Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi ABŞ, Aİ, Böyük Britaniya və Ukraynaya odla oynamaq barədə xəbərdarlıq edib
Tarix: 17-05-2024 23:00 | Bölmə: Manşet

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Krım, Kuban və Rusiyanın digər bölgələrinə aviasiya tipli pilotsuz uçuş aparatları və pilotsuz katerlərdən istifadə etməklə kütləvi hücuma son cəhdlərini şərh edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatın sözlərinə görə, “Qərb silahlarından istifadə edən bu vəhşi hücumların arxasında Zelenski rejiminin amerikalı və britaniyalı kuratorlarının profili açıq şəkildə görünür”.
Rusiya XİN-in saytında dərc olunan məqalədə qeyd edildiyi kimi, onlar Kiyevi getdikcə daha çox uzaq mənzilli raketlər və ağır silahlarla təmin etməklə kifayətlənmir, həm də onların Rusiyaya qarşı istifadəsinə icazə verirlər ki, bu da vəziyyətin- Ukraynadakı münaqişənin daha da artmasına gətirib çıxarır.
"Onlar odla oynayırlar" deyə, Mariya Zaxarova qeyd edir.
Rusiya Xarici İşlər Nazirliyi Vaşinqton, London, Brüssel, digər Avropa paytaxtları və onların nəzarətində olan Kiyevə xəbərdarlıq edir ki, Rusiya öz ərazisinə bu cür müdaxilələri cavabsız qoymayacaq.


Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub