Bütün xəbərlər
Maurisio Poçettino ABŞ milli futbol komandasına baş məşqçisi təyin edilib
Tarix: 11-09-2024 13:09 | Bölmə: Manşet

"Çelsi"nin və "Paris Sen-Jermen" klubunun keçmiş baş məşqçisi Maurisio Poçettino ABŞ-ın kişilərdən ibarət futbol yığmasının baş məşqçisi təyin edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 52 yaşlı argentinalı ilə müqavilənin detalları açıqlanmayıb.
Qeyd olunur ki, mütəxəssis Amerika millisini 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına hazırlayacaq.
Poçettino son iş yeri may ayında tərk etdiyi "Çelsi" olub. Argentinalının rəhbərliyi altında londonlular bütün turnirlərdə 27 qələbə qazanıb, 14 məğlubiyyət alıb və 10 dəfə heç-heçə edib.
Mütəxəssis daha əvvəl Çempionlar Liqasının finalına yüksəldiyi "Espanyol", PSJ, "Sauthempton" və "Tottenham"a da rəhbərlik edib.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər