Bütün xəbərlər
Hindistanın şimalında məbəddə iki nəfər ölüb
Tarix: 28-07-2025 10:26 | Bölmə: Dünya

PTI agentliyinin məlumatına görə, Hindistanın Uttar Pradeş ştatında məbəddə izdiham nəticəsində azı 2 nəfər ölüb, 23 nəfər yaralanıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Nəşrin qeyd etdiyinə görə, hadisə meymunlar tərəfindən qoparılan məbədin qalay örtüyünə elektrik naqili düşməsindən sonra baş verib. Bu, yerli sakinlər su təqdim etmək üçün məbədə toplaşanda baş verdi.
Məftil düşəndən sonra cərəyan qalay örtüyü bürüyüb, insanlar təşvişə düşüb və izdiham yaradıb. Ölənlər arasında qadın və uşaqların olduğu, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
Mayın əvvəlində də Hindistanın Qoa ştatında məbəddə baş verən izdiham nəticəsində azı 6 nəfər həlak olub.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər