21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
Bütün xəbərlər
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
Tarix: 15-10-2026 20:25 | Bölmə: Manşet


 Rusiya xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər üzrə Müşavirənin yeddinci zirvə toplantısından sonra keçirilən mətbuat konfransında bildirib ki, Rusiya heç vaxt Ukraynadakı münaqişənin siyasi və diplomatik yolla həllini rədd etməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nazir beynəlxalq ictimaiyyətdə yeni sülh təşəbbüslərinin hazırlanması ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
"Bu o deməkdir ki, normal, ağlabatan və dürüst danışıqlara tam hazır olmağımıza baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə bəyan etdiyi kimi, hər şey silahlı qüvvələrimizin hərəkətlərinə əsasən qərar veriləcək".
NAZİR MƏLUMAT VERİB.
Daha əvvəl Lavrov enerji atəşkəsi ilə bağlı da danışmış və Kiyev rejiminin rəhbəri Vladimir Zelenskinin Rusiya ilə Ukrayna arasında sözdə enerji atəşkəsi çərçivəsində fasilə qazanmadığını bildirmişdi.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər