Bütün xəbərlər
Rusiya NATO-nun təhdidlərinə artan hərbi təzyiqlə cavab verməlidir
Tarix: 29-01-2023 13:15 | Bölmə: Manşet

Dövlət Dumasının deputatı Oleq Morozov hesab edir ki, NATO “dünyanı nüvə çöküşünə sürükləyir”.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Parlamentari NATO-nun hərbi komitəsinin sədri, admiral Rob Bauerin alyansın Rusiya ilə birbaşa qarşıdurmaya hazır olduğunu qeyd edən bəyanatını belə şərh edib.
“RİA Novosti”yə müsahibəsində Morozov xatırladıb ki, Rusiya Federasiyası heç vaxt NATO ilə toqquşma istəməyib.
"Onlar bizi Ukraynadakı məqsədlərimizdən əl çəkməyə məcbur etməyəcəklər. Və onlar qəbul etməlidirlər ki, nüvə münaqişəsi seçicilik demək deyil", - Morozov vurğulayıb.
Deputatın sözlərinə görə, NATO-nun yüksək səviyyəli zabiti “dəhşətli” açıqlama verib.
"Bizim cavabımız Ukraynada hərbi təzyiq yaratmaq olmalıdır. İrəli atılan hər addım NATO ilə müharibəni geri itələyir. Geriyə - onu daha da yaxınlaşdırır!", - deyə Morozov yekunlaşdırıb.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər