Bütün xəbərlər
Həlak olan əsgərlərin abidəsi üzərində rəqs edən qadın saxlanılıb
Tarix: 28-07-2025 10:36 | Bölmə: Digər

Kurqanda polis 20-ci əsrin ikinci yarısında yerli və hərbi qarşıdurmalarda həlak olmuş Uraldan olan əsgərlərin xatirə kompleksində rəqs edən yerli sakini saxlayıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsi məlumat yayıb.
35 yaşlı qadının rəqsini əks etdirən video sosial şəbəkələrdə yayıldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları diqqətlərini ona yönəldiblər. Görüntülər qəzəblənən şahidlər tərəfindən lentə alınıb. Hadisənin özü iyulun 25-i axşam saatlarında baş verib.
"Abidənin üzərində rəqs etdiyimə görə təəssüflənirəm. Sərxoş idim", - saxlanılan şəxs etiraf edib.
O, söz verib ki, “bir daha belə olmayacaq”.
İstintaq orqanları qadının əməllərini hüquqi baxımdan yoxlayır.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər