Bütün xəbərlər
"NY Times": ABŞ RDIF-ə qarşı sanksiyaları ləğv edə bilər
Tarix: 27-10-2026 23:09 | Bölmə: Dünya


 ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) ona qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı sorğusunu nəzərdən keçirir. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ rəsmisi məsələnin Vaşinqton və Moskva arasında münasibətlərin yaxşılaşdırılması səylərinin bir hissəsi kimi müzakirə olunduğunu təsdiqləyib.
O, həmçinin RDIF-in baş direktoru Kirill Dmitriyevin ABŞ ilə investisiya əməkdaşlığı və Ukraynadakı münaqişənin həlli ilə bağlı təmaslarda rolunu qeyd edib.
Məhdudiyyətlərin mümkün ləğvi ilə bağlı hələlik yekun qərar verilməyib.
Daha əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev Rusiyanın ABŞ-a səfəri zamanı sanksiyaların ləğvi məsələsini qaldırdığını bildirmişdi.




Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər