23:05 / 23-11-2024
İsrail Hərbi Hava Qüvvələri Suriya ilə Livan sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurub
22:44 / 23-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub
22:39 / 23-11-2024
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
21:57 / 23-11-2024
"Bloomberg": Mask yenə planetin ən zəngin adamıdır
21:36 / 23-11-2024
Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb
21:30 / 23-11-2024
Xumar Qədimovanın yeni “Ay”ı... - Video
21:26 / 23-11-2024
Litvada 2,5 mindən çox NATO əsgəri yerləşdirilib
21:17 / 23-11-2024
Karine Jean-Pierre G20 sammitində rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib
20:59 / 23-11-2024
"Yle": Finnair pilotların tətili səbəbindən təxminən 300 uçuşu ləğv etdi
20:54 / 23-11-2024
Zalujnı hesab edir ki, Rusiya Silahlı Qüvvələri 2027-ci ildə cəbhəni yarıb keçəcək
20:46 / 23-11-2024
Qaz partlayışı nəticəsində bir nəfər xəsarət alıb
20:43 / 23-11-2024
Putin miqrantların sənədlərinin saxtalaşdırılmasına görə 60 milyon rubla qədər cərimələr haqqında qanun imzalayıb
20:34 / 23-11-2024
Fransanın xarici işlər naziri Borro: "Ukraynanın Rusiya Federasiyasına SCALP raketləri atmaq hüququ var"
20:28 / 23-11-2024
HƏMAS bildirir ki, Qəzzanın şimalında israilli girov ölüb
20:23 / 23-11-2024
Zaxarova: "Paris Kiyevi dəstəkləmir, amma bitirir"
20:20 / 23-11-2024
Bir nəfər yaşıl metro xəttinin üzərinə yıxılıb
20:17 / 23-11-2024
Zelenski: Ukraynada 300-dən çox liman infrastrukturu obyekti zədələnib
20:11 / 23-11-2024
Bir qrup şəxs təltif olundu - Siyahı
20:07 / 23-11-2024
Prezidentdən elektrik enerjisi və su təchizatı ilə bağlı - Fərman
19:59 / 23-11-2024
Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
14:20 / 23-11-2024
Rusiyanın Qırğızıstandakı səfiri əmək miqrasiyası məsələsini kəskin, lakin çox vacib adlandırıb
14:16 / 23-11-2024
Abxaziya İttifaq dövlətinin vahid valyutasının sınaqdan keçirilməsini təklif edib
14:13 / 23-11-2024
"Yabloko" Şlosberqin saxlanmasının səbəbini açıqlayıb
14:08 / 23-11-2024
Peskov: "Qərbdə söz azadlığı yoxdur, son illərin hadisələri bunu göstərir"
14:03 / 23-11-2024
Ovçu silahını boşaldarkən ovçuya atəş açıb
13:57 / 23-11-2024
Həkimlər bir yeniyetmənin sidik kisəsindən 46 maqnit top çıxarıblar
13:52 / 23-11-2024
"Qazprombank" UnionPay kartlarının Türkiyədə qəbulu dayandırılıb
13:46 / 23-11-2024
Bastrıkin qızın döyülməsindən sonra cinayət işinin açılmasını əmr edib
13:40 / 23-11-2024
Qırğızıstan-Rusiya Slavyan Universiteti 15 min nəfərlik kampus tikəcək
13:37 / 23-11-2024
"Bloomberg": Avropa növbəti enerji böhranı ilə üz-üzədir, qazın qiyməti 45% artıb
13:02 / 23-11-2024
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
22:33 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
22:20 / 22-11-2024
İsrailli nazir Bakıda Aqarunovun məzarını ziyarət etdi - Fotolar
21:58 / 22-11-2024
Laosda 6 turist metanoldan zəhərlənib
21:26 / 22-11-2024
Putin: "Oreşnik zərbəsinin təsiri strateji silahla müqayisə oluna bilər"
21:01 / 22-11-2024
Zaxarova amerikalı senatorun Hollandiyanı işğal etmək çağırışına cavab verib
20:44 / 22-11-2024
Livanın cənubundakı UNIFIL bazasına raket zərbələri endirilib, nəticədə dörd italyan sülhməramlısı yaralanıb
GECİKMİŞ ETİRAF-Ələsgər Talıboğlu
Tarix: 24-01-2021 15:03 | Bölmə: Ədəbiyyat
1992-ci il mayın 18-də Sədərəkdə döyüşdə şəhid olan və meyidləri mayın 27-28-də dağdan götürülən oğullarımızın ruhu xatirinə
1992-ci ildə mayın 3-də məşhur Sədərək döyüşlərində yaralanmağıma - təpə nahiyəmdən qəlpə yarası almağıma baxmayaraq, xəstəxanada doğru-dürüst yatıb müalicə olunmadım. Yaralı-yaralı yenidən döyüş bölgəsinə getdim. Mayın 8-də döyüş meydanına gəldiyimizdə Sədərək cəbhəçiləri dedilər ki, olmaya-bilməyə ermənilərə bir güllə atasınız. Səbəbini soruşduqda bildirdilər ki, axşam muxtar respublika rəhbərliyi ilə erməni tərəfi arasında görüş keçirilib və həmin görüşdə bağlanan müqaviləyə əsasən “atəşkəs” elan olunub. Nə biz onlara, nə də onlar bizə bir güllə belə atmayacaqlar. Ona görə də xahiş edirik ki, siz də bu atəşkəsə əməl edəsiniz. Bir hadisə olduqda, günahı bizlərin - Xalq Cəbhəsinin üzvlərinin boynuna yıxmasınlar. Döyüş yoldaşım, həmkəndlim Əli Məmmədovla birlikdə elə də etdik, axşama qədər Sədərəkli qardaşlarımızla birlikdə oturub, axşam isə evə - yaşadığımız Axaməd kəndinə geri qayıdası olduq.
Həmin gün rəhbərliyin göstərişi ilə xüsusi təyinatlı milis dəstəsi, milislər və könüllülər səngərdən çıxarıldılar. Səngərdə qaldı təkcə yeni-yeni formalaşmaqda olan Milli Ordunun əsgərləri...
Həmin günlər məsuliyyətsizlik etdiyimdən, yaramı açıb-bağlamadığımdan, ona həkim yazdığı dərmanları qoymadığımdan, yaramda irinləmə əmələ gəldi. Mayın on birində özümü çox çətinliklə Şərur rayon xəstəxanasına yetirdim. Döyüşdə birgə yaralandığım həmkəndlim, sinif yoldaşım Hüseyn Ağayevin köməkliyi sayəsində (dostum bu gün də belə sinəsində dörd qəlpə gəzdirir) həkimlər mənə yardımçı oldular - cərrah Fuad həkimin və tibb bacısı Nəcibə xanımın ağır zəhmətləri nəticəsində yenidən özümə gəlmiş oldum və mayın on səkkizinə qədər müalicəm necə lazımdırsa davam etdi.
Mayın 18-i isə üzümüzə heç də xeyirliklə açılmadı... öncəki sabahlar kimi... Saat yeddinin yarısı olardı da, olmazdı da... O anda saata baxan kim idi ki... Haray, nalə, çığır-bağır səsinə Şərur rayon mərkəzi xəstəxanası oyanmış oldu... Məlum oldu ki, səhər saat beşdə ermənilər Sədərəyə hücum ediblər, “Əjdəhkan” və “Qaraağac” adlanan döyüş nöqtələrindən başqa, bütün döyüş nöqtələrini və yüksəklikləri ələ keçiriblər.
Yaralıların və şəhidlərin ağzı açıldı, nə açıldı... Gücü nəyəsə çatan mənim kimi xəstələr də o gecə növbədə olan həkimlərə və tibb bacılarına yardım etməyə başladı. Şəhidləri ölüxanaya - morqa, yaralıları isə ilk tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinin otaqlarına yerləşdirdik. Neçə-neçə yaralı gözümüzün qabağında canını tapşırdı. O günlərin ağrısını bu gün də belə unuda bilmirəm.
Bir əsgərin güllə bu tərəfdən çənəsinin altından girmiş, o biri tərəfdən qulağının arxasından çıxmışdı. Xoşbəxtlikdən ölü nöqtədən keçdiyindən əsgərə bir şey etməmişdi - ayaqdaydı. Əsgərdən soruşdum ki, danışa bilərsən, başı ilə işarə etdi ki, əlbəttə... Dedim: Hansı "səngərdə-yüksəklikdə idiniz?" Dedi: "Ucubiz"də. Dedim: "Ölən... yaralanan..." Dedi: "Bizdə bir nəfər şəhid oldu, üç əsgər isə yaralandı. Onlar çox idilər. Bir təhər döyüşə-döyüşə geri çəkildik...”
"Sonra isə" ağlaya-ağlaya əlavə etdi: "Ucubiz"lə "Mil”in arasındakı ən yüksək təpədəki uşaqlar (əsgərlər) isə döyüşə-döyüşə hamısı şəhid oldular. Çünki ora daha çox erməni hücum etmişdi...” Onu bağrıma basıb mən də onunla birgə ağladım. Bundan artıq əlimdən nə gələrdi ki... Ona şəfalar diləyib ayrıldım.
Cərrahiyyə şöbəsində yer olmadığından bizi başqa şöbələrə köçürdülər. Mən isə fürsət tapıb həkimimlə görüşdüm və dedim ki, icazə versəydiniz, evə gedərdim. O isə dedi ki, getməyinə getginən, lakin keçən dəfə etdiyin kimi, yenə məsuliyyətsizlik etmə, müalicəni sona qədər davam etdirginən... Mən də söz verib evə gəldim.
1992-ci il 18 may döyüşlərində iştirak edən bir qrup əsgər-döyüşçü haqqında cürbəcür şaiyələr yayılmağa başladı: kimi dedi ki, sayıqlıqlarını itirib səngərdə yatıblar, ermənilər gəlib tutub aparıb, kimi dedi ki, özləri əsir düşüblər. Təxminən mayın 23-dəydimi, ya 24-dəydimi Azərbaycan Radiosu “Xəbərlər”proqramında məlumat verdi ki, Sədərəkdə 17-əsgərimiz itkin düşüb. Bu xəbəri şəxsən mən özüm də dinlədim. Lakin bu deyilənlərin heç birinə inana bilmirdim. Çünki Şahbuzlu o əsgərin dediyi sözlər qulağımda hey səslənirdi: "Ucubiz"lə “Mil"in arasında olan ən yüksək təpədəki əsgərlər döyüşə-döyüşə şəhid oldular...”
Mənimlə birgə döyüşdə yaralanan sinif yoldaşım və qonşum Hüseyn Ağayevlə(Sədərək rayon MTS-da baş mühəndis işləyirdi) mayın 26-da Sədərəkdən işdən gələndə görüşdük. Dedi ki, bəs Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətinin nümayəndələri dağdakı meyidləri götürmək üçün gəliblər. Camaata müraciət etdilər ki, meyidləri götürməyə kim könüllü getmək istəyirsə, siyahıya yazılsın. Siyahıya cəmi bir nəfər yazıldı, o da altmış beş yaşında... Dedim: "Elədirsə səhər məni də özünlə götür". Dedi: "Yaxşı. Ancaq o meyidlər neçə gündür dağda qalıblar, yəqin ki, çürüyüblər. O qoxuya dözə biləcəksənmi?" Dedim ki, onsuz da mən, ümumiyyətlə, heç bir qoxu bilmirəm...”
Sabahısı gün, mayın 27-də mən Hüseynlə birlikdə Sədərək rayon MTS-na gəldik. Çünki o dəstə buradan yola düşəcəydi. Demək olar ki, siyahıya yazılan ikinci adam mən oldum.
Meyidləri götürmək üçün gedəcək dəstənin tərkibi on nəfərdən ibarət olmalı idi. Siyahıya birinci yazılan o altmış beş yaşlı kişini yaşlı olduğu üçün siyahıdan çıxartdılar. Altı nəfər könüllü gedən oldu. Dörd polisə isə mülkü paltar geyindirib on nəfərlik dəstəni düzəltdilər.
Bizi Naxçıvan Muxtar Respublika - Ali məclisinin sədr müavini Asif Kələntərli qəbul etdi və görəcəyimiz işin nə qədər məsuliyyətli olduğunu dönə-dönə anlatdı. Sonda isə uğurlar dilədi.
Meyidləri yükləyib gətirəcəyimiz "Zil-130" markalı maşına minib yola düşdük. "Qırmızı Xaç" və "Qızıl Aypara" cəmiyyətinin maşınları bayraqlarla öndə, biz isə onların arxasınca "Qırmızılar" adlanan əraziyə gəldik və burada maşından endik. Təxminən saat on bir olardı. Bizə isə saat beşə kimi vaxt verilmişdi.
Mayın 18-dən 27-nə qədər ötən bu ongünlük müddət nə qədər qanlı-qadalı, ağrılı-acılı keçdiyi kimi, həmin on gündəki hava şəraiti də bir o qədər cansıxıcı keçmişdi. Belə ki, demək olar hər gün günortaya qədər yağış, günortadan sonra günəş və yaxud günortaya qədər günəş, günortadan sonra isə yağış yağmışdı. Biz meyidləri götürməyə getdiyimiz anda da hava günəşli olsa da, çox boğucu və qızdırmalı bir gün idi. Çətinliklə nəfəs almaq olurdu.
"Qırmızılar"dan təpənin üstü ilə sağdakı, soldakı dərələrə-təpələrə diqqətlə baxa-baxa yol aldıq qarşıdakı ən uca təpəyə - Şahbuzlu əsgərin dediyi təpəyə doğru... Təxminən iki-üç yüz metrə qədər getmişdik ki, birdən sol tərəfdə, hardasa min metrə uzaqlıqda dərənin içində uzanmış insana bənzər bir qaraltı göründü. "Qızıl Aypara" nın nümayəndəsi olan türk xanımı dedi ki, biriniz gedib baxın, görün o nədir. Baxdım kimsədən bir səs çıxmadı. Mən qaça-qaça endim dərəyə. Yaxınlaşanda gördüm ki, bu meyid deyil, sadəcə qara bir kürkdür. Kürkü qaldırana qədər, yenə də inanmadım ki, bu adi qara kürkdür... Dərənin içində sağa-sola, aşağı-yuxarı çəkilən dəmir tellər gördüm. O telləri necə keçib getmişdimsə, eləcə də geri döndüm (sonradan dostlara bunu danışanda dedilər ki, demək o ərazini ermənilər minalayıbmış. Xoşbəxtlikdən minaya düşmədim...) Nə gördüyümü danışdım və yolumuza davam etdik.Yenə ətrafa diqqətlə baxa-baxa təxminən yeddi-səkkiz yüz metr yol getmişdik ki, birdən gördük o uca zirvədəki ermənilər çığır-bağırla nəsə deyib işarələr edirlər. Əllərinin işarələrindən anladıq ki, onlar qarşıdakı sol tərəfdəki dərəni göstərirlər. Ətrafa yayılıb yüz-yüz əlli metr məsafə də getdikdən sonra bir kiçik təpənin sağ döşündə ilk meyidi gördük. Həmin təpənin sol tərəfinə keçən kimi isə gördük ki, dərə boyu meyidlərlə doludur... Əbədi yuxuya getmiş şəhid oğullarımız...
"Qırmızı Xaç" və "Qızıl Aypara" cəmiyyətinin nümayəndələri dedilər ki, meyidləri ilk öncə endirin dərənin içində ermənilərin görə bilməyəcəyi bir yerə, sonra oradan maşına daşıyarsınız. Çünki iki tərəfdən ermənilərin nişangahındaydıq. Neçə xərək götürmüşdük, dəqiq yadımda deyil. Biz əvvəlcə ilk gördüyümüz meydi xərəyə qoyub dərəyə endirdik, sonra isə digərlərini... Meyidlərin hansı vəziyyətdə olduğunu açıqlasam, bəlkə də dəli olarsınız. Saqqalları iyirmi-otuz santımetr, başlarının tükü isə bir az da artıq uzanmış vəziyyətdə... Meyidi çevirirsən xərəyə başından ayağınacan çürümüş vəziyyətdə... Meyidi qaldıran kimi meyidin altında cürbəcür qurdlar, uzunboğaz çəkməsindən tutursan ki, qaldırasan, çəkmənin içindən su qıjıldayıb tökülür... Məncə bundan artıq izah etməyə nə gərək...
On üç meyidi endirdik təhlükəsiz yerə. Qalırdı sonuncu meyid. İki nəfər - mən və Culfalı (səhv etmirəmsə) Əfzələddin müəllim xərəyi götürüb getdik sonuncu meyidi götürməyə. Sonuncu meyid o dediyim ən uca zirvənin yaxasında, ermənilərin hər iki tərəfdən aydın gördüyü bir nöqtədə idi. Meyidin yanına qalxdıq. Mən üzü ermənilərə tərəf durdum, Əfzələddin müəllim isə üzü mənə tərəf... Xərəyi yerə qoyub, meyidi xərəyə qoymaq istəyirdik ki, bu anda ermənilər başımızın üstündən bir qatar güllə buraxdılar. Əfzələddin müəllim dedi ki, gəl qaçaq, bizi vuracaqlar. Dedim: "Narahat olma. Onlar bizi vuran olsaydılar, həmən vurardılar... Sadəcə qorxudurlar...” Bu anda "Qırmızı Xaç" cəmiyyətinin nümayəndəsi olan xanım əlində bayraq gəlib keçdi önümüzə... Və beləliklə, biz sonuncu meyidi də təhlükəsiz yerə götürmüş olduq.
Onu da qeyd edim ki, biz meyidləri götürməyə başlayan kimi dəstəmizdəki uşaqlardan biri öyümə-qusmaya düşdü. Vəziyyəti olduqca ağırlaşdı. Bu an Zilin sürücüsü də gəldi. Sürücü o gənci oradan uzaqlaşdırıb maşının yanına göndərdi. Çox sağ olsun, özü isə son ana qədər bizə köməklik göstərdi.
Elə burdaca mən meyidlərin daşınma prosesini dayandırıb bu ər oğullarımızın, bu qəhrəmanlarımızın qarı düşmənlə necə döyüşdüklərini anladığım qədər izah etmək istəyirəm. Şahidlərin dediyitək ermənilər səhər saat beşdə eyni vaxtda Sədərəyin əksər müdafiə nöqtələrinə olduğu kimi, bu on dörd əsgərimizin də durduğu zirvəyə dörtqat-beşqat artıq qüvvə ilə hər cür silahlarla hücum edirlər. Bu oğullarımız döyüşə-döyüşə geri çəkilməli olur. Onların durduqları səngərlə şəhid olduqları məsafə arasında ən azı yeddi-səkkiz yüz metr məsafə var idi. Hətta iki elə oğlumuza rast gəldik ki, ən böyük iftixar doğuracaq hal idi. Biri (uşaqlar onu tanıdılar, bu Sədərəkli Şakir Cəfərov idi, o əsgərlərin komandiriydi) döyüş zamanı qolundan yaralanmış, qolunu bağlayıb yenidən döyüşə girmiş, yağının cavabını verməyə çalışmış, sonda görəndə ki, ermənilər bunu əsir götürəcəklər, silahı çənəsinin altına dayamış, atəş açmış və başı bir almanın sığa biləcəyi kürə şəklində açılmışdı. İkincisi isə ayağından yaralanmış, yarasını bağlamış və sonda əsir düşəcəyini görüb eynilə komandiri Şakir kimi etmişdi. Mən bu igid əsgərlərimizin son güllələrinə qədər döyüşən oğul olduqlarını gördüm. Bir tərəfdən ağlasam da, digər tərəfdən də qəlbimdə bu cür oğullarla sonsuz qürur hissi duydum. Və düşündüm ki, bu cür igidləri olan Vətən basılmaz. Lakin çox təəssüflər olsun ki, il yarımdan sonra bu Vətən torpağının beşdən birini itirmiş olduq...
Meyidləri daşımamışdan öncə mən bir müəllim, bir ziyalı və qələm əhli kimi dəstəmizin üzvlərinə müraciət etdim: “Siz elə sanmayın biz sıradan bir meyid daşıyırıq, siz elə düşünün ki, biz ər oğlu ərləri daşıyırıq...” Və başladıq meyidləri daşımağa. Maşınla ara məsafəmiz ən azı beş yüz-altı yüz metr var idi. Bəlkə də az deyirəm. Çünki maşın dərənin içi ilə ora qədər yol olmadığından ancaq gələ bilmişdi. Dərənin içi, bürkülü, qızdırmalı hava... Susuzluq da bir yandan, meyidlərin iyi isə digər yandan uşaqları üzürdü. Lakin bütün zorluqları var gücümüzlə aşaraq saat beşin yarısına kimi biz on dörd meyidi daşıyıb maşına yüklədik və gec qalırıq deyə ərazini tərk etdik. Birdən soruşarsınız ki, bəs dediyinizə görə on yeddi şəhid idi, niyə on dörd meyid götürdünüz?.. Qalan o üç şəhid isə digər yüksəklikdə - "Mil" adlanan təpədə olduğundan bizim zamanımız yetmədi ki, onları da götürə bilək... Onları isə səhərisi gün, yəni mayın 28-də götürəsi oldular. Çox acı hal idi ki, qollarım zora düşdüyündən mən onların götürülməsində iştirak edə bilmədim.
Meyidləri ilk öncə Sədərək rayon MTS-na gətirdik. Ora qədər isə mən və digər iki yoldaş "Qırmızı Xaç" cəmiyyətinin maşınında gəldik. Mən bir müəllim, bir ziyalı kimi nümayəndə olan o xanıma öz adımdan etdikləri köməkliyə görə minnətdarlığımı və təşəkkürümü bildirdim. Qarşılığında o xanım isə bildirdi ki, mən Əfqanıstanda, Kosovada və dünyanın digər qaynar nöqtələrində olmuşam. Lakin sizin kimi ürəkli oğullar çox az görmüşəm.
Əziz dost, birdən elə bilərsən ki, mən bir qələm adamı kimi, yazdıqlarıma hansısa boya vururam, rəng qatıram, nəyisə şişirdirəm. Əsla... əsla və yenə də əsla!.. Özümdən heç nə əlavə etmədən çalışıram ki, hər şeyi olduğu kimi, olduğundan artıq deyil, hələ bir az da olduğundan aşağı anladam. İyirmi səkkiz il sonra qələmə aldığım bu tarixi hadisədə yalan yazmağımın nə anlamı var ki?.. Axı o günün şahidlərinin ən azından yüzdə səksəni, çox şükür, hələ ki, həyatdadırlar. Deməzlərmi ayıb deyilmi?
Sədərək rayon MTS-dan Şərur rayon mərkəzi xəstəxanasına isə mən artıq sinif yoldaşım, mənimlə birlikdə döyüşdə yaralanan Hüseyn Ağayevin şəxsi maşınında gəldik. Məqsədimiz meyidlərin maşından endirilməsi prosesində də iştirak etmək idi. Lakin buna gərək olmadı. Çünki Şərur rayon mərkəzi xəstəxanasının tam yaxınlığında Milli ordumuzun bir alayı yerləşirdi. Bu prosesi həmin alayın əsgərləri həll etdilər.
Bu arada Şərur rayon qadınlar şurasının üzvlərindən Ümbülbanu Musayeva (o zaman Şərur rayon təhsil şöbəsinin həmkarlar komitəsinin sədri idi, bu gün isə Şərur Rayon Həmkarlar komitəsinin sədridir), Roza Mustafayeva və Şərur rayon mərkəzi xəstəxanasının bir neçə həkim və tibb işçisi isə bu şəhid oğullarımızın, kəfənlərinin biçilməsi işini yerinə yetirdilər.
Şəhidlərimiz kəfənləndikdən sonra ailələrinə təhvil verildi. Sədərək kəndindən olan Şakir Cəfərov, Hamlet Qədimov, Vüqar Muxtarov, Fazil Zamanov kimi oğullarımız isə Şərur şəhərində dəfn olundular. Bununla da bu gün Müdafiə Nazirliyimizin əməkdaşı, polkovniki, respublikamızın əməkdar mədəniyyət işçisi olan istedadlı yazar Abdulla Qurbaninin (o zaman isə o, Şərur rayon mədəniyyət şöbəsinin müdiri idi) təşəbbüsü ilə Şərur rayonunda Şəhidlər xiyabanının əsası qoyuldu.
Əziz dost, birdən mənə belə bir sual verərsiniz ki, axı iyirmi səkkiz ildən sonra bu mövzuya qayıtmağın nə anlamı var?.. Var, əzizim, var... Özü də daha çox... O şəhidlərin meyidlərinin götürülməsi prosesində iştirak edənlərin içərisində əli qələm tuta bilən, qələm sahibi, bəlkə də, elə yeganə mən idim. Bu yazını mən məhz o zaman, iyirmi səkkiz il bundan öncə yazmalıydım. Lakin Allah-tala basaratımı əlimdən aldımı deyim... keçirdiyim psixoloji sarsıntılarmı ilhamımı korşaltdımı deyim... hansı səbəbləri deyirəmsə deyim, o an o yazını yaza bilmədim. Və o cür qorxmaz, igid, ölməz şəhidlərimizin ruhu önündə günahkar qaldım. O oğullarımızın dəyərini zamanında qələmə almadım.
Əziz dost, o gündən bu günə - bu iyirmi səkkiz illik zaman kəsimində hər an, hər saat, o ər oğullarımızı hər andığımda, hər dəfə xatırladığımda özümü onların ruhu qarşısında borclu saymışam... Və nəhayət, bu günahımı qismən də olsa, yumağı qarşıma məqsəd qoydum. Elə bu məqsədlə də məzuniyyət zamanı fürsətdən istifadə edib doğulduğum Şərur torpağına getdim. İlk olaraq, Şərur Rayon Həmkarlar Komitəsinin sədri olan gözəl ziyalımız Ümbülbanu Musayeva ilə görüşdüm. O şəhidlərimizin siyahısını əldə etmək üçün... (Çünki vaxtı ilə Ümbülbanu müəllimlə bu şəhidlərimiz haqqında qısa bir söhbətimiz olmuşdu. O, demişdi ki, həmin siyahı məndə var, nə zaman istəsəniz verərəm). Bu görüşümüz zamanı o dedi ki, köhnə evdən təzə evə köçürük. O siyahının hansı evdə olduğunu dəqiq bilmirəm ki, dərhal tapıb sizə verəm. Mümkünsə hərbi komissarlığa gedin, ordan da ala bilərsiniz. Mən birbaşa Şərur Rayon Hərbi Komissarlığına getdim. Orda isə o siyahını mənə vermədilər... Şöbə rəisi dedi ki, mən o siyahını əgər sənə versəm, sən o şəhidlərin gedib qəhrəmanlığından yazacaqsan, sənin o məqalən o şəhidlərin ailələrinin əlinə düşəcək, o ailələr isə sənin o məqaləni əllərində bayraq edərək bizdən bir sıra imtiyazlar istəyəcəklər. Qarşımdakının nə qədər dayaz düşüncəli insan olduğunu görüb bir daha Ümbülbanu müəllimin yanına qayıdası oldum. Söz verdi ki, o siyahını gec də olsa, tapıb mənə göndərəcək. Və elə də oldu. Çox sağ olsun... Ümbülbanu müəllim o siyahını göndərdi. Lakin o siyahıda təkcə 1992-ci ilin mayın 18-də şəhid düşüb dağda qalan və mayın 27-də meyidləri götürülənlərin deyil, mayın 18-də bütövlükdə şəhid olanların hamısının - otuz iki şəhidin adı var idi... O, on yeddi əsgərin adını dəqiqləşdirmək çətin olsa da, iş yoldaşım, Sədərəkli qardaşım Səməd Qasımovun (o dövrdə Sədərək zastavasında işləyib) və o dövrdə Sədərək zastavasında komandir olmuş Lətif Usubovun köməkliyi ilə siyahını yüzə-yüz doğru olmasa da, yenə dədəqiqləşdirdik. İndi həmin siyahını, yəni 1992-ci il mayın 18-də şəhid olub dağda qalan və mayın 27-28-də meyidləri dağdan götürülüb dəfn olunan o mübariz əsgərlərimizin siyahısını sizə təqdim edirəm:
1.Qədimov Hamlet Əli o.- 1973-1992 - Sədərək kəndi.
2.Zamanov Fazil İmran o. - 1973 -1992 - Sədərək kəndi.
3.Xudaverdiyev Səməd İmran o. - 1973-1992 - Babək rayonu Çalxanqala kəndi.
4.Həsənov Müşfiq Hüseynqulu o. - 1973-1992 - Şahbuz rayonu Kükü kəndi.
5.Həsənov Fariz Sabir o. - 1973-1992 - Ordubad rayonu Dırnıs kəndi.
6.Əliyev Malik Habil o. - 1973-1992 - Babək rayonu Zeynəddin kəndi.
7.Səmədov Əli Səməd o. - 1973-1992 - Naxçıvan şəhəri.
8.Tağıyev Azər Nemət o. - 1970-1992 -Babək rayonu Sovetabad kəndi.
9.Səfərov Müşfiq Qasım o. - 1972-1992 - Şərur rayonu Yurdçu kəndi.
10.Məmmədov Muxtar İsa o. - 1973-1992 - Şərur rayonu Qarahəsənli kəndi.
11.Cəfərov Şakir Səttar o. - 1973-1992 - Sədərək kəndi.
12.Əliyev Kamran Yaqub o. - 1973-1992 - Culfa rayonu Əbrəqunus kəndi.
13.Ramazanov Hidayət Əjdər o. - 1973-1992 - Culfa rayonu Əbrəqunus kəndi.
14.Ələkbərov Vahid Zahid o. - 1973-1992 - Şahbuz rayonu Badamlı kəndi.
15.Quliyev Atif Əyyub o. - 1973-1992 - Şahbuz rayonu Badamlı kəndi.
16.Hüseynov Şamil Telman o. - 1973-1992 - Culfa rayonu Bənəniyar kəndi.
17.Muxtarov Vüqar Bayram o. - 1973-1992 - Sədərək kəndi.
Əziz dost, iyirmi səkkiz ildən sonra yaddaşlarımızı silkələyə-silkələyə bu siyahını əldə edə bildik. Hansısa bir yanlışımız olarsa, öncədən bağışlamanızı və məlumat vermənizi xahiş edərdim.
Birdən maraq sizə güc gələr və soruşmaq istəyərsiniz ki, bəs o cəsədləri o dağdan götürənlərin siyahısını niyə yazmırsınız? O siyahını mən əldə edə bilmədim. Yaddaşımda isə yalnız bir nəfərin - Culfalı Əfzələddin müəllimin adı ilişib qalmışdı ki, onu da irəlidə qeyd etmişəm.
Vətən torpağı uğrunda can fəda etmək, şəhid olmaq hər bir Vətən övladı üçün ucalıq taxtıdır. Bu ucalıq taxtına yüksələn bütün şəhidlərimizin ruhu önündə baş əyirəm və o cür oğullarımızla dərin iftixar hissi duyuram.
27-30 mart 2020-ci il
Ələsgər Talıboğlu,
şair-publisist,
AYB-nin üzvü, Məmməd Araz mükafatı laureatı
Baxış sayı: 643
Bölməyə aid digər xəbərlər

13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"
2-08-2024, 14:53
Mirzə Ələkbər Sabir Fondu yeni layihənin icrasına başlayıb
1-08-2024, 13:22
“Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihənin icrasına başlanılıb
12-06-2024, 23:33
Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib
9-06-2024, 15:53
"Zəfəri yaşadanlar” kitabının təqdimat mərasimindən-VİDEO+FOTOLAR
6-06-2024, 14:52
Sumqayıtda Mikayıl Müşfiqin anım mərasimi keçirilib-VİDEO+FOTOLAR
1-05-2024, 21:08
Rusiya yazıçılarının kitablarının 170-dən çox nadir nəşri Avropa kitabxanalarından yoxa çıxıb
27-04-2024, 00:42
ƏZƏL-AXIR SÖZ QALACAQ DÜNYADA
26-04-2024, 11:47
AMEA NİZAMİ GƏNCƏVİ ADINA İNSTİTUTUN 90 İLLİYİ
19-04-2024, 12:41
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
17-04-2024, 21:58
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilib
28-03-2024, 23:35
ZİYALI ÖMRÜNÜN AKKORDLARI...
26-03-2024, 14:48
Şeirlər-İSMAYIL MƏRCANLI İMANZADƏ
7-03-2024, 23:27
VÜQAR,ƏHMƏD TÜRKSOY- UN QIZIL MEDALI İLƏ TƏLTİF OLUNUB
7-03-2024, 23:12
Kostomarov "Qanqster Peterburq" serialından mahnı oxudu
11-02-2024, 00:49
Sumqayıtda şair Sabir Yusifoğlunun xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
30-01-2024, 14:54
Dramaturq Aleksandr Gelmanı avtomobil vurub
26-12-2023, 20:56
Jurnalist və yazıçı Valeri Şamşurin vəfat edib
21-12-2023, 23:29
BACI İTİRMİŞƏM-VÜQAR ƏHMƏD
19-12-2023, 15:51
“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunub
19-12-2023, 15:05
Təhlükəsizlik qüvvələri Akuninin kitablarını nəşr edən nəşriyyata gəlib
30-11-2023, 23:25
BİR ŞAİR YAŞAYIR MİNGƏÇEVİRDƏ...
28-11-2023, 16:41
Ankarada Sadiq Qurbanovun kitabının təqdimatı olub – FOTO
27-11-2023, 10:45
İrlandiyalı Pol Linç 2023-cü il üçün "Man Booke"r mükafatını qazandı
1-11-2023, 11:19
Buninin qardaşı qızı 100 yaşında dünyasını dəyişib
18-10-2023, 21:25
ŞAİRİN OXUCULAR QARŞISINDA POETİK HESABATI
16-10-2023, 14:46
Əlyazma kolleksiyaları oxuculara virtual təqdim olunur
15-10-2023, 22:09
Şair və rəssam Qavriil Lubnin vəfat edib
4-10-2023, 20:34
“Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimatı olub
24-09-2023, 20:54
AMEA Naxçıvan Bölməsində Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş konfrans
22-09-2023, 21:09
Qərbi Azərbaycan haqqında kitabın və sosioloji-tədqiqatın nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib
13-09-2023, 15:11
Seyfəddin Dağlının “Gəcil qapısı” pomanının təqdimatı Keçirilib
10-09-2023, 00:17
“Heydər Əliyev ideyaları və müasir dövr” respublika elmi konfransının materialları çapdan çıxıb
3-09-2023, 22:18
YAZARLAR MƏDƏNİYYƏT İŞÇİLƏRİNİ MƏFTUN ETDİLƏR
15-08-2023, 00:28
ƏBÜLFƏT HƏSƏNOĞLU-ŞEİRLƏR
8-08-2023, 18:16
Vəfat etmiş tərcüməçi və yazıçı Leonid Volodarski