22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Ulu Öndərin titanik fəaliyyəti Azərbaycanın dünya ölkələri arasında nüfuzunun artmasında müstəsna rol oynayıb
Tarix: 08-12-2017 23:22 | Bölmə: Gündəm

Ulu öndər Heydər Əliyev titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib.
Qaradağ Rayonu İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “dəyirmi masa”da səsləndirilib.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndərin zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olunub.
Sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplər Heydər Əliyev tərəfindən yaradılıb. Qeyd edilib ki, məhz buna görə də, xalqımız ümummilli lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini xatırladan Süleyman Mikayılov ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğulayıb.
“Dəyirmi masa”da çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ulu Öndərin ölkəmizin, o cümlədən milli mətbuatımızın inkişafındakı misilsiz xidmətlərindən danışıb.
Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxışında Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı sayəsində Azərbaycanın mürəkkəb zamanın ağır sınaqlarından şərəflə çıxdığını diqqətə çatdırıb. Ölkəmizin beynəlxalq arenada qazandığı nailiyyətlərdən bəhs edib.


Baxış sayı: 802


Bölməyə aid digər xəbərlər