12:36 / 26-07-2025
Növbəti zəlzələ
Bütün xəbərlər
Tramp: "ABŞ və Aİ ticarət sazişi bağlayıblar"
Tarix: 27-07-2025 22:18 | Bölmə: Dünya

ABŞ və Avropa İttifaqı (Aİ) ticarət sazişi imzalayıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşü zamanı jurnalistlərlə söhbəti zamanı deyib.
Onun sözlərinə görə, tərəflər 15 faizlik vahid tarif dərəcəsi barədə razılığa gəliblər. Blok ölkələri həmçinin sıfır tarif dərəcəsi ilə ABŞ ilə ticarət üçün bazarlarını açmağa söz verdilər.
"Onlar (Avropa İttifaqı) ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaqlar. Və artıq (Amerika iqtisadiyyatına) sərmayə qoyduqlarına əlavə olaraq 600 milyard dollar sərmayə qoyacaqlar", - Tramp əlavə edib.
Bundan əlavə, Avropa bir neçə yüz milyard dollar dəyərində böyük miqdarda Amerika hərbi texnikası almağa razılaşdı.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər