Bütün xəbərlər
ABŞ Dövlət Departamenti İsrailin İranın Suriyadakı konsulluğuna endirdiyi zərbəni şərh etməkdən imtina edib
Tarix: 01-04-2024 23:26 | Bölmə: Manşet

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrailin İranın Suriyadakı konsulluğuna zərbə endirməsinə münasibət bildirməkdən çəkinib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, hazırda Vaşinqton baş verənlərlə bağlı əlavə məlumat toplayır.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirmişdi ki, bu gün ABŞ və İsrail nümayəndələri videobağlantı vasitəsilə, o cümlədən Qəzza zolağının cənubunda - Rəfah şəhərində hərbi əməliyyatın mümkün başlanması ilə bağlı məsləhətləşmələr aparırlar.
Aprelin 1-i günorta saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki Baş Konsulluğuna zərbələr endirib. Səfir Hüseyn Əkbəri bildirib ki, hücum nəticəsində yeddi nəfər ölüb. KİV-in məlumatına görə, ölənlər arasında SEPAH quru qüvvələrinin komandanı Məhəmməd Rza Zahedi də var.


Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər