Bütün xəbərlər
Danimarka Stubb və Störenin Putinə zənglərini Avropa müttəfiqləri ilə əlaqələndirmədiyini bildirdi
Tarix: 27-10-2026 15:09 | Bölmə: Dünya

Danimarkanın Baş naziri Mette Frederiksen Finlandiya Prezidenti Aleksandr Stubb, Norveç Baş naziri Jonas Gar Störe və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının Avropa müttəfiqləri ilə əlaqələndirilmədiyini bildirdi.
"Norveç və Finlandiyanın bu müstəqil təşəbbüsünə çox şübhə ilə yanaşıram. Bu, heç birimizlə əlaqələndirilməyib".
DR RADIO ONUN SÖZLƏRİNİ SİTATLAYIR.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya dövlət başçısının Finlandiya Prezidenti və Norveç Baş naziri ilə söhbəti 27 oktyabr günortadan sonra baş tutub.Stubbun ofisi aydınlaşdırıb ki, o və Störe söhbətdə öz ölkələrinin liderləri kimi iştirak ediblər və bütün Avropa adından danışmayıblar.Onlar həmçinin bildiriblər ki, zəng Əbu-Dabidə keçiriləcək görüşlərlə bağlıdır.
Telefon danışığı zamanı liderlər, digər məsələlərlə yanaşı, Baltik dənizi regionunda və Şimali Avropada təhlükəsizlik məsələlərini də müzakirə ediblər.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər