Bütün xəbərlər
İran Prezidenti 8-ci GECF zirvə toplantısı üçün Moskvaya yola düşüb
Tarix: 26-10-2026 21:42 | Bölmə: Dünya

 İran agentliklərinin rəsmi mətbuat xidmətlərinin məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının 8-ci zirvə toplantısında iştirak etmək üçün 26 oktyabr bazar ertəsi axşamı Moskvaya işgüzar səfərə yola düşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu axşam İran Prezidenti Qaz İxrac Edən Ölkələr Forumunda iştirak etmək üçün Rusiyaya səfər edəcək.
MƏLUMATDA DEYİLİR.
Bir günlük səfər zamanı İran və Rusiya prezidentləri arasında ikitərəfli danışıqlar planlaşdırılır.Liderlər ikitərəfli siyasi və iqtisadi tərəfdaşlıqlarının inkişafını ətraflı müzakirə etmək niyyətindədirlər.
İranın xarici işlər naziri Abbas Əraqçi bir müddət əvvəl Rusiya-İran enerji və qaz sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdi.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər