18:09 / 11-10-2026
Çayda avtomobil batdı
Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
Tarix: 11-10-2026 18:24 | Bölmə: Siyasət


Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad Beynəlxalq Hava Limanına raket hücumunu pisləyib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nazirliyin məlumatına görə, nəticədə 12 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin veb saytında dərc olunmuş açıqlamada bildirilib.
Rusiya nazirliyi regional böhranların regiondakı bütün dövlətlərin maraqlarını nəzərə alaraq siyasi və diplomatik vasitələrlə həll edilməsinin vacibliyini vurğulayıb.
Rusiya bu hücumu pisləyir və Ərəbistan yarımadasındakı münaqişə tərəflərini mülki infrastruktura hücumlardan tamamilə çəkinməyə çağırır.
Moskva qurbanların ailələrinə başsağlığı verib və yaralılara tezliklə sağalma arzulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin dəqiqləşdirdiyinə görə, ölənlər arasında Səudiyyə Ərəbistanı vətəndaşları və Banqladeş, Misir, İordaniya, Suriya, Fələstin, Sudan və ABŞ vətəndaşları da var. Hücum nəticəsində həmçinin xeyli maddi ziyan dəyib.
Səudiyyə Ərəbistanındakı Rusiya səfirliyinin ilkin məlumatına görə, ölənlər arasında Rusiya vətəndaşı olmayıb.




Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər