18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
Vüqar Rəhimzadə: "III Şuşa Qlobal Media Forumu yeni dövrün çağırışlarını Xankəndidən dünyaya çatdırır"
Tarix: 20-07-2025 15:13 | Bölmə: Siyasət

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün ardınca “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumuna ev sahibliyi edən Xankəndi şəhəri özünün timsalında azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərini, tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı digər reallıqları beynəlxalq ictimaiyyətə növbəti dəfə təqdim etdi. Dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönələn Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirdi. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Aparılan müzakirələr məhz medianın müasir çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlib.
Forum iştirakçılarının çoxsaylı suallarını cavablandıran Prezident İlham Əliyev öncə diqqəti Qlobal Media Forumunun ənənə halını almasına yönəldərək bildirdi ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, ənənəvi keçirilən Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliğində mühüm platformadır. Dövlətimizin başçısının ünvanlanan suallara cavabları həm ölkəmiz, həm də region və dünyada baş verən hadisələrlə bağlı dolğun məlumatların əldə edilməsində zəngin mənbədir. Bu kimi tədbirlər, eyni zamanda, Azərbaycanın sabit, təhlükəsiz ölkə, əməkdaşlıq məkanı olduğunu bir daha nümayiş etdirir. Bu konteksdə diqqət göstərilən mühüm hadisələrdən biri kimi ötən ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransı oldu. Dövlət başçısı İlham Əliyev əsaslı şəkildə Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Yaşıl gündəliyimizin geniş olması ilə yanaşı, bu reallıq da xüsusi qeyd edildi ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Azərbaycanın yaşıl gündəliyi, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyi səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən yüksək dəyərləndirilir. COP29 bunun bariz nümunəsi oldu. İqlim konfransı bir daha Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu göstərdi. Birgə səylər əsasında hədəfə doğru inamlı addımlar qaçılmazdır.
Vüqar Rəhimzadə Qlobal Media Forumunda diqqət göstərilən məsələrdən biri kimi Zəngəzur dəhlizinin açılmasının dünyada sülhə, təhlükəsizliyə və iqtisadi inkişafa verəcəyi töhfələrdən bəhs edib. Belə ki, Prezident İlham Əliyev bununla bağlı ünvanlanan suala cavabında qeyd etdi ki, Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək. Daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi nəzərdə tutulmur. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Ölkəmiz nəqliyyat və logistika infrastrukturuna çox fəal şəkildə sərmayə qoyur. Son illərdə milyardlarla dollar sərmayə yatırılıb. Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib. Onun yükqaldırma qabiliyyəti 25 milyon tona çatdırılır. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir. Prezident İlham Əliyev onu da qeyd etdi ki, bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq.
Milli Məclisin deputatı Azərbaycanın böyük investisiyalar məkanına çevrilməsinə də diqqəti yönəldib. Beynəlxalq əhəmiyyətli bu kimi tədbirlər Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Təbii ki, əməkdaşlıq əlaqələrinin inkişafında iqtisadi amil əsasdır. Dövlət başçısı İlham Əliyev sözügedən Qlobal Media Forumunda xarici sərmayələrin təşviqi baxımından hansı əlavə tədbirlərin görüləcəyindən, iqtisadiyyatımızda ən perspektivli sahələrdən, Azərbaycanın etibarlı tərəfdaşlarının hansı ölkələr və şirkətlər ola biləcəyindən danışdı. Regional əməkdaşlıq və inkişaf üçün prioritet layihələr də diqqətdə oldu. Xarici sərmayələri şərtləndirən amillər bir daha təhlil edildi. Dövlət başçısı İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, sabitlik və təhlükəsizlik əsasdır. Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz . Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır. Ölkəmiz bir daha təsdiqlədi ki, etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var.
Vüqar Rəhimzadə bildirib ki, digər tədbirlərdə olduğu kimi, 3-cü Şuşa Qlobal Forumunda da Prezident İlham Əliyevin çıxışında, tədbir iştirakçılarının suallarına cavabında səsləndiyi hər bir fikir bugünümüzə və gələcəyimizə, qlobal problemlərin həllində birgə səylərə, əməkdaşlığa çağırışdır. İstər 30 illik işğal, istərsə də postmünaqişə dövrünün reallıqlarının təbliği üçün geniş imkanlar yaradan Forumda jurnalistin “Siz qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz” sualına cavabında dövlət başçısı İlham Əliyev bildirdi ki, heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük.
Azərbaycan dövlətinin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz oldu. Heç vaxt işğalla barışmayacaq, bir qarış torpağımız belə düşmənə verilməyəcək, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Ədalətə və beynəlxalq hüquqa söykənən bu kimi bəyanatları xeyli sayda sadalamaq olar. Azərbaycan xalqı tam əmin idi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunacaq. Elə də oldu.
Prezident İlham Əliyev tarixi Zəfərə, suverenliyimizin bərpasına qədər keçilən yolu təhlil əsasında bir daha bu çağırışı etdi ki, heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq lazımdır. Bizim Qələbəmiz, ədalətli və tam qələbədir. Göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Əgər son qərar səndən asılıdırsa, həyatını bu işə həsr etməlisən. Yalnız bu halda bu, baş verə bilər.
Vüqar Rəhimzadə Azərbaycan həqiqətlərinin, dövrün çağırışlarının təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü önə çəkərək Prezident İlham Əliyevin mediamızın fəaliyyətini yüksək qiymətləndirdiyini də bildirib. “Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox” söyləyən dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. Prezident İlham Əliyev günümüzün bu çağırışını da diqqətə çatdırdı ki, Azərbaycan bu gün elə bir mərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var. Bizim media işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkə haqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər. Mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır.
Baxış sayı: 588
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.