20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
İsveçrədə Ukrayna üzrə konfransda 60-dan çox ölkə iştirakını təsdiqləyib
Tarix: 20-05-2024 19:50 | Bölmə: Manşet

60-dan çox ölkə İsveçrədə Ukrayna üzrə konfransda dövlət və ya hökumət başçıları səviyyəsində iştirakını təsdiqləyib, İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat katibi Pierre-Alain Elchinger bildirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun aydınlaşdırdığına görə, hazırda 60 təsdiqin yarısı Avropa qitəsi ölkələrindən, digəri isə dünyanın qalan ölkələrindən gəlib, RİA Novosti yazır.
İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Aİ, Avropa Şurası, Almaniya, İtaliya, İspaniya, Kanada, Polşa, Moldova, İrlandiya, İslandiya, Latviya, Lüksemburq, Finlandiya, Çexiya, İsveç və Kabo-Verdenin konfransda iştirakını açıq elan edib.




Baxış sayı: 273


Bölməyə aid digər xəbərlər