00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
Heydər Əliyev siyasəti və Azərbaycanın mədəni əlaqələri
Tarix: 18-09-2020 22:05 | Bölmə: Mədəniyyət
AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
baki-baku.az
Baxış sayı: 696
Bölməyə aid digər xəbərlər
Tarix: 18-09-2020 22:05 | Bölmə: Mədəniyyət
Əslən Dağıstan xalqlarından olan adamlar bu gün Azərbaycanda tam hüquqlu vətəndaşlar kimi yaşayırlar, həmçinin Dağıstanda da azərbaycanlılar yaşayırlar. Təbiidir ki, Azərbaycan millətinə xas olan mehriban və isti münasibət, qayğıkeşlik, eləcə də qonaqpərvərlik kimi ülvi münasibətlər milli mentalitetimizin özəyidir, belə ki, hər bir azərbaycanlı düşünmədən deyə bilər ki, digər ölkələrdə yaşayanlar da bizim qardaşlarımız və dostlarımızdır. Müxtəlif mədəniyyət işçiləri, ictimai xadimlər və eləcə də görkəmli elm xadimi Əziz Əliyev Dağıstan və Azərbaycan xalqları arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi işində çox böyük işlər görmüş və öz töhvələrini vermişlər. Artıq Azərbaycan müstəqil bir dövlətdir. Lakin, müstəqilliyə qədərki dövrdə belə, Azərbaycan qonşu dövlətlərə sıx dostluq münasibətində yaşamışdır. İndi ayrı bir Respublika olan Dağıstanla münasibətlərimiz – Rusiya ilə dostluq münasibətləri deməkdir. Biz, Rusiya, rus xalqı ilə həmişə dostluq və mehriban münasibətlər şəraitində yaşamışıq. Indi də bu münasibətlər davam edir. Dağıstan özünün coğrafi mövqeyi, Azərbaycana xüsusi yaxınlığı baxımından Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində xüsusi rol oynayır. [Ə.Əliyev.Biblioqrafiya 15 ]. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır. 1997 – ci ildə,görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli Yubiley gecəsində ulu Öndərimiz Heydər Əliyev belə söyləmişdir : “Mən çıxışımın əvvəlində dedim və bir daha demək istəyirəm ki, bugünkü gün Dağıstan və Azərbaycan xalqları arasında dostluğun parlaq bir səhifəsidir. Xalqlarımız həmişə dostluq etmişlər və indi biz bu dostluğu, münasibətlərimizi möhkəmləndiririk. Ötən ilin noyabrında biz Qafqazın böyük oğlu, bütün Qafqaz xalqlarının görkəmli qəhrəmanı Şeyx Şamilin 200 illiyini birlikdə qeyd etdik. Xalq məclisinin sədri Muxu Əliyev başda olmaqla Dağıstandan Bakiya böyük bir nümayındə heyəti gəlmişdi. Bizim nümayəndə heyəti Mahaçqalaya getmişdi. Biz bir yerdə olduq və Şeyx Şamil bizim ümumi qəhrəmanımızdır. Təsadüfi deyil ki, həmin gecədə Şeyx Şamilin indi Şəki rayonunda yaşayan nəticəsi Məriyət Əsgərova da çıxış etdi. Biz həmişə bir – birimizin yanında olmuşuq və azərbaycanlılarla dağıstanlıları bir – birindən heç vaxt ayırmamışıq”. [Bakı,16 may 1997 il.Azərbaycan Prezidenti H.Əliyevin nitqi].
...Üzərindən çox illər keçməsinə baxmayaraq, Azərbaycanda ulu öndərimizin müdrik iş prinsipini onun davamçısı, Azərbaycanın Prezidenti cənab İlham Əliyev davam etdirir. Belə ki, 12 – 13 may 2016 il tarixində Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizdə Dağıstan Mədəniyyət günləri keçiridi. Tədbirin məqsədi Azərbaycan ilə Rusiya, o cümlədən Dağıstan arasında mədəni əməkdaşlığı inkişaf etdirmək və dağıstanlıların zəngin mədəniyyəti ilə tanışlığı genişləndirmək idi. 2016-il may ayının 12-də Heydər Əliyev Sarayında Dağıstan Mədəniyyət günlərinin rəsmi açılış mərasimi keçirildi. Sarayın foyesində Dağıstan xalqlarının dekorativ – tətbiqi sənətinə həsr olunan sərgi nümayiş etdirilmişdi. Ekspozisiyaya milli geyimlər, silahlar,zərgərlik məmulatları, xalçalar və s. daxil edilmişdi. Ziyarətçilər sərgiyə böyük maraq göstərirdilər. Tədbirin rəsmi hissəsində çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, Azərbaycanda Dağıstan Mədəniyyəti günlərinin keçiriıməsi ölkəmizin həyatında mühüm mədəni hadisədir. İki Qafqaz xalqını əsrlər boyu dostluq, ortaq din,adət-ənənələr bir-birinə bağlayıb. Milli Məclisin sədri Dagıstanın Azərbaycan ilə Rusiya arasında dostluğun möhkəmlənməsində mühüm körpü rolu oynadığını vurğulamışdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Dağıstana böyuk sevgi ilə yanaşmışdır. Dağıstan da ona eyni münasibət göstərirdi. Təsadüfi deyildir ki, Dərbəndin mərkəzi küçələrindən biri ulu öndər Heydər Əliyevin adını daşıyır. Vaxtilə Dağıstana rəhbərlik edən görkəmli siyasi xadim Əziz Əliyevə Mahaçqalada abidə ucaldılması hər iki xalqın həyatında mühüm hadisə oldu.
2016 – ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırladan Oqtay Əsədov deyirdi: “Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Avarlar,ləzgilər və digər xalqların nümayəndələrini Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri bağlayır. Azərbaycanlılar Dağıstanın mədəniyyətinə böyük sevgi ilə yanaşırlar, həmçinin dagıstanlılar da bizim mədəni irsimizə yüksək maraq göstərirlər. Qeyd edim ki, Prezident İlham Əliyev görkəmli bəstəkar, SSRİ Xalq artisti Murad Kajlayevi Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhvəyə görə “ Dostluq” ordeni ilə təltif edib”.[baku – art.az ]...
Azərbaycan incəsənəti və mədəni əlaqələrindən danışarkən, ilk növbədə Azərbaycanın milli sərvəti olan Muğamdan, şifahi ənənəli professional musiqisindən söhbət açılmalıdır.
Bu gün, Azərbaycan musiqisi, xüsusilə də,Azərbaycan muğamı bütün dünyaya səs salmışdır. Bu gün fəxrlə deyə bilərik ki, muğamımız dünyanı gəzir. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan "Stalker" filmində də səslənmişdir. Bundan savayı, məşhur muğam ustadı, xanəndə Alim Qasımovun di- jey Devid Vendetta ilə birgə proyekti çox uğurlu olmuşdur.
2008 – ci ildə, UNESCO Azərbaycan Muğamını "Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri" siyahısına daxil etdi və bununla da Muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etdi.
2009-cu ilin martında Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirilib. Festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən (Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə, İtaliya, Almaniya) dəvət olunmuş xarici qonaqlar iştirak ediblər.
2011-ci ilin martında Bakıda “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı keçirilib. Dünyanın müxtəlif ölkələrindən (ABŞ, Türkiyə, Çin, İran, Özbəkistan, İraq, İordaniya) tanınmış musiqiçi və tədqiqatçıların iştirak etdiyi Festival çərçivəsində də elmi simpozium təşkil olunmuş, Muğam opera tamaşaları, Muğam əsasında yaradılmış simfonik əsərlərdən, klassik Azərbaycan Muğamlarından, etno-caz musiqisindən ibarət konsertlər keçirilmişdir.
2013-cü il martın 9-dan 19-dək Bakıda “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçirilmişdir.
Festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilib, beynəlxalq Muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunmuşdur.
Festivalda Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, İngiltərə, Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis və Misirdən dünya şöhrətli musiqiçilər və qruplar iştirak etmişlər.
Heydər Əliyev Fondu Azərbaycan muğamına həsr olunmuş “Muğam ensiklopediyası” nəşrini hazırladı. 2008-ci il sentyabrın 17-də “Gülüstan” sarayında layihənin təqdimatı keçirildi. Mərasimdə Azərbaycanın birinci xanımı və vitse – Prezidenti, Fondun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.
Milli mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilmiş Azərbaycan Muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur.
2005-ci ildə Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli Muğam ustaları ilə birlikdə dəyirmi masa keçirildi və Bakı şəhərində Bəynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alındı. 2005-ci il avqustun 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Beynəlxalq Muğam Mərkəzinin açılışını etmişlər.
Qədim muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması hər bir incəsənət adamının mənəvi borcudur.
Bildiyimiz kimi, təkcə Azərbaycanın, Qafqazın deyil, ümumiyyətlə, dünya mədəniyyətinin öyrənilməsi, tədqiq və təbliğində alimlərimiz, elm və ictimai xadimlərimiz, incəsənət xadimlərimiz az iılər görməmişlər.Lakin, mədəni əlaqələri təkcə əks etdirmək deyil, həm də onu analiz etmək lazımdır. Etnik xalqların mədəniyyətlərini qoruyub saxlamaq müasir qloballaşma dövründə, adət-ənənələrin az qala unudulduğu bir zamanda çox vacibdir. Bu regionun xalqlarının tarixi, məşğuliyyəti, mədəniyyəti, adət-ənənələri, mövcud durumları haqqında ətraflı məlumatlar əldə edərək müxtəlif informasiya vasitələrində işıqlandırmaq bu günün prioritet məsələsidir. Bəllidir ki, hər bir xalqın mədəniyyəti, dili, adət və ənənələri onun mühüm özünütəsdiq elementidir. Bu sahədə aparılan tədqiqatlar, Qafqazın azsaylı xalqlarinin mədəniyyət sahəsindəki araşdırmalar onu göstərir ki, sadə insanların öz milli adət-ənənələrini, dillərini qorumağa münasibətləri, maraqları multikultural dəyərlərə söykənmişdir. Bildiyimiz kimi, Qafqazda vəziyyət həm siyasi,həm iqtisadi baxımdan olduqca mürəkkəbdir. Bu isə, əlbəttə ki, mədəni vəziyyətə də təsirsiz ötüşmür.Onu da qeyd etmək lazımdır ki, məhz mədəni tematika müasir ünsiyyət vasitəsidir. Çünki, bütün bunlar əlaqəlidir. Azərbaycanda da isə inkişaf durmadan irəliləyir. Yuxarıda verilən mənbələrı nəzərdən keçirdikcə, Azərbaycan mədəniyyətinin nə qədər vüsət tapdığını vurğulamamaq mümkünsüzdür.
Birmənalı şəkildə qeyd etməliyik ki, Azərbaycan mədəniyyəti yaxın qonşu ölkələrin mədəniyyətinə güclü təsir etmişdir. Azərbaycan əsrlər boyu öz musiqisini,öz adət ənənəsini, öz mərasim musiqisini, folklorunu, şifahi-xalq yaradıcılığını, professional musiqisini,və s. qoruyub saxlamış, onu inkişaf etdirmişdir. Azərbaycan xalqı heç bir zaman basqa xalqların mədəniyyətinə, incəsənətinə göz tikməmiş,onu mənimsəməməişdir. Əksinə, bəzi qonşu Qafqaz xalqları Azərbaycan musiqisini, incəsənətini, mədəniyyətini, hətta adət - ənənələrini özününküləşdirərək, dünya arenasına çıxarmışdır. Buna misal olaraq, bəzi bildiyimiz və gördüyümüz faktları bölüşmək istərdik....
...1980-1990 -cı illər ərəfəsində erməni rəqs ansamblı ABŞ –ya qastrol səfərində olduğu müddətlərdə bütün səfər boyu ancaq Azərbaycan musiqilərini ifa edib, erməni rəqsi kimi elan edirdilər. Məsələn, “Qoçəli” rəqsi Azərbaycanın xalq rəqsidir və bu rəqsin bir açıqlaması vardır. Belə ki, Bakıda Qoç Əli adında məıhur bir qoçu varmış və rəvayətə görə, bu qoçu ermənilərə məhz növbəti (mart qırğınlarına) haqsızlıqlarına görə divan tutubmuş. Adindan göründüyü kimi Qoç və Əli ermənilərdə ola bilməz. Yəni, Əli adı ermənilərə yaddır. Çünki, müsəlman adıdır. Adını belə dəyişmədən, “Qoçəli” rəqsini erməni rəqsi kimi elan edirlər. “Приглашение на танец» (“Rəqsə dəvət” ) adlı sənədli film Az.TV kanalında yayımlandı və bir daha efirlərə çıxmadı. Məhz bu sənədli filmdə ermənilər ABŞ da qastrol səfərində Azərbaycan xalq rəqsləri olan “Köçəri”, “ Tərəkəmə”, “Uzundərə”, və s. kimi rəqsləri öz xalq rəqsləri adı altında nümayiş etdirdilər. Film 1989 -ilin istehsalıdır. ...Başqa bir mənbədə sözləri Fikrət Qocaya aid olan Azərbaycan bəstəkarı Ramiz Mirişlinin “Ay qəlbi kövrək” mahnısı erməni müğənnisi tərəfindən ifa edilib, tam erməni mahnısı adı ilə populyar olmuşdur. Azərbaycan klassik musiqisinin banisi Ü. Hacıbəylinin “Sənsiz” romansını isə erməni xalq artisti Ruben Matevosyan ifa etmişdir. Görkəmli sənətkarımız Rəşid Behbudovun ifasında təkrarolunmaz “Ləbu-ləb” Azərbaycan xalq mahnısı erməni dilində “Çem u çem” adı ilə hələ də oxunur. Müxtəlif yollarla Azərbaycan muğamı, Azərbaycan xalq musiqisi, professional Azərbaycan bəstəkarlarının mahnıları Ermənistana daşınmış və Azərbaycanın bu mükəmməl sərvətləri erməni musiqisi adı altında dünyaya yayılmaqda davam edir. Əgər bu siyahıya Bakı Filarmoniyasının solistləri; xalq artisti, kamançaçı Nefton Qriqoryan, əməkdar artist, kamançaçı Boris Keropyanı da daxil etsək,bu iki instrumentalist ifaçı Azərbaycan Muğam dəstgahlarının ifasına mükəmməl nail olmuş və yetişdirdikləri erməni tələbələrinin bu ənənəni davam etdirməyi tövsiyə etmişlər. 1972-ci ildə Bakı tarzəni Stanislav Xaçanyan, 1988-ci ildə Boka, Jora Kirovabadski kimi Bakıda yaşamış, lakin erməni əsilli müğənnilər özləri ilə xalq mahnılarımızdan və bəstəkar mahnılarından, mütəlif Azərbaycan musiqisinin əsərlərindən ibarət böyük bir baqaj apardılar. Bu gün onların özləri ilə apardığı musiqi mirasını erməni dilində geninə - boluna erməni musiqisi kimi öz adlarından təqdim edirlər. Bu siyahını uzatmaq olar.
Rus musiqişünası V.S.Vinoqradov özünün “Традиционная Иранская национальная музыка» adlı kitabında Azərbaycanda mövcud olan üç əsas muğam məktəbinin; Bakı, Şirvan, Qarabağ məktəblərinin ifa üslublarını və onlara məxsus üsulları şərh edir,dəstgahların tərkibini təqdim edir və İran dəstgahları ilə olan müştərəkliyi, eyniliyi nəzərə çatdırır. Rus musiqişünası öz yazısında deyir: «У армян мугамы никогда не существовали. Два мугама – «Шур» и «Раст» -они в средние века взаимствовали у Cеверных Азербайджанцев».
Bütün bunlar bir daha Azərbaycan musiqisinin digər Qafqaz xalqlarının musiqisində nə dərəcədə əhəmiyyərli olduğunu deməyə əsas verir.
Daha bir ortaq incəsənəti vurgulamaq niyyətindəyik. Çeçen və Azərbaycan mədəni münasibətləri əsas etibarilə rəqs incəsənəti üzərində qurlmuşdur.
Rəqslərimizin müştərəkliyi, böyuk ustadlarımızın yaxın dostluğu bu qarşılıqlı əlaqələrin daim tərəqqisinə və çiçəklənməsinə gətirib çıxarmışdır.
SSRİ xalq Artisti Dünya Rəqs sənətinin virtuozu Mahmud Esambayev üçün Azərbaycan ikinci vətəndir desək, yanılmarıq. Onun Bakıda keçirdiyi ustad dərsləri Çeçen Respublikasının (İndiki İşkeriya) “Vaynax” Dövlət Rəqs ansamblının Bakı qastrolları hər zaman böyük anşlaqla keçərək, gur tamaşaçı alqışları ilə qarşılanmışdır. C.Cabbarlı adına “Azərbaycankinofilm” studiyası Mahmud Esambayev haqqında “Mən rəqs edəcəyəm” adlı bədii film çəkmişdir.Burada Azərbaycan xalqının Çeçenistanın istedadlı oğluna məhəbbəti ön plana cəkilmişdir.
Bədii filmdə onun gerçək həyatından bəhs edilir. Belə ki, Böyük Vətən Müharibəsi illərində qastrol səfərlərinin birində, 16 yaşlı Mahmud cəbhə konsertində növbəti çıxışı zamanı qarşısında aviasiya bombası partlayır. Gənci ümidsiz halda Bakıya gətirirlər. Ağır cərrahiyyə əməliyyatından sonra Bakılı həkimlər onu həyata qaytarırlar...
Mahmud Əlisoltan oğlu Esambayev Bakıya tez–tez dostlarının evinə qonaq gələrdi. Sonuncu dəfə ölümündən az əvvəl Polad Bülbüloğlunun 50 illik Yubileyinə təşrif gətirmişdi...
Azərbaycan Respublikası bu gün də öz mədəni əlaqələrini yaxın qonşu xalq, yaxın dost ölkə olan Çeçenistanla mütamadi olaraq davam və inkişaf etdirir. Buna misal olaraq, 2012–ci il Noyabrin 15–də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çeçen Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”-in təsdiq edilməsi barədə Azərbaycan Respublikası PREZİDENTİNİN FƏRMANI - nı vurğulaya bilərik. (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Bakı şəhəri 19 dekabr.2012.№787)
Ədəbiyyat:
- [Ə.Əliyev.Biblioqrafiya 15 ]
- [Bakı,16 may 1997 il.Azərbaycan Prezidenti H.Əliyevin nitqi].
- [baku – art.az ].
- Az. TV « Приглашение на танец» 1989 il.(veriliş)
- H.Əliyev Fondu. Qəbələ Musiqi Festivalı.
- https://bit.ly./Medeniyyet TV
- V.S.Vinoqradov “Традиционная Иранская национальная музыка»
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Bakı şəhəri 19 dekabr.2012.№787. Prezident Fərmanı.
AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
baki-baku.az
Baxış sayı: 696
Bölməyə aid digər xəbərlər
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb













