23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
Canlanır hər qarış yer Sumqayıtda... -SUMQAYIT-70
Tarix: 01-06-2019 05:23 | Bölmə: Gündəm

Mənim doğulduğum Sumqayıt şəhərinin 70 yaşı tamam olur
Gecədir... Eyvandan doğma şəhərimə baxıram... Ulduzlar sayrışır ... bu, ulduz deyil..... İnsan oğlunun əli ilə yaradılan möcüzələr şəhərinin işıqlarıdır...
Cəmi 70 yaşlı Sumqayıt şəhərinin inkişaf və tərəqqi dövrü kimi xarakterizə olunan son 34 ili xalqımızın müdrik oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt şəhərinə və sumqayıtlılara diqqət və qayğısını əsirgəməyən Heydər Əliyev 16 dəfə Sumqayıt şəhərində olub ki, bu səfərlərin də hər biri şəhərin tarixi salnaməsinin ən parlaq və unudulmaz səhifələrini təşkil edir.

Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunanda Sumqayıtda əsas etibarilə metallurgiya və kimya müəssisələri var idi. Bir il sonra məhz Heydər Əliyevin təşəbbüsü ilə yüngül sənaye müəssisələri - Üst Trikotaj və Xovlu İpək fabrikləri tikilib istifadəyə verildi. Eyni zamanda, sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi.

Sumqayıt tarixi mənbələrdə
Etnoqraf alim A.Hüseynzadənin tədqiqatlarından, onun “Abşeron yarımadasının etnik toponomiyaları haqqında: Corat, Saray, Sumqayıt” məqaləsindən aydın olur ki, hələ bu adda şəhər yaranmamışdan əvvəl, Abşeronda Sumqayıt adında 4 müxtəlif xüsusiyyətli coğrafi adlar məlum idi. Əhali yaşayan məntəqə, çay, mayak, dəmiryol stansiyası, başlanğıcını Qafqaz sıra dağlarının cənub yamaclarından götürmüş üç çay - Gözlü çay, Çikil çay və Əngilan çayın axını Abşeron yarımadasında yeganə şirin su mənbəyi olan Sumqayıt çayı əmələ gətirib.

Ədəbiyyatda toponimiyanın aşağıdakı variantları məlumdur. Sumqayıt, Su qayıt, Sumqay, Sumqayıt, Sukkayıt. XIX əsrin qırxıncı illərində rus səyyahı İ.Brezin xalq etimologiyasının toponomiyalarına əsasən, özünün yol qeydlərində yazırdı: “Sumqayıtın yaxınlığında çay axır, Sumqayıt və ya Su qayıt çayı. Türk dilində “su qayıt” mənasını bildirir. Belə bir ad bu çaya ona görə verilib ki, guya çayın suyu istidə quruyur, yağışdan sonra isə yenidən əmələ gəlir”.

Alimlərin tədqiqatlarına görə, Sumqayıtın ərazisində eramızdan əvvəl VII əsrdə fars tayfaları məskunlaşıblar. Orta əsrlərdə isə burada lap dənizin kənarından böyük ticarət yolu uzanırdı. O dövrün səyyahları bizə Sumqayıt çayının hər iki tərəfində yerləşmiş iki karvan sarayın təsvirini veribşlər. Sonralar arxeoloqların tapdıqları uçurulmuş körpünün qalıqlarını və həmin karvan sarayları XVI-XVII əsrlərə aid edirlər. Respublikamızda məşhur olan alim E.A.Poxomovun fikrincə isə onları lap uzaq dövrə də aid etmək olar.

Sumqayıt qəhrəmanlar, gözəl insanlar şəhəridir
Məhz 70-ci illərdə əsaslı tikintinin geniş miqyas alması nəticəsində Sumqayıt nəhəng tikinti meydançasına çevrildi. Şəhərə gələn qonaq və xarici nümayəndələr burda aparılan nəhəng quruculuq prosesinin miqyas və vüsətinə heyran qalırdılar. Dünyanın demək olar ki, əksər ölkələrinə ixrac olunan şəhər sənayesi məhsullarının keyfiyyəti və əsaslı tikintisinin gedişi ilə daim maraqlanan, tez-tez məlumatlar alan ölkə başçısı Sumqayıtı daim öz nəzarəti altında saxlayır, onun ortaya çıxan bütün problemlərini operativ şəkildə həll edirdi. Bu diqqət və qayğının nəticəsi idi ki, 70-ci illərdə Sumqayıtda hər il 80 min kv.metr mənzil sahəsi tikilib istifadəyə verilirdi. Hazırda fəaliyyət göstərən istehsal sahələrinin çoxu, 40-dan artıq ümumtəhsil məktəbi, 60-dan çox uşaq tərbiyə müəssisəsi, saysız-hesabsız mədəniyyət, məişət xidməti, ticarət obyektləri, səhiyyə ocaqları məhz prezidentimizin odövrdəki məqsədyönlü sosial siyasətinin bəhrələridir.

Respublika rəhbərinin diqqət və qayğısı sayəsində şəhər əhalisinin rifahı durmadan yüksəldi. Adamlar yaradıcı əməkləri ilə şöhrət qazanır, ucalırdılar. Sumqayıt keçmiş Sovetlər Birliyində dostluq, qardaşlıq, metallurqlar, kimyaçılar, energetiklər, inşaatçılar, əmək qəhrəmanları kimi şöhrət qazandı.
Tağı Quliyev, Aslan Osmanov, Zəminə Həsənova, Murad Zeynalov, Tofiq Kərimov, Əsəd Məmmədəliyev, Şəmşad Pənahov, Məzahir Abdullayev, Məmməd Məmmədov kimi əmək qəhrəmanlarının adlarını fəxrlə çəkmək olar.
Heydər Əliyev Sumqayıt haqqında belə deyirdi: “Sumqayıt qəhrəmanlar, gözəl insanlar şəhəridir. Sumqayıt sizin şəhərinizdir. Siz Azərbaycanın sənayesini, mədəniyyətini, ölkəmizin həyatını burda inkişaf etdirirsiniz. Siz gözəl insanlarsınız. Sizin hər birinizə baxdıqda ürəyim dağa dönür, sevinirəm. Burada yaşayanların yaşlısı da, cavanı da, körpəsi, uşağı da, qadını kişisi də-hamısı gözəldir, qəhrəmandır, cəsarətlidir”.

“Sumqayıt adi şəhər deyil”
Sumqayıtın 25 illiyi münasibətilə şəhərə gələn Heydər Əliyev sumqayıtlı gənclərə müraciət edərək demişdir: “Sumqayıt adi şəhər deyil. Bu şəhər ilhamlı, yaradıcı, coşqun gəncliyin yaşadığı şəhərdir.Sürətli inkişaf üçün şəraiti və potensial qüvvəsi olan ikinci belə bir şəhər yoxdur. Ona görə də onu ən müasir, nümunəvi sənaye, elm, sənət mərkəzinə çevirmək Azərbaycan gəncliyinin, ilk növbəd sumqayıtlı cavanların qarşısında duran ən şərəfli vəzifədir. Onu müvəffəqiyyətlə yerinə yetirmək isə Vətən, xalq qarşısında müqəddəs borcu yerinə yetirməyə bərabərdir”.

Sumqayıtda memarlıq sahəsində, tikintidə Bakı standartları
Bu gün isə Azərbaycan prezidenti İlham Əliyev ulu öndərin siyasətini layiqincə davam etdirir. Azərbaycanı işıqlı gələcəyə aparmaq üçün əlindən gələni edir. “Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı, müasir sənaye mərkəzinə çevirmək üçün konkret proqramlarımız, icra mexanizmlərimiz var və biz bunu edəcəyik. Sumqayıt şəhərin bütün infrastrukturu, bütün kommunal infrastrukturu yenilənməlidir. Su, kanalizasiya xətləri, qazlaşdırma, elektrik xətlərinin çəkilişi - bu işlərin böyük əksəriyyəti öz həllini tapmışdır. Ancaq biz yenə də bu məsələlərlə məşğul olacağıq. Sumqayıtı memarlıq baxımından gözəl şəhərə çevirmək üçün artıq konkret proqramlar icra edilir. Mən bu məsələləri nəzarət altında saxlayıram və Sumqayıtı gözəlləşdirmək üçün konkret planlarımız vardır. Parklar abadlaşır, biz yeni dənizkənarı bulvarın tikintisinin başlanmasına qərar vermişik. Mən keçən dəfə də burada olarkən demişəm, Sumqayıtda, memarlıq sahəsində, tikintidə Bakı standartları tətbiq edilməlidir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Sumqayıt da geri qalmamalıdır. Əvvəlki dövrdə tikilmiş binalar bərpa edilməlidir, gözəlləşdirilməlidir. Yeni tikilən binalar gözəl memarlıq üslubunda yaradılmalıdır.
Bir daha qeyd etmək istəyirəm ki, mən Sumqayıtın inkişafına xüsusi diqqət göstərirəm. Mən şəhərdə dəfələrlə olmuşam, bundan sonra da dəfələrlə olacağam. Çünki hələ ki, burada görüləsi işlər çoxdur”.

Sumqayıtda quruculuq və yenidənqurma mərhələsi
Sumqayıt mühüm bir mərhələni, quruculuq və yeniləşmə mərhələsini yaşamaqdadır. Bu mərhələni fərqləndirən əsas amil görülən işlərin ölkə prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqətdə saxlanılmasıdır. Görüləcək işlər çoxdur və tutduğu vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hamı bir nəfər kimi Sumqayıtın yeni standartlara çıxması, gözəl şəhərlərindən birinə çevrilməsi işlərində yaxından iştirak etməlidir, prezident İlham Əliyevin Sumqayıt və onun zəhmətkeş insanlarına olan böyük inamını şərəflə doğrultmalıdır.
Ukraynanın Çerkassı, Gürcüstanın Rustavi, Rumıniyanın Piteşti, Almaniyanın Lüdviqshafen şəhəri Sumqayıtla qardaşlıq əlaqəsi yaradıb.
1951-ci ildə Mir Cəlal Sumqayıt haqqında “Yeni şəhər” adlı roman yazıb. 1978-ci ildə yazılmış “Yaxşı insan” pyesində Mirzə İbrahimov şəhərin inşaatçıları barədə yazıb.

Sumqayıtın adı dünyanın ən böyük və iri şəhərləri sırasında çəkiləcək
Bu gün Sumqayıt şəhərindəki tikintisi başa çatmaqda olan Heydər Əliyev Mərkəzi və Şahmat Məktəbi və tikintisi davam etdirilən Sumqayıt bulvarı müasir memarlığın tələblərinə yüksək səviyyədə cavab verir. Bu tikintilər memarlıq incilərinin bariz nümunəsidir. Eləcə də Sumqayıtda əkilmiş saysız-hesabsız palma, şam ağacları, qızılgül, digər bəzək kolları şəhəri yaşıllığa qərq edir, ona xüsusi yaraşıq verir. Bu da onu deməyə əsas verir ki, icra başçısı Zakir Fərəcovun rəhbərliyi altında Sumqayıt böyük sənaye mərkəzinə, çox gözəl, abad şəhərə çevriləcək, adı dünyanın ən böyük və iri şəhərləri sırasında çəkiləcək...

Sonda sevinirəm ki, o ulduzları yandıran insanlar içərisində mənim atamın da əməyi olub...
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az saytının baş redaktoru

Baxış sayı: 2 903
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib