20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
FSB yapon jurnalist-casusun necə saxlanıldığını göstərdi
Tarix: 13-10-2026 20:34 | Bölmə: Karusel

 Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi Hokkaydo Şimbun qəzetinin yapon müxbirinin casusluqda şübhəli bilinərək saxlanılmasının videosunu yayımladı. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, videoda üzü gizlədilən kişi otel otağında saxlanılır.Axtarış zamanı üzərində "Yalnız rəsmi istifadə üçün" işarəsi olan sənədlər tapılır.
Videoda təhlükəsizlik işçisi saxlanılan şəxsə casusluqda şübhəli bilindiyini və istintaq tədbirləri görüləcəyini və daha sonra müdafiə vəkili ilə təmin ediləcəyini izah edir.Jurnalist cavab verir ki, rus dilində danışmır.
Yujno-Saxalinskdə Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş Hokkaydo Şimbun qəzetinin müxbirinin qanunsuz fəaliyyəti Rusiya FSB əməkdaşları tərəfindən dayandırılıb. Yaponiya vətəndaşı Yaponiya kəşfiyyat orqanlarından birinə casusluq etməkdə və sonradan bu məlumatı Rusiyanın təhlükəsizliyinə qarşı istifadə etməkdə şübhəli bilinir. İstintaq davam edir.




Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər