10:55 / 01-11-2026
ABŞ-da atışma baş verib
Bütün xəbərlər
Uşaqlarına işgəncə verən məhkum edilib
Tarix: 02-11-2026 18:53 | Bölmə: Cəmiyyət


 Həyat yoldaşının iki uşağına işgəncə verən 28 yaşlı Sankt-Peterburq sakini dörd il həbs cəzasına məhkum edilib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi (İK) məlumat verib.
2025-ci ilin sentyabrından 2026-cı ilin aprelinə qədər təqsirləndirilən şəxs Lenin prospektindəki mənzildə yaşayarkən iki yetkinlik yaşına çatmayan uşağa qarşı sistematik olaraq fiziki güc tətbiq edib.
O, Rusiya Cinayət Məcəlləsinin 117-ci maddəsinin 2-ci hissəsinin "a, g" bəndləri ilə (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) cinayət törətməkdə təqsirli bilinib.
Kişi ümumi rejimli cəza koloniyasında cəzasını çəkməklə dörd il müddətinə azadlıqdan məhrum edilib.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib