20:09 / 28-07-2026
İki uşağı qaçıranlar yeddi il həbs cəzasına məhkum ediliblər
20:06 / 28-07-2026
Almaniyalı deputat Merzin blokunu "Ukrayna partiyası" adlandırıb
20:02 / 28-07-2026
MKİ və "Mossad" Müctəba Xameneyini tapa bilmirlər
19:54 / 28-07-2026
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
19:48 / 28-07-2026
Rusiyanın KXDR-dəki yeni səfiri təyin edildi
19:46 / 28-07-2026
İkiqat qətldə günahlandırılaraq 17 il müddətinə azadlıqdan məhrum edilib
19:43 / 28-07-2026
Sanksiyalar Avropa İttifaqını Rusiyanın "Ka-32" yanğınsöndürmə helikopterlərindən məhrum edib
19:40 / 28-07-2026
Təqaüdçü qətl şübhəsi ilə həbs edilib
18:59 / 28-07-2026
Tramp ABŞ-ın hələ də Hörmüz boğazına nəzarəti saxladığını bildirdi
18:55 / 28-07-2026
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
18:52 / 28-07-2026
Ekspert Ukraynanın Afrika və Yaxın Şərqdə nəyə ehtiyacı olduğunu izah etdi
18:48 / 28-07-2026
Yeni doğulmuş uşağın qətlində şübhəli bilinən şəxs saxlanılıb
18:44 / 28-07-2026
Tramp Senator Qrem müharibəni sevirdi dedi
18:42 / 28-07-2026
Keçmiş "Zenit" məşqçisi İtaliya milli futbol komandasının baş məşqçisi təyin edildi
18:37 / 28-07-2026
Bağça müəllimi uşağa hücum etdi; cinayət işi açılıb
18:34 / 28-07-2026
Bir ekspert bildirib ki, Ukrayna kredit və silah almaq üçün ABŞ-ın maraqları naminə hərəkət edir
18:32 / 28-07-2026
Tikinti materialları anbarında böyük yanğın baş verib
18:30 / 28-07-2026
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
18:26 / 28-07-2026
Politoloq BMT demarşından sonra ABŞ-Fransa münasibətlərinin perspektivlərini qiymətləndirdi
18:20 / 28-07-2026
İran Ukrayna təxribatlarına cavab verəcək, ekspert Rojin bildirib
20:58 / 27-07-2026
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
20:54 / 27-07-2026
Paşinyan və Putin Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərdəki problemləri müzakirə etdilər
20:42 / 27-07-2026
Elbrusda ölən alpinistlər pişiklərini də yürüşə apardılar
20:38 / 27-07-2026
Tanımadığı bir şəxs uşağı oyun meydançasından aparmağa çalışıb
20:34 / 27-07-2026
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
17:53 / 27-07-2026
İtaliya Pirlonu milli komandanın baş məşqçisi təyin etməmək qərarına gəlib
17:49 / 27-07-2026
ABŞ 6G şəbəkələrinin inkişafını sürətləndirmək üçün qlobal tərəfdaşlığa başlayacaq
17:47 / 27-07-2026
Taylandda mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə şübhəli bilinən Rusiya vətəndaşı həbs edilib
17:41 / 27-07-2026
İranlı dənizçinin ölümündən sonra Tehran Kiyevə sərt cavab verə bilər
17:34 / 27-07-2026
Hindistan Xarici İşlər Nazirliyi Ukrayna səfirini çağırdı
17:28 / 27-07-2026
Bir neçə AB ölkəsi Ukraynanın Avropaya inteqrasiyasını Serbiyanın üzvlüyü ilə əlaqələndirə bilər
17:26 / 27-07-2026
Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına daxil olan raketlər açıqlanıb
17:21 / 27-07-2026
Amerika qəzeti Epşteynin milyonlarının varisini açıqlayıb
17:18 / 27-07-2026
NLO gördülər
17:15 / 27-07-2026
Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Ukraynadakı vəziyyətlə bağlı Qərb təbliğatını təkzib etdi
17:11 / 27-07-2026
Keçmiş Britaniya zabiti Ukraynanın hərbi rəhbərliyindəki kadr dəyişikliklərini qiymətləndirdi
17:05 / 27-07-2026
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
16:23 / 27-07-2026
Dnepr çayında çimərkən itkin düşən yeniyetmənin cəsədi tapılıb
ƏBƏDİYAŞAR CAVİD ƏFƏNDİ-Ramiz QASIMOV
Tarix: 24-10-2020 20:59 | Bölmə: Mədəniyyət
...Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. ...Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lider
Azərbaycan xalqının və Naxçıvan ədəbi mühitinin dünya ictimai fikir və mədəniyyət tarixinə bəxş etdiyi çoxsaylı görkəmli şəxsiyyətlər arasında böyük romantik şair, dramaturq Hüseyn Cavidin adı xüsusi yer tutur. Onun çoxcəhətli yaradıcılığı humanist ideallarla zənginliyi baxımından diqqəti cəlb edir. Bəşəri dəyərlərə verdiyi əhəmiyyətə, ali ideallara dönmədən göstərdiyi sədaqətə və xidmətə görə bu görkəmli Azərbaycan şairi və dramaturqunun yaradıcılığı ədəbiyyat tarixində ön sıralardan birini tutmaqdadır.
Hüseyn Cavid Rasizadə 1882-ci ildə oktyabrın 24-də Naxçıvan şəhərində anadan olub. Onun atası, dövrünün tanınmış rövzəxanı olan Molla Abdulla əslən “sahib-mənsəb ziyalılar yurdu” kimi tanınan Şahtaxtı kəndindən idi. Valideynləri Cavidin ruhani olmasını istəyir, gözəl səsi olan bu balacanın şöhrətli rövzəxan olmasına inanırdılar. Buna görə də Cavid digər sənətkarlarımızın yaşadığı taleyə bənzər olaraq ilk təhsilini mollaxanadan başlayıb. Amma Cavid bu dövrdə öz müəllimlik şöhrətilə tanınan görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin “Tərbiyə” məktəbində təhsil almaq həvəsində idi. Elə bu həvəsin və inadkarlığın nəticəsi idi ki, anasının ona bəhanə etdiyi təzə köynəyi almaqdan imtina etmiş, həyətlərindəki tut ağacında axşamlayaraq öz etirazını ifadə etmişdi. Sonralar görkəmli pedaqoqun mahir natiqlik qabiliyyətinin təsiri ilə ata Molla Abdulla öz fikrindən daşınaraq Cavidin “Tərbiyə” məktəbində təhsil almasına razılıq vermişdi. Bu səbəbdən irəli gəlirdi ki, böyük ədəbiyyat nəhəngi olan Hüseyn Cavid atası Molla Abdullanı “başı əmmaməli ziyalı” adlandırırdı. Görkəmli pedaqoq M.T.Sidqinin məktəbindən çıxan çoxsaylı şəxsiyyətlərdən biri olaraq Azərbaycan ədəbiyyatında öz geniş şöhrətilə böyük zirvələrdən birini tutmuş Hüseyn Cavid çox sonralar öz müəllimini “böyük ustadımız və cəlallı atamız” - deyə xatırlayırdı. Cavidin sonralar İranda “Talibiyyə” məktəbi, xüsusilə Türkiyədə İstanbul Universitetində aldığı təhsil onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdı.
Azərbaycan ədəbiyyatında romantizm cərəyanının qüdrətli nümayəndələrindən biri və bayraqdarı kimi şöhrət qazanan Hüseyn Cavid çoxcəhətli və zəngin yaradıcılığa malikdir. Yaradıcılığına lirik şeirlə başlayan və “Gülçin”, “Salik” imzaları ilə şeirlər yazan Cavid ədəbiyyat tarixində gözəl şair olaraq tanınır. Onun həmçinin böyük istedadla yazılmış zəngin dram əsərləri Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil edir. Böyük dramaturq kimi şöhrətlənən Hüseyn Cavid “Ana”, “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam”, “Səyavuş” və başqa dram əsərləri, “Azər” poeması ilə böyük humanist ideallar şairi olaraq özünü təsdiq etmişdir. Hər bir əsərində böyük humanist ideyalarla çıxış edən görkəmli dramaturq bütün bəşəriyyətin xilası və nicatını məhəbbətdə, sülh və barışda görürdü. “Məhəbbətdir ən böyük din” fikri Hüseyn Cavidin yaradıcılıq şüarı və sənət proqramı idi. “Din bir olsaydı yer üzündə əgər, Daha məsud olurdu cinsi-bəşər” misrası ilə bu görkəmli Azərbaycan şairi bütün cəmiyyətlərin, ümumən bəşəriyyətin xoşbəxt və firavan yaşayışı üçün hər çür ayrıseçkiliyi ləğv edən böyük humanist ideya irəli sürürdü. “Həzz etmədim firqədən, cəmiyyətdən, Zevq alamam hərbdən, siyasətdən. Bir şey duymam fəlsəfədən, hikmətdən”, - deyə hər cür təfriqəyə, qarşıdurmaya, müharibəyə son qoymağa çağıran böyük humanist şair “Bənim Tanrım gözəllikdir, sevgidir” idealını irəli sürərək sevgini ictimai yaşayış tərzi və əxlaqı kimi bütün bəşəriyyətin, insanlığın xilası, nicatı olaraq müəyyənləşdirirdi. Buna görə də bu böyük söz ustadının hər sətri və misrası başdan-başa humanizm və məhəbbət ideyasından yoğrulmuşdu.
Özünü mənsub olduğu xalqının maariflənməsi, inkişafı və azadlığı üçün həsr edən Hüseyn Cavid həm də böyük maarifçi idi. Publisist əsər və məqalələrində, eləcə də bədii əsərlərində şair maarif, tərbiyə tərəfdarı kimi çıxış edirdi. “Türkə qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” fikri böyük şairin maarifçilik şüarlarının əyani ifadəsidir. O, mənsub olduğu xalqının gələcəyini oxumaqda, məktəbdə, tərbiyədə görür, özü də həm şair, həm də görkəmli pedaqoq, müəllim kimi bu ideallara yorulmadan xidmət göstərirdi. Böyük pedaqoq-şair H.Cavid: “O kəs kim elmdən məhrum, cəhlilə “fanatik”dir, Demə insan o nadanə ki, bir heyvani-natiqdir”, - deyə elmi, mərifəti insanlığın meyarı hesab edərək xalqını, millətini maarifə, elmə səsləyirdi. H.Cavid həmçinin “diqqət nəzəri ilə baxanda əcnəbilər “balon vasitəsilə neçə günlük məsafəni bir saat ərzində, elmi-sənaət təhsili qüvvəsilə teyy etməyə qadir olurlar” deyərək müsəlmanların cəhl, fanatizm, gerilik içərisində qalmağını ürək ağrısı ilə ifadə edəndə “Əcnəbilər seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz” deyən böyük satirik şair M.Ə.Sabir və başqa görkəmli ziyalılarla fikir birliyi nümayiş etdirirdi. Millətpərvər şair H.Cavid milli dil məsələsində də dövrün görkəmli ziyalılarının fikir və mübarizələrinə qoşulurdu. “Əbnayi-vətən üçün lazımdır ki, əvvəlcə vətən dili olan türk dilini ...öyrənmək”, - deyə millətpərvər şair ana dilini öyrənməyi zəruri hesab edir və onun mücadiləsinə qoşulurdu. Təsadüfi deyildi ki, ana dilinə bu qədər məhəbbətlə bağlanan və Azərbaycan dili xüsusi ağırlıq təşkil edən böyük hünərvər şairin bədii yaradıcılıq dili ortaq türkcənin ən ideal nümunəsi hesab edilirdi.
Hüseyn Cavid sovet dövründə də yazıb-yaradan şairlərdən idi. O, quru, boş, hay-küylü sosializm şüar və yaradıcılıq pafosundan kənar, özünəməxsus, inandığı ideal və ideyalar işığında ədəbi fəaliyyət göstərirdi. Onun “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam”, “Səyavuş” pyesləri, “Azər” poeması məhz bu dövrün məhsulu olsa da, bu əsərlərdə sosializm şüarlarından fərqli olaraq ictimai həqiqət olan sülhə, humanizmə, ədalətə inam və çağırışlar yer tuturdu. Dövrünün yalançı ideoloji kampaniyasına uymayan Cavid öz sənət idealına sədaqət göstərərək ədəbiyyat tarixində “söz və fikir zadəganı” olaraq qaldı. Repressiyanın növbəti qurbanlarından biri olsa da, Hüseyn Cavid öz yaradıcılıq idealı ilə ədəbiyyat və əbədiyyət üfiqlərində bir Günəş olaraq parladı. Onun əsərləri bu gün üçün də öz müasirliyini qorumaqda, əhəmiyyətini saxlamaqdadır.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinə qədər unudulan Hüseyn Cavidin əsl bəraətini də məhz ədəbiyyatımızın böyük hamisi ulu öndər Heydər Əliyev vermişdir. Məhz bu böyük şəxsiyyətin xalqına bağlılığı və sənətə sonsuz sevgisi işığında bəraət alaraq xalqının milli sərvəti kimi təqdim və təbliğ edilən Hüseyn Cavid ardıcıl dövlət qayğısı ilə əhatə olundu. 24 oktyabrın Cavid Poeziya Günü olaraq qeyd edilməsi də bu böyük sənətkara olan ehtiramın bariz ifadəsi idi. Ulu öndərimizin böyük qayğıkeşliklə həyata keçirdiyi misilsiz xidmətlər içərisində Azərbaycan xalqının dahi övladı, böyük şair-dramaturq Hüseyn Cavidin əsl bəraət hüququ alması, nəşinin uzaq Sibirdən doğma vətəni Naxçıvana gətirilməsi, ev-muzeyinin yaradılması, türbəsinin ucaldılması, əsərlərinin çoxsaylı tirajlarla çapı və təkrar-təkrar nəşr edilməsi, təbliği və sair xüsusi əhəmiyyətlə qeyd edilməlidir. 37-ci illərin repressiya qurbanı olmuş Hüseyn Cavidə göstərilən bu qayğı vətənpərvər bir övladın böyük fədakarlıqla xalqına və millətinə göstərdiyi əvəzsiz bir xidmət nümunəsi idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Hüseyn Cavidin məqbərəsinin açılış mərasimində çıxış edən zaman dediyi kimi: “...Heydər Əliyev cənablarının Azərbaycana rəhbərlik etdiyi dövrdə - 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyini keçirmək haqqında qəbul etdiyi qərar və ədibin cənazəsinin Sibirdən Azərbaycana gətirilməsi, sözün həqiqi mənasında, əsl siyasi bəraətin ifadəsinə çevrildi”. Görkəmli ədibin dövlət səviyyəsində yubileylərinin qeyd olunması, müxtəlif elmi, ədəbi-bədii tədbirlərin keçirilməsi, Bakı və Naxçıvan şəhərlərində ustad sənətkarın abidələrinin ucaldılması, xatirə muzeylərinin yaradılması, vaxtilə ədibin yaşadığı binaya xatirə lövhəsinin vurulması, yubiley medalının hazırlanması, pyeslərinin respublika teatrlarının repertuarlarına yenidən daxil edilməsi, Naxçıvanda “Cavid Poeziya Teatrı”nın yaradılması, mütəfəkkir söz ustadının əsərlərinin dörd cilddə nəşri, onun haqqında monoqrafiyaların, xatirə məcmuələrinin nəşri, həyat və yaradıcılığını əks etdirən salnamənin hazırlanaraq ədəbi ictimaiyyətə çatdırılması, seçilmiş əsərlərinin, sənət yolunu əks etdirən tanıtma kitabçasının başqa dillərə tərcümə olunaraq çap edilməsi və digər tədbirlər böyük şair-dramaturq Hüseyn Cavid şəxsiyyəti və sənətinə göstərilən yüksək dövlət qayğısı və ehtiramının ifadəsidir.
Ümumiyyətlə, Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünyada tanıtdırılması istiqamətində həyata keçirilən çoxşaxəli və möhtəşəm tədbirlər bu gün də uğurla davam etdirilməkdədir. Ölkəmizə uğurla rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə dahi şairin yubileylərinin qeyd edilməsi də bu böyük mütəfəkkir şairə dövlət qayğısının diqqət mərkəzində olduğunun bariz göstəricisidir. Böyük şairin əsərlərinin dəfələrlə nəfis tərtibatda çap olunması, əsərlərinin teatr repertuarlarında oynanılması, yaradıcılığının latın qrafikalı əlifba əsasında nəşr edilərək bütün ölkə kitabxanalarına hədiyyə edilməsi və digər işlər dahi şairə göstərilən dövlət qayğısının bariz təcəssümü kimi də razılıq doğurur. Dahi şairin vətəni Naxçıvan Muxtar Respublikasında da Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, ədəbi irsinin tədqiq və təbliği məsələləri diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında həyata keçirilən çoxsaylı tədbirlər Hüseyn Cavid sənəti və şəxsiyyətinə yüksək səviyyədə və hərtərəfli münasibətin davamı kimi razılıq doğurur. Mütəffəkkir şair, görkəmli dramaturq Hüseyn Cavidin əsərləri, xüsusilə yaradıcılığının son dövrünə aid olan ölməz “Azər” poeması gələcək nəsillərin mənəvi-vətənpərvərlik tərbiyəsində rolu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Oxunması zəruri olan kitablar” siyahısına da daxil edilmişdir.
Beləliklə, böyük Azərbaycan dramaturqu, humanist ideallar şairi Hüseyn Cavid irsi həmişəyaşardır, ölməzdir və aktualdır. Onun hər bir əsəri bu günümüz üçün müasirdir və əhəmiyyətlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Onun hər bir əsərində bir dünya var”.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 767
Bölməyə aid digər xəbərlər
Tarix: 24-10-2020 20:59 | Bölmə: Mədəniyyət
...Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. ...Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır.Heydər ƏLİYEV,

Dünən, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
7-06-2026, 09:08
Aktrisa ilk evliliyində xəyanətkar həyat yoldaşı olduğunu bildirib
4-06-2026, 15:20
Kobzonun ailəsi artistin mirasını satmağa başlayıb
3-06-2026, 16:38
Ani Lorakın Uzaq Şərqdəki konsertləri baş tutmayacaq
29-05-2026, 12:49
Aktyor Vyetnamda xəstəxanaya yerləşdirilib
28-05-2026, 17:14
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
27-05-2026, 19:37
Avropa İttifaqı Şurasına qarşı yeni iddia qaldırdı
27-05-2026, 18:18
“Bir dəfə xəstələndim, məni əvəz edən olmadı”
20-05-2026, 20:14
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
18-05-2026, 19:21
Moldovada Eurovisionda rumıniyalı sənətçinin səsləndirilməsi ilə bağlı qalmaqal yaranıb
18-05-2026, 18:41
Nərgiz Paşayevanın qızı Kannda - Fotolar
14-05-2026, 17:20
Komediyaçı Mixail Şats İsrailə köçməsini vətənə qayıtmaq hesab edib
13-05-2026, 15:12
Angelina Jolie ABŞ-dakı malikanəsini satır
5-05-2026, 21:27
Yaponiyada keçiriləcək 21-ci Rus Mədəniyyəti Festivalının proqramı haqqında danışıb
3-05-2026, 18:44
Gənc alim Ruslan Tağıyevin musiqi mədəniyyətinə böyük töhfəsi: “Bayatı-Şiraz dəstgahı" kitabı ictimayyətə təqdim olundu-FOTOLAR+VİDEO
22-04-2026, 20:17
Avstraliya kinoteatrları qanunsuz olaraq Rusiya filmləri nümayiş etdirir
22-04-2026, 19:50
Paralimpiya çempionu haqqında sənədli film çəkilişinin planlaşdırıldığını bildirib
22-04-2026, 16:07
Alena Əliyeva konsertdə - Fotolar
21-04-2026, 22:54
Madonna ABŞ-da keçirilən festivalda geyindiyi əşyaları itirdi
20-04-2026, 18:32
Reper qiyabi olaraq 7 milyon rubl cərimələnib
20-04-2026, 18:29
"Ulduz gəmisi əsgərləri" filmindəki rolu ilə tanınan Patrik Muldun 57 yaşında vəfat edib
19-04-2026, 18:44
Komediya Teatrından işdən çıxarılmasına aydınlıq gətirdi
16-04-2026, 18:59
Raymonds Pauls əməliyyatdan sonra xəstəxanadan buraxıldı
15-04-2026, 19:25
Reper Morgenstern Litvaya giriş qadağasını ləğv edən məhkəmə qərarını uğurla əldə edib