Bütün xəbərlər
Qarabağ Azərbaycandır!-VÜQAR ƏHMƏD
Tarix: 22-11-2020 21:18 | Bölmə: Ədəbiyyat

                     


Qarabağ Azərbaycandır!


Bilməm ömrün qışıdır,
Ya çiçəkli yazıdır,
Deyirlər ki, naşıdır,
Bu yazılan yazıdır.

Mən Rəbbimdən razıyam,
Görəsən o bəs necə,
Bəndəsindən razıdır?
Düşünürəm hər gecə.
İndi dünya pərişan,

Dərddən yanıb alışan,
Vidalaşır tez çaşan,
Yox dünyaya yaraşan.
Dünya bizdən,biz ondan,
Bezirik aram-aram,

Itibdir halal-haram,
Hər şeyi allam vecə.
Necə olacaq, necə?
Nə fərqi, gündüz-gecə,

Yox oluruq beləcə,
Bax beləcə, sadəcə.
Qayıtsa da Şuşamız,
Əsirdir Xan obamız,

Bitməyibdir qovğamız,
Küsər Qarabağımız.
30 ildən sonra biz,
Oğul olduq Vətənə,

Rədd dedik yol ötənə,
Daş atana daş atdıq,
Yetmədik hər yetənə.
Zəfər- ruhun qidası,

Açıldı göy səması
Qarabağın səfası,
Şikəstənin sədası.
Güldü ellər, obalar,

Güldü nənə, babalar,
Tüstüləndi sobalar,
Çalındı şən havalar.
Cənnətə uçdu şəhid,

Mələklər buna şahid,
Nə kafirəm, nə zahid,
Fəqət, Rəbbi sevirəm.
Heç sevmədim sərvəti,

Rəbbə dedim xəlvəti,
Tanrım söylə cahana:-
Qarabağ Azərbaycandır!!!
İlhamla Ərdoğandır!!!

Vüqar Əhməd









Baxış sayı: 1 212


Bölməyə aid digər xəbərlər