21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
Tarix: 14-10-2026 20:38 | Bölmə: Karusel


Federal Təhqiqat Bürosunun direktoru Keş Patelin görüşlər üçün Rusiyaya gəldiyi bildirilir. MS bu barədə mənbələrə istinadən məlumat verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda Rusiya tərəfindən səfərlə bağlı rəsmi təsdiq yoxdur.
Daha əvvəl media orqanları Patelin oktyabrın ortalarında Rusiyaya səfər etməyi planlaşdırdığını bildirmişdilər.
Müxbirlər Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan Kremlin bu xəbərləri təsdiqləyib-təsdiqləyə bilməyəcəyini soruşublar.Kreml sözçüsünün sözlərinə görə, "bu cür səfərlər demək olar ki, heç vaxt elan edilmir", ona görə də qəti cavab vermək mümkün deyil.
Patel əvvəllər ABŞ Federal Təhqiqat Bürosunun beynəlxalq cinayətkarlıqla mübarizə aparmaq üçün Rusiya və Çindəki həmkarları ilə bir ildən çoxdur ki, əlaqələr qurmaq üzərində işlədiyini də bildirib.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər