Bütün xəbərlər
Putin: "İranla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcəyik"
Tarix: 12-09-2024 18:43 | Bölmə: Manşet

Moskva və Tehran iki ölkə üçün bir sıra qarşılıqlı əhəmiyyətli mövzular üzrə əməkdaşlığı dərinləşdirəcək, Rusiya prezidenti Vladimir Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədianla söhbəti zamanı bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “bizim həm İran, həm də Rusiya üçün şübhəsiz ki, maraqlı və vacib olan bir çox mövzumuz var, mən bir daha təsdiq etmək istəyirəm ki, biz bütün bu istiqamətlərdə hərəkət etməkdə qərarlıyıq”.
Prioritet ümumi layihələr arasında Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı var.
Putin birgə hökumətlərarası komissiyanın işinin aktuallığını da qeyd edib. Əvvəllər Rusiya tərəfi yeni nümayəndə təyin edib və İrandan da analoji addım gözləyir.
Bundan əlavə, Rusiya Federasiyasının lideri qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsi müsbət istiqamətdə korrektə olunub - bu ilin birinci yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10% artıb.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər