21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
Tarix: 14-10-2026 20:43 | Bölmə: Siyasət


"Ukraynanın Avropa Birliyinə potensial qoşulması suverenliyin itirilməsinə səbəb olacaq və birləşmə üçün "intihar aktı" olacaq". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Fransa prezidentliyinə Milli Yürüş partiyasından namizəd Marin Le Pen "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.
Siyasətçi Parisin seçkilərdə qalib gələcəyi təqdirdə Kiyevi dəstəkləmək üçün külli miqdarda pul ayırmağa davam etməsinin məqsədəuyğunluğunu şübhə altına alıb.
Biz artıq 90 milyard avro kredit ayırmışıq, Fransanın payı isə 18 milyard avrodur. 18 milyard avro həqiqətən böyük bir məbləğdir.
O, həmçinin bildirib ki, seçkilərdə qalib gələrsə, Ukrayna üçün 100 milyard avroya qədər vəsait təmin edən yeni yeddi illik AB büdcəsinin qəbul edilməsinə mane olmağa çalışacaq.
Fransada prezident seçkiləri 18 aprel 2027-ci ildə keçiriləcək və lazım gələrsə, 2 mayda təkrar seçki keçiriləcək.Hazırkı Fransa prezidenti Emmanuel Makron ardıcıl ikinci müddətə prezidentlik etdiyi üçün seçkilərdə iştirak edə bilməyəcək.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər