12:36 / 26-07-2025
Növbəti zəlzələ
Bütün xəbərlər
Tramp: "Tailand və Kamboca danışıqlardan sonra atəşi dayandırmaq istəyini ifadə ediblər"
Tarix: 26-07-2025 21:49 | Bölmə: Dünya

Telefon danışığından sonra həm Tailand, həm də Kamboca atəşkəsin zəruriliyi barədə razılığa gəliblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, hazırda ABŞ hər iki tərəflə münaqişənin həlli ilə bağlı danışıqlar aparır.
"Tayland, Kamboca kimi, dərhal atəşkəs bağlamağa və sülhə nail olmağa çalışır", - Tramp "Truth" sosial şəbəkəsində yazıb.
Amerika lideri, həmçinin Tailand və Kamboca ilə ticarət danışıqları aparacağına inandırıb. Münaqişə davam edərkən ABŞ heç bir ölkə ilə hər hansı müqavilə bağlamaq niyyətində deyil. Tramp vurğulayıb ki, o, ölkələr arasında vəziyyəti sadələşdirməyə və münaqişəni həll etməyə çalışır.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər