Bütün xəbərlər
Türkiyənin daha bir təyyarəsi qəzaya düşdü - Ölən var+Yenilənib
Tarix: 14-11-2025 00:25 | Bölmə: Dünya

turkiyenin-daha-bir-teyyaresi-qezaya-dusdu


Türkiyəyə məxsus yanğınsöndürən təyyarə radarlardan itib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
“Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus iki AT802 yanğınsöndürmə təyyarəsi 12 noyabr saat 10:24-də Xorvatiyanın Zaqreb şəhərinə planlı texniki qulluq üçün Çanaqqaladan yola düşüb. Meteoroloji şəraitə görə iki təyyarə Xorvatiyanın Rejika hava limanında gecələyib.
Onlar bu gün Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına yola düşdükdən sonra əlverişsiz hava şəraiti səbəbindən Rejika Hava Limanına qayıdıblar. Qayıdış marşrutu zamanı təyyarələrimizdən biri Rejika Hava Limanına eniş edib, lakin Türkiyə vaxtı ilə saat 18:25-də digər təyyarə ilə əlaqə kəsilib. Məsul pilotumuzu və təyyarəni tapmaq üçün Xorvat bölmələri ilə koordinasiyada axtarış-xilasetmə işlərinə başlanılıb. Təfərrüatlar aydınlaşdıqca ictimaiyyətə məlumat verməyə davam edəcəyik”, - məlumatda qeyd edilib.
***
Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı radarlardan itən təyyarənin qalıqlarının tapıldığını və bir pilotun həlak olduğunu açıqlayıb.
“Radio əlaqəsi kəsilən yanğınsöndürmə təyyarəmizin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Bu faciəli qəzada şəhid olan pilotumuza Allah rəhmət eləsin. Meşəçilik təşkilatımıza və xalqımıza başsağlığı verirəm”, - deyə o əlavə edib.
Xatırladaq ki noyabrın 11-də Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olmuşdu.



Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər