təsir gücü ilə fəth edən muğam sənətimiz də məhz bu deyilənlər sırasındadır. Dünyanı təsiri altında qoyan, min illərlə yaşı olan, ulu əcdadlardan böyük sənət mirası olaraq yaşadılan və

YUNESKO-nun təcili qorunma siyahısına alınan Naxçıvanın rəmzilinə çevrilən yallılarımız da elə bu mədəni sərvətimizdəndir. Bu fikirləri saydıqca xatirəsi nəzərlərimizdə canlanan unudulmaz Üzeyir bəy də məhz bu mədəni sərvətimizin yaşadılmasında imzası olan əvəzsiz dühalarımızdan biridir. Bu nəhəng dühaya özünün səmimi münasibəti, nəhəng hörməti və intəhasız ehtiramını bildirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dahi şəxsiyyətin xatirəsinin yaşadılmasına əməli töhfələr və imkanlar yaratmaqla bərabər Ev-muzeyinin yaradılmasında da iştirak edərək demişdir: “...Dahi Üzeyir bəy Hacıbəyovun xatirəsi qarşısında baş əyirəm. Bütün Azərbaycan xalqı bu gün Üzeyir Hacıbəyovun xatirəsi qarşısında baş əyir. Mən onun xatirəsinə hörmət və ehtiramımı bildirərək bu gün bir daha xalqımızı birliyə dəvət edirəm. ...O, bizim üçün əzizdir və xoşbəxtlik də ondan ibarətdir ki, o, bu gün də yaşayır”. Qeyd edək ki, ulu öndərin ən çox sevdiyi bəstəkar da, özünün birmənalı şəkildə dediyi kimi, Üzeyir bəy Hacıbəyli idi...

Bəli, onun bütün ömrü Azərbaycan mədəniyyətinin inkişafına həsr olundu. Hər nə yazdısa, hər nə iş gördüsə, canından əziz sevdiyi vətəni Azərbaycanın inkişafı üçün elədi. O təkcə Azərbaycan mədəniyyətini dünyada tanıdan və onun səfirinə çevrilən bir şəxsiyyət deyil. O həm də bir eli, bir ölkəni, bir torpağı mahnılarına sığdıran və ruhunda daşıyan vətən fədaisi idi. Azərbaycan adlı vətənin və ona olan sevginin notlarını yazıb ifadə edən bu dahi şəxsiyyət həm də zəngin milli mədəniyyətilə tanıtdığı ölkənin dünydadakı fəxri səfiridir. Bu nadir şəxsiyyət həm də təmsil etdiyi zəngin milli mədəniyyətimizlə düşmənlərimizə və bizi sevməyənlərə bir notadır. Bu torpaqda bir Üzeyir ruhu dolaşır üzü Şuşaya, Qarabağa doğru. “Koroğlu” Üvertürasının notları altında özü kimi əsgər ruhlarları ilə xalqımızı birlik və həmrəyliyə səsləyərək bu ölkənin sərhədlərinə keşik çəkir.
Üzeyir bəy torpaqlarımızın işğaldan azad edilməsi boyunca hər zaman bizimləydi. O zaman döyüş ruhu əxz edən cəngilərilə, bu gün isə Qələbəmizin sevincini və milli qürurumuzu ifadə edən marşı və üvertürası ilə. Bizim üvertüramız öz Koroğlusuna və Koroğlularına səslənir, onların birlik rəmzi olan vətən nəğmələrini, azadlıq hayqırışlarını, döyüş nərələrini özündə ifadə edir. İndi bizim üvertüramızın Koroğlusu – Azərbaycandır, Azərbaycan xalqıdır, Ali Baş Komandanımız və Müzəffər Ordumuzdur! Qələbən mübarək Üzeyirim! Şuşamızda xoş gördük səni!
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 282
Bölməyə aid digər xəbərlər

27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
7-06-2026, 09:08
Aktrisa ilk evliliyində xəyanətkar həyat yoldaşı olduğunu bildirib
4-06-2026, 15:20
Kobzonun ailəsi artistin mirasını satmağa başlayıb
3-06-2026, 16:38
Ani Lorakın Uzaq Şərqdəki konsertləri baş tutmayacaq
29-05-2026, 12:49
Aktyor Vyetnamda xəstəxanaya yerləşdirilib
28-05-2026, 17:14
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
27-05-2026, 19:37
Avropa İttifaqı Şurasına qarşı yeni iddia qaldırdı
27-05-2026, 18:18
“Bir dəfə xəstələndim, məni əvəz edən olmadı”
20-05-2026, 20:14
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
18-05-2026, 19:21
Moldovada Eurovisionda rumıniyalı sənətçinin səsləndirilməsi ilə bağlı qalmaqal yaranıb
18-05-2026, 18:41
Nərgiz Paşayevanın qızı Kannda - Fotolar
14-05-2026, 17:20
Komediyaçı Mixail Şats İsrailə köçməsini vətənə qayıtmaq hesab edib
13-05-2026, 15:12
Angelina Jolie ABŞ-dakı malikanəsini satır
5-05-2026, 21:27
Yaponiyada keçiriləcək 21-ci Rus Mədəniyyəti Festivalının proqramı haqqında danışıb
3-05-2026, 18:44
Gənc alim Ruslan Tağıyevin musiqi mədəniyyətinə böyük töhfəsi: “Bayatı-Şiraz dəstgahı" kitabı ictimayyətə təqdim olundu-FOTOLAR+VİDEO
22-04-2026, 20:17
Avstraliya kinoteatrları qanunsuz olaraq Rusiya filmləri nümayiş etdirir
22-04-2026, 19:50
Paralimpiya çempionu haqqında sənədli film çəkilişinin planlaşdırıldığını bildirib
22-04-2026, 16:07
Alena Əliyeva konsertdə - Fotolar
21-04-2026, 22:54
Madonna ABŞ-da keçirilən festivalda geyindiyi əşyaları itirdi
20-04-2026, 18:32
Reper qiyabi olaraq 7 milyon rubl cərimələnib
20-04-2026, 18:29
"Ulduz gəmisi əsgərləri" filmindəki rolu ilə tanınan Patrik Muldun 57 yaşında vəfat edib
19-04-2026, 18:44
Komediya Teatrından işdən çıxarılmasına aydınlıq gətirdi
16-04-2026, 18:59
Raymonds Pauls əməliyyatdan sonra xəstəxanadan buraxıldı
15-04-2026, 19:25
Reper Morgenstern Litvaya giriş qadağasını ləğv edən məhkəmə qərarını uğurla əldə edib