Bütün xəbərlər
Hərbi ekspert Dandykin: "ABŞ artıq uzaq mənzilli raketlərlə bağlı qərar verib"
Tarix: 11-09-2024 19:09 | Bölmə: Manşet

Vaşinqton artıq Ukraynanın Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmasına icazə vermək qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri “Rossiya 24” telekanalının efirində hərbi ekspert Vasili Dandıkin deyib.
“Düşünürəm ki, qərar artıq Vaşinqtonda qəbul edilib, Blinkenin Kiyevə gəlməsi təsadüfi deyil, məncə, o, bu xəbəri Zelenskiyə çatdıracaq”.
O əlavə edib ki, Moskva Kiyevin hücumlarına uzaqmənzilli silahlarla cavab verəcək.
"Biz daha çox güc və intensivliklə cavab verəcəyik, həm müdafiə, həm də hücum üçün çoxlu yaxşı raketlərimiz var" deyib.
Antoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə birlikdə sentyabrın 11-də Kiyevə gəlib. Bu həftənin əvvəlində ABŞ dövlət katibi bildirib ki, Vaşinqton Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı nəzərdən keçirəcək.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər