12:36 / 26-07-2025
Növbəti zəlzələ
Bütün xəbərlər
STV: Şotlandiyada Trampın səfərinə etirazlar başlayıb
Tarix: 26-07-2025 18:10 | Bölmə: Dünya

STV xəbər verir ki, ABŞ prezidenti Donald Trampın gəlişinə etiraz edənlər Şotlandiyanın Edinburq və Aberdin şəhərlərində toplaşıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nümayişçilər Trampın əleyhinə şüarlar yazılmış plakatlar yelləyir, etirazçılardan biri isə Amerika liderinin üzü olan kağız başına taxıb.
“Yüzlərlə etirazçı şənbə günü həm Edinburqda, həm də Aberdində toplaşaraq ABŞ prezidenti Donald Trampın Şotlandiyaya səfərinə etiraz ediblər”, – nəşr qeyd edir.
Hərbçilərin və polisin Trampın qaldığı Cənubi Ayrşir qraflığında qolf klublarının ərazisinə baxış keçirdiyi dəqiqləşdirilir. Şotlandiya hüquq-mühafizə orqanlarının əməkdaşları Eyrşir, Aberdin, Qlazqo, eləcə də Amerika prezidentinin “Turnberry” və “Meney” qolf klublarında etiraz aksiyaları gözləyirlər.
İyulun 25-də Tramp şəxsi səfərlə Şotlandiyaya gəlib. Bu, onun andiçmə mərasimindən sonra Böyük Britaniyaya ilk səfəridir. Amerika lideri özünün iki qolf klubuna baş çəkmək və üçüncüsünü açmaq niyyətindədir. Səfər zamanı Böyük Britaniyanın baş naziri Key Starmerlə qeyri-rəsmi görüş də gözlənilir.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər