Bütün xəbərlər
Rik Sançez: "Melaniya Tramp Ukraynanı çətin vəziyyətə salıb"
Tarix: 29-10-2026 20:04 | Bölmə: Dünya

"Xerson vilayətinin Oleşki şəhərində humanitar əməliyyatın aparılması barədə razılaşmanı asanlaşdıran Amerika liderinin həyat yoldaşı Melaniya Tramp Ukraynanı çətin vəziyyətə salıb". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri RT aparıcısı Rik Sançez "Vesti" Xəbər Agentliyinin müəllifi Yevgeni Popova verdiyi müsahibədə bildirib.
Bəlkə də bütün məsələ ondadır ki, o, bunu öz üzərinə götürən və bununla da özündən daha çox gücə malik insanları reaksiya verməyə məcbur edən yeganə şəxs olub.Düşünürəm ki, bu, həm Rusiyanı, həm də Ukraynanı, xüsusən də Ukraynanı çox çətin vəziyyətə salıb. Əgər onlar atəşkəsə razılaşmasaydılar, bir növ əməkdaşlığa və görüşə razılaşmasaydılar, pis görünərdilər.Buna görə də, mən inanıram ki, Melaniya özünəməxsus şəkildə Vladimir Zelenskini üstələmiş ola bilər.
Rik Sançez 
DEYİB.
Daha əvvəl Yevgeni Popov Oleşki sakinlərinin ilk görüntülərini göstərmişdi.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər