12:36 / 26-07-2025
Növbəti zəlzələ
Bütün xəbərlər
"Orban": Aİ-yə Ukrayna Avropa ilə Rusiya arasında bufer zona kimi lazımdır
Tarix: 26-07-2025 18:18 | Bölmə: Dünya

Ukrayna Avropa Birliyinə daxil olarsa, Avropa ilə Rusiya arasında bufer dövlətə çevriləcək. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, ukraynalıların özləri də ölkə üçün belə bir nəticənin olmasını istəmirlər.
“Bu gün Ukraynanın taleyi ondan ibarətdir ki, o, Rusiya ilə həmsərhəd bufer dövlətdir”, – Orban X sosial şəbəkəsindəki hesabında yazıb.
Macarıstanın baş naziri vurğulayıb ki, Ukraynanın Avropa İttifaqına daxil olmasına icazə vermək olmaz. Əks halda silahlı münaqişə Avropanın tam ürəyinə keçəcək.
İyulun 20-də Ekspress yazıb ki, Almaniya kansleri Fridrix Mers Ukraynanın Avropa İttifaqına daxil olmaq ümidlərini məhv edib. Onun sözlərinə görə, hazırda prioritet Ukraynada münaqişəyə son qoymaqdır.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər