00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
17:27 / 17-09-2026
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17:23 / 17-09-2026
Putin cümə günü "MS-21-310" təyyarə müqaviləsinin imzalanması mərasimində iştirak edəcək
17:19 / 17-09-2026
Çin Xarici İşlər Nazirliyi: Çin digər ölkələrlə ticarətinə müdaxiləyə dözmür
17:15 / 17-09-2026
Kosovoda AB Missiyası binası yandırıldı
17:11 / 17-09-2026
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17:08 / 17-09-2026
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17:06 / 17-09-2026
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
17:02 / 17-09-2026
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
16:57 / 17-09-2026
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir
16:53 / 17-09-2026
Paşinyan kədərli bir video paylaşdı
16:48 / 17-09-2026
Ayının giləmeyvə yığanları öldürməsi işini araşdırır
16:25 / 17-09-2026
Azərbaycanın dini və mədəni irsə münasibəti təqdir olunur-Könül Nurullayeva
23:44 / 16-09-2026
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
21:19 / 16-09-2026
Almaniya Rusiyadan gələn təyyarənin Rusiya diplomatlarını götürmək üçün gəldiyini təsdiqlədi
21:16 / 16-09-2026
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
21:10 / 16-09-2026
Görünən ayının "ördək" olduğu ortaya çıxdı
21:06 / 16-09-2026
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
21:03 / 16-09-2026
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
20:57 / 16-09-2026
Karlson Ukraynadakı münaqişənin tezliklə bitməsi üçün dua etdiyini bildirib
20:54 / 16-09-2026
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
20:48 / 16-09-2026
Bir kişi avtomobil paylaşma botu vasitəsilə 514.000 rubl dəyərində benzin oğurlamaqda təqsirli bilinib
20:31 / 16-09-2026
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
20:18 / 16-09-2026
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
20:04 / 16-09-2026
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
“1 ilə Azərbaycanda 50 film çəkilib, tarixdə belə şey olmayıb” - Video
Tarix: 18-09-2020 13:05 | Bölmə: Mədəniyyət
Kinoprodüser-rejissor, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyevin “Qafqazinfo”ya müsahibəsi:
- Milli Televiziya və Radio Şurasının qərarı ilə əcnəbi serialların yayımı bərpa edilib. Qərara münasibətiniz necədir?
- Bu qərar kino və televiziya sahəsində çalışan şəxslərin işinin artmasına səbəb ola bilər. Qərarda göstərilir ki, əcnəbi seriallar axşam saatlarında yayımlanacaq. 23:00-dan sonra onsuz da bizdə yerli seriallar nümayiş olunmur. Çox vaxt xarici filmlər verilirdi ki, dublyajında aktyorlar çalışırdı. Onlar səsləndirmədən pul qazanırdılar.
- Bu qərar müzakirə mövzusuna çevrildi. Yerli serial qəhrəmanları sosial mediada etirazlarını bildirdilər ki, sahə inkişaf edirdi, aktyorlar yeni pul qazanırdı, bu qərar mane olacaq.
- Seriallar bir neçə bölümlü olduğu üçün ora səsləndirməyə aktyor təsdiq olunacaq və davamlı dublyajla məşğul olacaq. Beləliklə, aktyorlar uzunmüddətli gəlir əldə edəcək. Məsələn, eyni aktyor başqa filmdə dəyişə bilər və dublyaj başqasına həvalə olunar. Ancaq serialda bir aktyor daimi olaraq sifarişçiyə çevriləcək. Bir qrup aktyor daimi iş yeri əldə edəcək. Düşünürəm ki, bu qərar Azərbaycan efir məkanına xələl gətirəcək, aktyorların işini əlindən alacaq bir addım deyil. Həmçinin televiziya şirkətlərinin öz dublyaj studiyalarının inkişafı üçün bir proqram var.
- Maraqlıdır, Azərbaycan serialları niyə məişət mövzusundan kənara çıxa bilmir? Həmidə Ömərova, Qurban İsmayılov kimi aktyorlar bitib-tükənməyən “Ata ocağı”nda yer alır və tamaşaçı belə aktyorlara belə ağız büzür. Bəzi seriallar çəkisi olan aktyorları belə gözdən salır.
- Bu, ölkədə olan psixoloji durumla bağlıdır. Təkcə hansısa audiovizal məhsula yanaşmadan asılı deyil. Son dövrlər bizim xarakteristikamızda narazılıq daha çox artıb. Mən onları müdafiə etmək üçün bunu demirəm. Hansısa aktyor səhv edə bilər. Serial kinodan fərqli bir istehsal sahəsidir. Seriallarda aktyorların müəyyən qədər ucuzluğa getməsi anlaşılandır. Sadəcə olaraq istehsalçı hər zaman tempi, damarı tutmalıdır ki, aktyor ucuzlaşmasın. Aktyor oynayan zaman “xaltura”ya can atmasın.
- Ölkədə bu qədər proses baş verir, amma filmlərin mövzusuna çevrilmir. Misal üçün, Vaqif Mustafayev 90-cı illərə aid bir çox prosesi lentə alıb. İndiki dövrdən çəkən yoxdur. Çəkinirlər, ya necə?
- Serial televiziya məhsulu olduğu üçün orada yaradıcı azadlıq sözü çox da istifadə olunmur. Niyə? Çünki televiziyanın özü efirə nəyin gedib-getmədiyini bilir və MTRŞ-nin müəyyən qaydaları var. Müəyyən qədər senzura var. Bəlkə də buna “kölgə senzurası”, “gözəgörünməz senzura” da deyə bilərik.
Film sahəsində isə bu, problemli bir məsələdir. Çünki filmin özünün ölkədən kənara çıxmaq məsələsi var. Kinoteatrlarda yayımlana, beynəlxalq festivallara çıxa bilər. Bu səbəbdən də Azərbaycan haqqında xarici festivallarda mənfi informasiyanın verilməsi müəyyən qədər uğurlu sayılmır. Buna görə də yaradıcı azadlıq məsələsi müəyyən qədər boğulur. Azərbaycan görüntü olaraq Avropanın bir çox ölkələrindən yaxşıdır. Əsasən də paytaxtımız... Bunların hamısı vizual olaraq gözəldir. Amma bu vizual gözəlliyin arxasında baş verən hadisələr var ki, onların kənara çıxması ölkə haqqında müsbət fikrin, imicin formalaşmasına mane ola bilər.

Rusiyanın son 10 ildə aparıcı rejissorlarından sayılan Andrey Zvyagintsevin bütün işləri həm xarici donorlar, həm də Rusiya Milli Kinematoqrafiya Fondu tərəfindən maliyyələşdirilir. Eyni zamanda Konçalovskinin filmlərinə Rusiya hökuməti dəstək olur. İnsan təəccüblənir ki, Rusiya haqqında belə bir neqativ filmi hökumət maliyyələşdirir? Maliyyələşdirən institutda oturan şəxslər demokratik ab-havada, öz kino zövqü olan insanlardır ki, problemdən xəbərdardırlar. Bilirlər ki, həmin filmin hansısa bir festivalda mükafat alması ölkənin imicinə xeyir gətirən bir amildir. Bu proses eynilə İranda da var. Əsgər Fərhadi bir film çəkir, “Oscar” alır, daha sonra yenə çəkir, yenə də mükafata sahib olur. Dünyanın heç yerində belə bir şey yoxdur. İki il dalbadal “xarici dildə ən yaxşı film” mükafatını qazanıb. Orada da İran dəyərlərini dağıdacaq müəyyən amillər var. Buna baxmayaraq, İran hökumətinin maliyyə dəstəyi ilə çəkilib.
Bizdə festivala gedən filmlərin əksəriyyəti dövlət tərəfindən maliyyələşməyib, sərbəstdirlər. Bu layihələri komissiyada oturan insanlara sübut etmək lazımdır ki, ölkədən kənara çıxacaq, maliyyələşdirin. Lakin elə layihələrimiz var ki, dövlət dəstəkləyib. Məsələn Venesiya Film festivalına dövlət tərəfindən maliyyələşdirilən “Nabat” filmi ikinci proqrama düşdü. Film ağır proseslərin nəticəsində ərsəyə gəlib. Həmçinin, bu yaxınlarda Amerika və Azərbaycanın müştərək filmi, Hilal Baydarovun rejissorluq etdiyi “Səpələnmiş ölümlər arasında” Venesiyanın əsas proqramına düşüb.
- Kino çəkmək üçün təhsil şərtdirmi?
- Azərbaycanda rəssamlığın özü inkişaf edib. Bu da Bakı rəssamlıq məktəbi ilə bağlıdır. Biz musiqili xalqıq, hər musiqini dinləyə bilirik. Misal üçün saytları hər səhər açırıq, hansısa bir mahnımızın oğurlanması barədə informasiyalar oxuyuruq. Deyən yoxdur ki, niyə filmimizi oğurlamırlar? Çünki bizim istehsal etdiyimiz əsas məhsul musiqidir. Ancaq kino spesifik məsələdir. Bu, sənaye sahəsidir. Bir filmin ərsəyə gəlməsi çətin məsələdir. Çünki orada olan 50 nəfər bir-birini başa düşməlidir. Rejissor işıqçı, operator, bəstəkardan asılıdır. Yəni onlardan nəsə tələb etməlidir.

Film çəkmək üçün savadlı olmaq lazımdır. Amma savad işin 30 faizinə aiddir. Təcrübə əsasdır. Söhbət orta və kütləvi film istehsalından gedir. Ancaq müəllif filmlərində məsələ sırf rejissorların üzərinə gəlir. Rejissorun demək istədiyi, baxış bucağı önəmlidir. Azərbaycanda da təhsil məsələsi bəlkə indi-indi düzəlməyə başlayar. Müstəqillik əldə etdikdən sonra AMİU-da təhsil alanlar universiteti bitirdikdən sonra ixtisası öyrənir. 2000-ci illərdən bəri təhsil alanlar özü-özünü inkişaf etdirir, ora tələbəyə nəyisə öyrətmir.
Düşünürəm ki, dünyada texnikanın ucuzlaşması və kiçik texnika ilə yaxşı filmlərin çəkilməsi artıb. Və bu artım Azərbaycanda cavan uşaqlara təsir edəcək. Fikir vermişəm ki, Azərbaycanda istehsal olan filmlərin sayı artıb. Amma kəmiyyət artıb, keyfiyyət yox. Məsələn, bu il 11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Ora yetərincə filmlər göndərilib. Demək olar ki, çoxu aşağı səviyyədədir. Bu da onların savadsızlığından irəli gəlir. Sadəcə olaraq əlinə texnika keçib, məhəllə uşaqları ilə nələrsə çəkib film adı qoyublar. Halbuki öyrənmək üçün internet yaxşı imkanlar verir.
- Bir az da filmlərdə, seriallarda prodüserlik anlayışından danışaq. Film prodüseri bizdə ancaq sponsor kimi başa düşülür.
- Azərbaycanda prodüser institutut anlayışı çox aşağı səviyyədədir, indi formalaşır. Bu problemin kökündə dövlət tərəfindən maliyyələşdirmə dayanır.
Dövlət pul verir deyə filmin prodüseri də dövlətdir. Məsələn, Azərbaycan Film Kinostudiyası dövlət sifarişi yerinə yetirir. Və orada hər filmin sonunda baş prodüser kimi kinostudiyanın direktorunun adı yazılır və bu, normaldır. Dövlətin verdiyi bütün pula film çəkilir, niyə direktorun adı yazılmasın? İstehsal sahibi odur.

- Bəzən 1 serial və 1 filmdə 4 ssenaristin adı birdən qeyd olunur. Maraqlıdır, 4 nəfər bir hadisəni, hekayəni necə yaşayıb yaza bilər?
- “Yuxu” filminin ssenaristi bizə dərs deyirdi. Bildirmişdi ki, rejissor ona yaxınlaşıb deyib ki, filan sujetim var, onu yaz. Rejissordur, ssenarist deyil. Onun dediklərini bir neçə ssenarist yazmışdı. Müəyyən qədər bir neçə vərəqdən ibarət təxmini istiqamət yazılır, məkan, çəkiliş meydançası, qəhrəmanların xarakteristikası əks olunur.
Onu da deyim ki, Azərbaycanda elə filmlər var ki, 100-200 min manat dəyərində gəlir gətirib. Bu, o deməkdir ki, bizdə tamaşaçı zümrəsi var. Lakin keyfiyyətli filmlər ortaya çıxdıqca hamının bir nəfsi olur ki, 50-60 min pul qoyub daha artığını qazansın. Bununla da dəllallar ortaya çıxdı. Onlar maliyyədarlara yaxınlaşaraq 100 min qazanan filmləri nümunə gətirərək pul götürdülər. Bununla da, Azərbaycanda onlarla film batırıldı. Təsəvvür edin, bir ildə Azərbaycanda 50 film çəkilib. Hələ heç vaxt Azərbaycan tarixində belə bir şey olmayıb. 12 ayın hər ayında iki film bazara çıxsa 24 edir. Azərbaycan bazarı üçün 50 necə ola bilər? 50 filmi çəkənlərin əksəriyyəti şirkətlərdən pul qoparmaq niyyətində idilər. İndi isə ciddi layihələrə pul yatırmırlar, onların sayəsində inanmırlar.

- Maraqlıdır, Mədəniyyət Nazirliyində əməliyyat keçirildi və vəzifəli şəxslər saxlanıldı. Bu sahədə vəzifədən sui-istifadə halları, rüşvət və s. məsələlər haqda əməliyyatdan öncə xəbəriniz var idi? Adətən bizim mədəniyyət üzvləri, adi insanlar belə problemləri bildiyi halda hökumət müdaxilə etdikdən sonra şərhlərini verirlər. Bu nədən qaynaqlanır?
- Xalqı qınamaq olmaz. Cəsarət, etiraz mədəniyyətini formalaşdırılması bizdə çox aşağı səviyyədədir. Həmişə kənardan bir qəhrəman gözləyirik ki, gəlib məsələləri həll etsin. Sözsüz ki, bu, hamıya aid deyil. Bəzi şəxslər var ki, bu problemləri qaldırmaqla məşğuldur. Amma həmin şəxs tək kənarda qalıb. Böyük çarxa qarşı tək mübarizə mümkün olmayan məsələdir, nəticə verməyəcək. Düşünürəm ki, mədəniyyət sahəsində sürətlə yeniliklər olacaq. Yeni komandaların gəlməsi çox önəmlidir. İndi bütün dünyada təkbaşına iş görmək çətin məsələdir. Kinoda da belədir, komanda işidir. Ortaya çıxan məhsul, yaxşı komanda mədəniyyət siyasətimizi irəli gətirə bilər. Kinoda istehsal komandasının heç nə vecinə deyil. O, sadəcə olaraq texniki bir işçidir. Amma kino siyasətini həyata keçirən komanda bilməlidir ki, hədəfi nədir, hara getməlidir. Geniş mövzudur. İdeoloji bir komanda olmalıdır. Azərbaycan kinosunun müasir dövrdə dünyaya çıxması üçün nələr lazımdır? Azərbaycanda kinonun inkişafı üçün hansı addımlar atılmalıdır? Bunlar müzakirə edilməlidir. Çox təəssüf ki, bizdə işlərin bir hissəsi görülüb, komanda olmayıb. Ortaya suallar qoyulsa da, həlli yolları olmayıb. İndi ideoloji komanda mütləq olmalıdır.
Baxış sayı: 701
Bölməyə aid digər xəbərlər

16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
10-06-2026, 23:44
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb