00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
QÜRUR VƏ AND YERİMİZ - BAYRAĞIMIZ-Ramiz QASIMOV
Tarix: 06-11-2020 02:15 | Bölmə: Mədəniyyət

Birinci yazı
XX əsrin əvvəllərində - 1918 ilin mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi qazanması ilə könüllərdə yaranan mənəvi təbəddülat özünü bədii ədəbiyyatda da əks etdirib. Hələ 1917-ci ildə böyük mübariz, milli ziyalı Yusif Vəzir Çəmənzəminlinin mətbuatda dərc etdirdiyi “Zəruri məsələlər” adlı məqaləsində: “Hər bir millətin özünəməxsus bir milli nəğməsi var. ...Bizə milli şərqi lazımdır”, - deyə səsləndirdiyi çağırışından sonra böyük bəstəkar və ziyalı Üzeyir bəy Hacıbəylinin bu sahədəki ilk cəhdi ilə baş tutan himn nümunəsindən sonra milli ədəbiyyatımızda himn və marş janrlarına olan maraq artmağa başlamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranışından doğan vətəndaşlıq duyğuları bütün coşqusu ilə o dövrün bir çox sənətkarlarının yaradıcılığında, o cümlədən böyük müstəqillik nəğməkarı Əhməd Cavadın yaradıcılığında təcəssümünü tapmışdır. Əhməd Cavad bütün vətəndaşlıq məhəbbəti və coşqusu ilə müstəqil dövlətin bayrağının ucaldılmasından doğan ehtişamı nümayiş etdirmişdir. 1918-1920-ci illərdə milli demokratik təfəkkürün inkişafı nəticəsində dövlət müstəqilliyinin əldə olunmasından yaranan milli qürur, sevinc və fəxarət duyğuları milli Azərbaycan poeziyasının əsas leytmotivinə çevrilmişdir. Azərbaycan istiqlal ədəbiyyatının nəğməkarı, görkəmli şair Əhməd Cavadın yaradıcılığında milli vətəndaşlıq duyğuları əsas yeri tutmaqla ədəbiyyatımızda yeni milli poeziya məktəbi yaranmış, o cümlədən heraldik poeziyanın əsası qoyulmuşdur. Professor Yaşar Qarayev bu görkəmli şair haqda yazırdı: ““Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür. ...Üçrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur. ...Təkcə üçrəngli bayrağa altı nəğmə yazıb, “Dilimiz” şeirini qələmə alıb, əlifbaya poeziya həsr edib. …Gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini Əhməd Cavadın poeziyasından alıb”. “Millətimin tarixinə, Şan, Şöhrət əkməliyəm! Bu qarşıda, yad qalaya, Bir al bayraq dikməliyəm”, – deyən görkəmli şair Əhməd Cavadın yaradıcılığı dövlətçiliyə sədaqət və tərənnüm dolu nümunələri ilə fərqlənir. Əhməd Cavad öz yaradıcılığı ilə həm də milli ədəbiyyatımızda dövlətçilik atributlarını tərənnüm edən yaradıcı sənətkarların ağsaqqalı və başçısı haqqını qazanıb. Şairin “Nədən yarandın”, “Azərbaycan bayrağına”, “Al bayrağa”, “Elin bayrağı” şeirləri də bu ruhda yazılan, sənətkarın bir vətəndaş-şair olaraq dövlət müstəqilliyinə, xalqının, millətinin, vətəninin müstəqillik simvoluna bəslədiyi sonsuz məhəbbətinin, qürurverici hislərinin ifadəsidir.
