21:06 / 17-08-2022
Quterreş Lvova getdi
Prezident Göygöl, Kəlbəcər və Laçına getdi - Fotolar
Tarix: 27-06-2022 04:10 | Bölmə: Manşet

                  Prezident Göygöl, Kəlbəcər və Laçına getdi


İyunun 26-da Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.
"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.
Dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.
Dövlət başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.
Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.
Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.
Sonra dövlət başçısı çıxış edib. 

















Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər
Dünən, 21:06 Quterreş Lvova getdi