Ədəbiyyatşünaslıqda ictimai-siyasi lirikanın janrı kimi bu mövzuda yazılmış əsərləri “himn” və “marş” adı altında ümumiləşdirirlər. “Hymnos” sözündən götürülməklə “tərifləmək, mədh etmək” mənalarını ifadə edən himn, görkəmli elm adamı akademik İsa Həbibbəylinin dediyi kimi, dövlətin qüdrəti və millətin birliyini ifadə edən, təntənəli üslubda yazılmış şeirə, yaxud mahnıya deyilir. Janr etibarilə himnlərin ən yaxşı tədqiqatçılarından olan professor Hüseyn Həşimlinin də yazdığı kimi: “Müasir mərhələdə himn xüsusi siyasi tutuma malikdir, gerb və bayraqla birlikdə hər bir dövlətin əsas atributlarındandır, ölkənin müstəqilliyinin, milli birliyinin yüksək ictimai-siyasi pafosla ifadə olunan poetik kredosudur”. Mənası “təntənəli yürüş” olan marş isə akademik isa Həbibbəyinin yazdığı kimi, təntənəli üslubda yazılan, ictimai həyatın ayrı-ayrı sahələrinə aid olan, həyəcan və səfərbərlik ifadə edən şeirə, yaxud mahnıya deyilir. Ənənələri hələ orta əsrlər ədəbiyyatımızda da olan bu janrlara maraq XX əsrin əvvəllərində dövlət müstəqilliyinin əldə olunmasından sonra daha da çoxalmış, çoxsaylı gözəl nümunələri yaradılmışdır. Bu baxımdan, bizim fikrimizcə, bayraq və gerb sənətini öyrənən heraldika elmi ilə müqayisədə dövlətçilik atributlarına, xüsusilə bayrağa və onun rəmzlərinə vəsflə yazılmış şeir nümunələrini “Heraldik poeziya” adlandırmaq olar.
Milli marş, dövlət himni və bayraq şeirlərilə məşhurlaşmış Əhməd Cavad yaradıcılığı gələn hər yeni nəsillər üçün milli istiqlal kitabı və vətəndaşlıq nümunəsidir. Əhməd Cavadla başlanan və inkişaf edərək əsaslandırılan bu poeziya məktəbi və ənənələri Cəfər Cabbarlı, Əliabbas Müznib, Səməd Vurğun və bir çox digər şairlərin yaradıcılığı ilə inkişaf edib. Sonrakı mücadilə və müstəqillik dövrünün istiqlalçı şairləri olan Məmməd Araz, Xəlil Rza, Bəxtiyar Vahabzadə, o cümlədən Ramiz Qusarçaylı və başqaları bu gözəl ənənələrin üzərində yenidən dövlət müstəqilliyinin əldə edilməsindən doğan hisləri üçrəngli bayrağımızın vəsfi ilə bədii təcəssümə çeviriblər. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 1990-cı illərin noyabrında Naxçıvanda həyata keçirdiyi dövlətçilik tədbirləri – Naxçıvanın ilk olraq rəsmən SSRİ-nin tərkibindən çıxması haqda qərarı, Naxçıvanın Muxtar Respublika olaraq milli mücadilə və dövlətçilik qərargahına çevrilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı olaraq qəbul edilməsi və başqa çoxsaylı tədbirlər ədəbiyyat adamlarının da qəlbində güclü bir ümid işığı yandırıb. Ədəbiyyatda Heydər Əliyev obrazı ilə birgə təlatümlü, inkişafda olan Zaman və söz yox, o dövrün qazanılan uğurlarından olan üçrəngli bayraq sevgisi özünə əsaslı yer tapıb. Naxçıvan ədəbi mühitində bu ənənəni yaşadanlar həm də öz töhfələrilə onu inkişaf etdirib, zənginləşdirmişlər. Elman Həbib, Asim Yadigar, Xanəli Kərimli, Fərəc Fərəcov, Rövşən Hüseynov, Elbəyi Maqsudov, Əbülfəz Ülvi, Zeyqəm Vüqar, Elxan Yurdoğlu, Qafar Qərib, Vəli Qaraxan, Kəmalə Nəsrin və b. kimi ədəbi mühitin nümayəndələri öz yaradıcılıqları ilə dövlət müstəqilliyinə məhəbbəti təzahür etdirən bayraq vəsfinə öz töhfələrini veriblər.
Naxçıvan ədəbi mühitində ağsaqqallıq yeri olan, şeirin tanınmış ustadlarından olan Elman Həbibin yaradıcılığında da dövlətçilik dəyərləri, vətənə məhəbbət və vətəndaşlıq duyğuları başlıca yerdə gəlib. Onun əsərləri arasında xüsusi yeri olan, bir vətəndaş kimi şairin vətəndaşlıq andını yüksək poetik ustalıq və təsirlə ifadə edən “And içirəm” adlı şeirində dövlət bayrağına da müraciət edən şair onu öz müqəddəslik yeri, əhəmiyyətinə görə and yeri olaraq təqdim edir:
Bundan sonra qalan ömrüm
Qurban olsun bu torpağa.
And içirəm
Bu Qurana!
Bu Qanuna!
Bu Bayrağa!
Naxçıvan ədəbi mühitinin qüvvətli simalarından olan Asim Yadigar da bu ənənəyə daha şövqlə qoşularaq Azərbaycan bayrağını vəsf və tərənnüm edən “Azərbaycan bayrağı”, “Azərbaycan bayrağına”, “Azərbaycan bayrağı” kimi şeirlərini ərsəyə gətirmişdir. Şair böyük ruh yüksəkliyi ilə Azərbaycan bayrağının Avropada dalğalanmasından doğan ruhi coşğunluğu ifadə edərək yazmışdır:
Avropa göylərində yelləndi bayrağımız,
O bayraq yox, xalqımın nəfəsidir, səsidir.
Qandalları sındıran, buxovları dağıdan,
Anam Azərbaycanın azadlıq nəğməsidir.
Şair bir vətəndaş qüruru ilə coşaraq milli romantik şeirimizin görkəmli simalarından olan baba Məhəmməd Hadinin də misrasını xatırlamaqla “millətimizin millətlər cərgəsində görünməsindən” doğan fəxarət və eşqi misralara tökür:
Mən adicə bayraqtək baxmıram bayrağıma
Onun şəfəqlərinə bütün cahan bürünür.
Bayraqlar cərgəsində adicə bayrağım yox,
Millətlər cərgəsində Azərbaycan görünür.
Şair birinci misrada ulu öndər Heydər Əliyevin kəlamına – “Azərbaycan bayrağı sadəcə bayraq deyil!”, dördünücü misrada şair Məhəmməd Hadinin misrasına qayıdır, bütöv bir ənənəni, istiqlal, müstəqillik mücadiləsini bir beyt tərkibində sanki ümumiləşdirir, istiqlal epoxasının tarixini təsvir edir. “Azərbaycan bayrağına” şeirində isə şair ustad Əhməd Cavad kimi müstəqillik rəmzitək bir qeyrət, hürriyyət, mücadilə əsintisi kimi dalğalanan Azərbaycan bayrağını vəsf və tərənnüm edərək onu öyür, onun qürurundan yaranan hisləri əks etdirir:
Seyr etməkdən doymuram
Göz oxşayan rəngini.
Özündə cəm etmisən
Rənglərin qəşəngini-
Azərbaycan bayrağı!
Şair Azərbaycan bayrağının rənglər simvolikasına “göylərin rənglər çələyi – göy qurşağı , - deyə məna verərək ona müraciətlə onun dikəldiyi hər bir qarış torpağa sonsuz vətəndaş məhəbbəti və sevgilərini ifadə edir:
Sən ey mavi göylərin
Üçrəngli göy qurşağı!
Sevib əzizləyirəm
Sən ucalan torpağı-
Azərbaycan bayrağı!
Göylər yaraşığısan,
Ucal, göylərə, ucal!
Yaşa min illər boyu,
Yaşa, tarixlə qocal-
Azərbaycan bayrağı!
Şair Asim Yadigar şeirlərində minlərin, milyonların eşqini, məhəbbətini, eyni zamanda mübarizə və şücaətini ümumiləşdirib təsvir edib. Bayrağın ucalığında bir millətin qeyrət, əzm nümunəsini təcəssüm etdirən şair onun qaldırılmasında hər bir vətəndaşın, fərdin mübarizə əzmi və şəhadət şücaətini də təsvir edib. Necə ki “Azərbaycan bayrağı” adlı başqa bir şeirində yazırdı:
Canım yolunda fəda, yolunda qurban olsun,
Sənə bir ox dəyincə ürəyim şan-şan olsun.
Sənə gəc baxan gözlər qoy tamam al-qan olsun,
Bəzə uca göyləri, üçrəngli göy qurşağı,
Azərbaycan bayrağı!
Əlbəttə, şeirdə türk-oğuz övladının bayrağına – qeyrət, əzm, şücaət, qəhrəmanlıq bükərək dikdiyi sancağına sinəsini çəpər etdiyini, yolunda qanını axıtdığını poetik ehtirasla ifadə edib. Çünki bayraq – milli kimlikdir, deməli, milli birliyin, ideya, fikir və əməl həmrəyliyinin nişanəsidir, qeyrət, qürur, mübarizə əzminin ifadəsi, qürur və fəxarət mənbəyi, “millətlər içində imza”dır. Bayraq – milli varlığımızın əyilməz vücududur, sinəmizi qabartdığımız, əllərimizi açdığımız, zəkamızı yaydığımız, iman bəslədiyimiz, Tanrı gördüyümüz göyümüz, səmamızdır, dünyamızdır.
Şairin Dünya azərbaycanlılarının I qurultayı münasibətilə yazdığı “Bir bayraq altında” şeirində bayraq milli birlik, həmrəylik, birləşdirici dəyər kimi yüksək pafosla təqdim edilir, öyülür. Şeirdə maraqlı bir xüsusiyyət həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik sözlərinin birləşdirici ideya kimi ümumiləşdirilməsidir. Şeirdə poetik ustalıqla səsləndirilən yüksək ideyalı, aforistik fikirlər də qurultaydaçıxış edən Ulu Öndər Heydər Əliyevin dilindən deyilir. Şeirdəki bu bənd də özünün ideyalılığı və birləşdirici məzmuna sahib olması etibarilə deyilənlərə gözəl bir nümunədir:
Bu Vətən Vətəniniz, bu torpaq torpağınız,
Bu yurd öz yurdunuzdur, bu el öz elinizdir.
Üçrəngli bayrağımız bizim birlik rəmzimiz,
Bizi qovuşduran dil öz şirin dilinizdir.
Beləliklə, bayraq dövlət atributları arasında ən çox əsər həsr olunan, öyülən bir müqəddəs rəmzdir. Necə, nə kimi təqdim olunmasından asılı olmayaraq bayraq həmişə milli qürur, məğrurluq mənbəyi kimi öyülmüş, şəninə ən gözəl sözlər deyilmişdir. Bayraq hər zaman milli birlik, həmrəylik nişanəsi, birləşdirici dəyər kimi çıxış etmiş, xalqı həmfikir olmağa dəvət etmişdir. Qürurverici müqəddəs bir nişanə kimi bayraq həm də yüksək bədii məharətlə vəsf və tərənnüm olunmuş, mənası, mahiyyəti, simvolik anlamları və s. oxucular üçün poetik şəkildə şərh və izah olunmuşdur. Bayrağımız həm də rənglər və işarələr ansamblı kimi göy, səma və yerlə, real dünya mənzərələri ilə müqayisələndirilmiş, təbiətin simvolik əksi kimi öyülmüşdür. Bayraq həm də azadlıq, səadət və xoşbəxtlik rəmzi kimi təqdim edilərək şanlı sözlərlə mədh edilmişdir. Bu baxımdan bayrağımız şeir-sənət nümunələrində ay-ulduzlu masmavi səma altında allı-güllü, yaşıl donlu bir azad, xoşbəxt və sədaət içində olan bir dünyanı işarələmişdir.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 005
Bölməyə aid digər xəbərlər

16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb